Məhkəmə qərarları › İş №e-2-2(113)-271/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-271/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-271/2022 13.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından qanunsuz istifadəyə son qoyulması və pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından qanunsuz istifadəyə son qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq iddiaçı “İddiaçı” Şirkətinin xeyrinə 100.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini geri götürdüklərini iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. İddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından qanunsuz istifadəyə son qoyulması və pul” tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “İddiaçı”nin Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından qanunsuz istifadəyə son qoyulması və pul” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar