Məhkəmə qərarları › İş №e-2-2(113)-2710/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2710/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2710/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 28524,32 manat (iyirmi səkkiz min beş yüz iyirmi dörd manat otuz iki qəpik) əsas borc məbləği, 6960 (altı min doqquz yüz altmış) manat dəbbə pulu və 197 (yüz doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 35681,32 manat (otuz beş min altı yüz səksən bir manat otuz iki qəpik) pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021-01-001 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdehnə 2024-cü il üzrə İddiaçı tərəfindən ümumilikdə 28524,32 manat (iyirmi səkkiz min beş yüz iyirmi dörd manat otuz iki qəpik) (ƏDV daxil) məbləğində tikinti materialları satılmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, bugünədək Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixli, 2021-01-001 saylı alqı-satqı müqaviləsinin 6.3-cü maddəsini əsas tutaraq satıcı alıcıdan hər gecikdirilən gün üçün 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunmalıdır ki, cavabdehə sonuncu e-qaimə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bu günədək olan 244 gün üçün alıcı satıcıya 6960 (altı min doqquz yüz altmış) dəbbə pulu ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 23 sentyabr 2021-cü il tarixli, 2021-01-001 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malın sifariş edilməsi tərəflərin qarşılıqlı razılaşmasına əsasən alıcı tərəfindən yazılı və/və ya şifahi qaydada həyata keçirilir. Malın sifariş edildikdən sonra çatdırılma müddəti bu müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcının alıcıdan malın qiymətinin bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənməsini tələb etmək hüquqü vardır. Həmin bəndə əsasən satıcının alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ödənişi gecikdirdikdə alıcıya bu müqavilə ilə müəyyən edilmiş cərimələri tətbiq etmək hüquq vardır. Həmin müqavilənin 5.3.3-cü bəndinə əsasən alıcının satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə ilə müəyyən edilmiş cərimələri tətbiq etmək hüquq vardır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcının malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək və bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək vəzifəsi vardır. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş vaxtda və müddətdə ödənişləri qismən və ya ümumiyyətlə ödənişləri həyata keçirməzsə, satıcı alıcıdan hər gecikdirilən gün üşün müqavilənin ümumi qiymətinin 0,1%-i həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1684,92 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 3608,44 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 295 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 5 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 3516,19 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 6 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 265,5 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 7 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 2277,40 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 8 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 2382,89 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 9 saylı əlavə olan xx.xx.2024-cü il tarixli tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1080,88 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 10 saylı əlavə olan xx.xx.2024-cü il tarixli tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1769,29 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 11 saylı əlavə olan xx.xx.2024-cü il tarixli tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1975,56 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 13 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 975,86 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 14 saylı əlavə olan xx.xx.2024-cü il tarixli tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 908,6 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 15 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 1298 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 16 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 871,08 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 17 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 853,14 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

23. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 19 saylı əlavə olan xx.xx.2024-cü il tarixli razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 263,14 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişdirlər. Protokolun 2-ci bəndinə əsasən satıcı tərəfindən protokolda göstərilən qiymətlərlə mallar alıcıya satılmalı və çatdırılmalıdır. Alıcı isə müəyyən olunmuş məbləği satıcıya müqavilədə göstərilən müddətə ödəməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 12 saylı əlavə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 2034,32 manat (ƏDV daxil) olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 4 saylı əlavə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 1900,39 manat (ƏDV daxil) olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 18 saylı əlavə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 760,27 manat (ƏDV daxil) olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 27.xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 848998 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1684,92 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

28. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 045902 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3608,44 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

29. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 061545 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 295 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

30. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 133047 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1900,39 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

31. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 259809 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3516,19 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

32. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 260687 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 265,50 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

33. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 795084 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2277,40 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

34. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 304582 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2382,89 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

35. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00296339 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1080,88 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

36. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 828206 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1769,29 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

37. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 064352 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1975,56 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

38. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 597234 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2034,32 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

39. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 740535 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 975,86 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

40. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 766444 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 908,60 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

41. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 522873 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1298 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

42. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 048714 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 871,08 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

43. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 628310 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 853,14 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

44. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 861733 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 760,27 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

45. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 864185 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 263,14 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi alqı-satqı müqaviləsi göstərilmişdir.

46. xx.xx.2025-ci il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 28524,31 manat borcu vardır. Akt tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir.

47. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

50. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr, üzləşmə aktı) öz təsdiqini tapır.

51. İddia tələbinin bir hissəsini cavabdehdən 28524,32 manat məbləğində borcun tutulması təşkil edir.

52. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 28524,32 manat (iyirmi səkkiz min beş yüz iyirmi dörd manat otuz iki qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan üzləşmə aktı və digər sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 28524,31 manat borcunun olduğu qeyd edilmiş və akt Cavabdeh MMC-nin möhürü və imzası ilə təsdiq edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaya heç bir etiraz daxil olmamışdır.

53. İddia tələbinin digər hissəsini cavabdehdən 6960 manat dəbbə pulunun tutulması təşkil edir.

54. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

55. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

56. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 166 (yüz altmış altı) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 28524,32 manat (iyirmi səkkiz min beş yüz iyirmi dörd manat otuz iki qəpik) borc, 1500 (min beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumununa görə 166 (yüz altmış altı) manat olmaqla, ümumilikdə 30190,32 manat (otuz min yüz doxsan manat otuz iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar