Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2722/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müqavilə üzrə 21432,68 manat əsas, 2143,27 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 23575,95 manat məbləğində borcun və ödənilmiş 160,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə etmişdir. Tərəflər “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişinə dair yazılı ərizələr təqdim edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili də barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Tərəflər arasında bağlanmaqla hər iki tərəfin elektron imzası ilə təsdiqlənmiş barışıq sazişindən görünür ki, onlar aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər: Bir tərəfdən, İddiaçı MMC-nin vəkil və nümayəndəsi Vəkil1 Məmmədəli oğlu (AZE ********) şəxsində, digər tərəfdən, Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil2 ( AA 4142628) şəxsində aşağıda qeyd olunan şərtlərə uyğun razılığa gəlirlər:
1. Predmet: 1.1. İddiaçı MMC (əvvəlki adı: “X1” MMC) ilə Cavabdeh2 (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixində 2021-0061 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə (və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarına və sazişlərə) əsasən Satıcı (İddiaçı MMC) tərəfindən müxtəlif vaxtlarda tekstil məhsulları Alıcının (Cavabdeh2) mülkiyyətinə verilməli, Alıcı isə bunun müqabilində müvafiq ödənişləri həyata keçirməli idi. Lakin Cavabdeh2 müqavilə üzrə 21 432,68 manat (iyirmi bir min dörd yüz otuz iki manat altmış səkkiz qəpik) qalıq borc qalmışdır. Bununla əlaqədar İddiaçı MMC Cavabdeh2 pretenziya göndərmiş və 5 gün müddətində 21 432,68 manat (iyirmi bir min dörd yüz otuz iki manat altmış səkkiz qəpik) borcun ödənilməsinin təmin edilməsini xahiş etmiş və tərəflər yaranmış mülki mübahisənin qarşılıqlı razılaşma əsasında həll edilməsini rəsmiləşdirməsinə qərar vermişlər.
2. Borcun hissə-hissə ödənilməsi barədə şərtlər: 2.1. xx.xx.2025-ci il tarixinə İddiaçı MMC (əvvəlki adı: “X1” MMC) ilə Cavabdeh2 (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixində 2021-0061 saylı alqı-satqı müqaviləsinə əsasən 21 432,68 manat (iyirmi bir min dörd yüz otuz iki manat altmış səkkiz qəpik) borc təşkil edir. 2.2. Həmin borcu İddiaçı MMC-yə (hər ayın 01-10 arası) 2000 (iki min) manatdan az olmayaraq 1) xx.xx.2025 – 2000 AZN 2) xx.xx.2025 – 2000 AZN 3) xx.xx.2025 – 2000 AZN 4) xx.xx.2025 – 2000 AZN 5) xx.xx.2025 – 2000 AZN 6) xx.xx.2025 – 2000 AZN 7) xx.xx.2026 – 2000 AZN 8) xx.xx.2026 – 2000 AZN 9) xx.xx.2026 – 2000 AZN 10) xx.xx.2026 – 2000 AZN 11) xx.xx.2026- 1433 AZN İddiaçı MMC bankındakı hesablaşma hesabına ödəməsini öz üzərinə götürür. 2.3. Hazırkı saziş 2 (iki) əsl nüsxədə tərtib edilir. Hər tərəfdə bir nüxsə qalır. Razılaşma sazişi bir tərəfli qaydada ləğv oluna, dəyişdirilə bilməz. Razılaşma sazişi imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, sözügedən barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Predmet: 1.1. İddiaçı MMC (əvvəlki adı: “X1” MMC) ilə Cavabdeh2 (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixində 2021-0061 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə (və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarına və sazişlərə) əsasən Satıcı (İddiaçı MMC) tərəfindən müxtəlif vaxtlarda tekstil məhsulları Alıcının (Cavabdeh2) mülkiyyətinə verilməli, Alıcı isə bunun müqabilində müvafiq ödənişləri həyata keçirməli idi. Lakin Cavabdeh2 müqavilə üzrə 21 432,68 manat (iyirmi bir min dörd yüz otuz iki manat altmış səkkiz qəpik) qalıq borc qalmışdır. Bununla əlaqədar İddiaçı MMC Cavabdeh2 pretenziya göndərmiş və 5 gün müddətində 21 432,68 manat (iyirmi bir min dörd yüz otuz iki manat altmış səkkiz qəpik) borcun ödənilməsinin təmin edilməsini xahiş etmiş və tərəflər yaranmış mülki mübahisənin qarşılıqlı razılaşma əsasında həll edilməsini rəsmiləşdirməsinə qərar vermişlər.
2. Borcun hissə-hissə ödənilməsi barədə şərtlər: 2.1. xx.xx.2025-ci il tarixinə İddiaçı MMC (əvvəlki adı: “X1” MMC) ilə Cavabdeh2 (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixində 2021-0061 saylı alqı-satqı müqaviləsinə əsasən 21 432,68 manat (iyirmi bir min dörd yüz otuz iki manat altmış səkkiz qəpik) borc təşkil edir. 2.2. Həmin borcu İddiaçı MMC-yə (hər ayın 01-10 arası) 2000 (iki min) manatdan az olmayaraq 1) xx.xx.2025 - 2000 AZN 2) xx.xx.2025 - 2000 AZN 3) xx.xx.2025 - 2000 AZN 4) xx.xx.2025 - 2000 AZN 5) xx.xx.2025 - 2000 AZN 6) xx.xx.2025 - 2000 AZN 7) xx.xx.2026 - 2000 AZN 8) xx.xx.2026 - 2000 AZN 9) xx.xx.2026 - 2000 AZN 10) xx.xx.2026 - 2000 AZN 11) xx.xx.2026 - 1433 AZN İddiaçı MMC bankındakı hesablaşma hesabına ödəməsini öz üzərinə götürür. İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Pərviz Zamanlı