Məhkəmə qərarları › İş №e-2-2(113)-2723/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2723/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2723/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2020-ci il tarixli HX10/0720 nömrəli xidmət müqaviləsi üzrə “X3 Company ”Məhdud Məsuliyyətli Cəmiyyətindən 14.016,73 manat (xidmət haqqı) borc, 200 manat mediasiya xərci, 136 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 01 iyul 2020-ci il tarixli HX 10/0720 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı yəni İddiaçı sifarişçinin yəni Cavabdeh tələbinə uyğun olaraq “Qazax şəhərinin su təchizatı sisteminin kanalizasiya şəbəkəsinin tikintisi” üçün özünə məxsus Hyundai markalı, Az 32 T-184 dövlət nömrə nişanlı Ekskovator vasitəsilə sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi öhdəsinə götürür və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqını ödəyir. Tərəflər arasında razılaşmaya görə müqavilə üzrə bir aylıq ( gün hesabı ilə 28 gün) xidmət haqqı vergilər daxil 5.376.34 manat təşkil etmişdir. Belə ki, 01 iyul 2020-ci il tarixli HX 10/0720 nömrəli xidmət müqaviləyə uyğun olaraq (gün hesab ilə) 75 gün “Qazax şəhərinin su təchizatı sisteminin kanalizasiya şəbəkəsinin tikintisi” üçün işlər görülmüşdür. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlə razılaşmamıza əsasən xidmət haqqı 5.376,34 manat təşkil etmişdir. Müqavilə üzrə yerinə yetirdiyi işlər üzrə hər gün üçün 192,014 manat xidmət haqqı müəyyən edildiyindən cavabdeh 14.016,73 manat məbləğində pul verməlidir. Göründüyü kimi, 01 iyul 2020-ci il tarixli HX 10/0720 nömrəli xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilmiş olsa da Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və üzərinə götürdüyü öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmuşdur Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşi müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında 01 iyul 2020-ci il tarixli HX 10/0720 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı İddiaçı sifarişçinin Cavabdeh tələbinə uyğun olaraq “Qazax şəhərinin su təchizatı sisteminin kanalizasiya şəbəkəsinin tikintisi” üçün özünə məxsus Hyundai markalı, Az 32 T-184 dövlət nömrə nişanlı Ekskovator vasitəsilə sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi öhdəsinə və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqını götürmüşdür. Müqaviləyə görə bir aylıq ( gün hesabı ilə 28 gün) xidmət haqqı vergilər daxil 5.376.34 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı mülkiyyətində olan eksvatorla qazıntı və digər işləri aparmış və buna görə də, gündəlik 107,52 manat xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı tərəfindən 28 gün xidmət göstərilmiş və günlük 192,01 manat hesablanmaqla 5.376,28 manatlıq göstərilmiş xidmət təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı tərəfindən 28 gün xidmət göstərilmiş və günlük 192,01 manat hesablanmaqla 5.376,28 manatlıq göstərilmiş xidmət təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı tərəfindən 17 gün xidmət göstərilmiş və günlük 192,01 manat hesablanmaqla 3.264,17 manatlıq göstərilmiş xidmət təhvil verilmişdir. Qeyd edilən xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixdə elektron qaimələr göndərilmiş və “X4 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş və hər hansı bir etiraz edilməmişdir. Ümumiyyətlə cavabdeh tərəf həm məhkəmənin keçirilmiş 3 hazırlıq və baxış iclasına gəlməmiş və iddiaya etiraz göndərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cəmi 14.016,73 manatlıq xidmətlər göstərilmiş, ancaq cavabdeh tərəf göstərilmiş xidmətlərin ödənilməsinə dair hər hansı bir sənəd təqdim etmədiyindən iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 136 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 iyul 2020-ci il tarixli HX10/0720 nömrəli xidmət müqaviləsi üzrə 14.016,73 manat məbləğində pul “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar