Məhkəmə qərarları › İş №e-2-2(113)-2723/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2723/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2723/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LTD Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı LTD Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LTD Firması (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1703,81 manat əsas borc və 37,03 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 27 dekabr 2022-ci il tarixli 210 nömrəli müqaviləyə əsasən cavabdehin "xxxx" LTD Firmasından almış olduğu ümumi dəyəri 2926,58 (iki min doqquz yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat kolbasa və sosiska malarına görə 1222,77 (min iki yüz iyirmi iki manat, yetmiş yeddi qəpik) manat cavabdeh tərəfindən ödəilsədə, 1703,81 (min yeddi yüz üç manat səksən bir qəpik) manat borc hazırki günə kimi ödənilməmişdir. Belə ki, xx.xx.2023-ci il (seriya: EBDC nömrə: 565686); xx.xx.2023-cil (seriya: EBDC nömrə: 565685); xx.xx.2023-ci il (seriya: EBDC nömrə: 565689); xx.xx.2023-ci il (seriya: EBDC nömrə: 565694); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565682); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565684); xx.xx.2023ci (seriya: EBDC nömrə: 565683); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565690); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565680); xx.xx.2023- ci (seriya: EBDC nömrə: 562869); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565691); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565697); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565699); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565696); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 566122); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 565687); xx.xx.2023-ci (seriya: EBDC nömrə: 773919); xx.xx.2023ci (seriya: EBDC nömrə: 827593); xx.xx.2023-ci (seriya: EBDD nömrə: 696147); xx.xx.2023-ci (seriya: EBDR nömrə: 491168) il tarixində verilmiş olan iddia ərizəsinə əlavə edilmiş elektron-qaimələr üzrə cavabdehə təhvil verilmiş olan malın ümumi dəyəri 1703,81 (min yeddi yüz üç manat səksən bir qəpik) manat təşkil etmişdir ki, həmin məbləğ cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Cavabdeh tərəfindən təhvil alınmış 2926,58 (iki min doqquz yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat pul nəğdsiz qadada "xxxx" LTD Firmasının hesabına ödənilmişdir ki, bu barədə iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin vermiş olduğu sənəddə bunu təsdiq edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il EBDC 565686 nömrəli 3,87 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565685 nömrəli 45 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565689 nömrəli 100,65 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565694 nömrəli 44,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565682 nömrəli 102 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565684 nömrəli 118,45 manat məbləğində, xx.xx.2023-cü EBDC 565683 nömrəli 127,77 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565690 nömrəli 141,15 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565680 nömrəli 213,57 manat məbəğində, xx.xx.2023-cü il tarixli EBDC 562869 nömrəli 28,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565691 nömrəli 40,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565697 nömrəli 49,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565699 nömrəli 78,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565696 nömrəli 126,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 566122 nömrəli 108,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565687 nömrəli 46,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 773919 nömrəli 95,27 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 827593 nömrəli 105 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 696147 nömrəli 94,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 491168 nömrəli 40,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 789006 nömrəli 59,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 236848 nömrəli 94,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli 307484 nömrəli 119 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 178374 nömrəli 105 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 037021 nömrəli 19,95 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 831533 nömrəli 71,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565701 nömrəli 188,70 manat məbləğində,xx.xx.2023-cü il tarixli EBDC 565702 nömrəli 40,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565709 nömrəli 95 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565708 nömrəli 119,35 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565706 nömrəli 119,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565704 nömrəli 90,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565712 nömrəli 44,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 565714 nömrəli 47,30 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 001275 nömrəli təhvil-qəbul aktına əsasən 3,87 manat, xx.xx.2022-ci il tarixli 001236 nömrəli təhvil-qəbul aktına əsasən 45 manat, xx.xx.2022-ci il tarixli 002323 nömrəli təhvil-qəbul aktına əsasən 100,65 manat, xx.xx.2023-cü il tarixli 002558 nömrəli təhvil-qəbul aktına əsasən 44,20 manat, xx.xx.2022-ci il tarixli 001002 nömrəli təhvil-qəbul aktına əsasən 102 manat, xx.xx.2022-ci il tarixli 001204 nömrəli təhvil-qəbul aktına əsasən 118,45 manat, xx.xx.2022-ci il tarixli 001052 nömrəli təhvil-qəbul aktına əsasən 127,77 manat, xx.xx.2022-ci il tarixli 002377 nömrəli təhvil-qəbul aktına əsasən 141,15 manat, xx.xx.2022-ci il tarixli 000970 nömrəli təhvil-qəbul aktına əsasən 213,515 manat, xx.xx.2023-cü il tarixli 003208 nömrəli təhvilqəbul aktına əsasən 28,9 manat, xx.xx.2022-ci il tarixli 002518 nömrəli təhvil-qəbul aktına əsasən 40,40 manat, xx.xx.2023-cü il tarixli 002443 nömrəli təhvil-qəbul aktına əsasən 49,6 manat, xx.xx.2023-cü il tarixli 002477 nömrəli təhvil-qəbul aktına əsasən 78,7 manat, xx.xx.2023-cü il tarixli 002428 nömrəli təhvil-qəbul aktına əsasən 126,1 manat, xx.xx.2022-ci il tarixli 000755 nömrəli təhvil-qəbul aktına əsasən 108,8 manat, xx.xx.2022ci il tarixli 001346 nömrəli təhvil-qəbul aktına əsasən 46,4 manat, xx.xx.2023-cü il tarixli 003246 nömrəli təhvil-qəbul aktına əsasən 94,265 manat, xx.xx.2023-cü il tarixli 003263 nömrəli təhvil-qəbul aktına əsasən 105 manat, xx.xx.2023-cü il tarixli 003419 nömrəli təhvil-qəbul aktına əsasən 94,5 manat, xx.xx.2023-cü il tarixli 003594 nömrəli təhvil-qəbul aktına əsasən 40,8 manat məbləğində mallar təhvil verilmişdir.

9. Cavadeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə elektron qaimələr üzrə 1036,22 manat və 186,55 manat vəsait ödənilmişdir.

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilə üzrə cavabdehə ümumilikdə 2926,58 manat dəyərində mal vermiş, cavabdeh tərəfindən bunun müqabilində 1222,77 manat ödəniş edilmiş, qalıq 1703,81 manat ödənilməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1703,81 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 37,03 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən manat 1703,81 manat məbləğində pul, 37,03 manat dövlət rüsumu, ümumilikdə 1740,84 (bir min yeddi yüz qırx manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı LTD Firmasına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar