Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2724/2023 26.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, barter müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Technicon FZCO” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 63636.75 manat pulun, 6363 manat dəbbə pulunun, ödənilmiş 400 manat mediasiya xərcinin, ümumilikdə 70399,75 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli, 20**-AZ-***5 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh şirkətin xx.xx.2023-cü il tarixinə ödənilməmiş qalıq 180 781.57 manat əsas borcu, 32540.70 manat 18% ƏDV borcu ümumilikdə 213322,27 qalmışdı. Tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli, 20**-AZ-***5 saylı müqavilənin 2.2-ci maddəsinə əsasən “Mallar Alıcı tərəfindən öncədən 30% ödəniş şəkildə digər hissəsi mal çatdırıldıqdan sonra 30 gün ərzində Satıcının müqavilədə göstərilən hesabına ödənilməlidir.” Həmin Müqavilənin 3.2-ci maddəsinə əsasən “Malların Təhvil verildiyi tarix olaraq təhvil-təslim aktında və ya eqaimədə göstərilən tarix qəbul edilir”. Cavabdehin öz öhdəliyinin icrası üçün tərəflərindən elektron-qaimə fakturalar göndərilmişdir. Bundan başqa tərəflərindən xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfin ünvanına borcun 7 (yeddi) gün müddətinə ödənilməsi ilə bağlı Pretenziya (Xəbərdarlıq) məktubu göndərilməsinə baxmayaraq qarşı tərəf yenədə öz öhdəliyini icra etmədi. Nəticədə Tərəflər öz aralarında olan münasibətlərini həll etmək üçün xx.xx.2023-cü il tarixli, EN-TC-02/23 saylı “Mal və Xidmətlərin Qarşılıqlı Barter Edilməsi” müqaviləsi bağladı. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20**-AZ-***5 saylı və xx.xx.2023-cü il tarixli, TEC01 saylıalğı-satqı müqavilələrindən qarşılıqlı olaraq yaranmış borc məbləğlərindən149685.52 (yüz qırx doqquz min altı yüzsəksən beş, 52) manat ƏDV daxil məbləğin əvəzləşdirilməsi təşkiledir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Technicon şirkətinin (Cavabdeh) Enyu Group şirkətinə (İddiaçı) xx.xx.2021-ci il tarixli, 2021-AZ0025 saylıalğı-satqımüqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə olan 213 322 .27 (ikiyüz on üç min üç yüz iyirmi iki, 27) ƏDVdaxil borcu vardır. Yəni bu bəndlə cavabdeh şirkət İddiaçıya olan qalıq borcunu təsdiq etdi. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Technicon şirkətinin (Cavabdeh) Enyu Group şirkətinə (İddiaçı) 213 322 .27 (iki yüz on üç min üç yüz iyirmi iki, 27) manat ƏDV daxil borc məbləğinin149685.52 (yüz qırx doqquz min altı yüz səksən beş, 52) manat ƏDV daxil məbləğli hissəsi Enyu Group şirkətinin Technicon şirkətinə 149685.52 (yüz qırx doqquz min altı yüz səksən beş, 52) manat ƏDV daxil manat məbləğində olan borcu ilə əvəzləşdirilir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Həmin Müqavilənin 2.4-cü bəndinə əsasənBu Müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulmuş barter olunduqdan sonra Technicon şirkətinin (Cavabdeh) Enyu Group şirkətinə (İddiaçı) xx.xx.2021-ci il tarixli, 20**-AZ-***5 saylı alğı-satqı müqaviləsinə əsasənƏDV daxil 63636.75 (altmış üç min altı yüz otuz altı, 75) manat məbləğində borcu qalır. Bu bəndlə Cavabdeh şirkət İddiaçı qarşısında hal-hazırda mövcud olan qalıq borcunu təsdiq etdi. Yuxarıda qeyd olunan qalıq borc məbləğinin ödənişi üçün cavabdeh şirkətə xx.xx.2023-cü il tarixdə yenidən pretenziya (xəbərdarlıq) məktubu göndərildi. Buna baxmayaraq Cavabdeh şirkət hal-hazırki vaxtadək öz öhdəliyini icra etməmişdir. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq cavabdeh şirkət xx.xx.2023-cü il tarixli, ENTC-02/23 saylı müqavilənin 3.3cü maddəsinə əsasən 6363 manat dəbbə pulu ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini əsas borcun tutulması hissəsində qəbul etdiklərini, lakin qalan hissədə iddianın rədd edilməli olduğunu bildirdi. Əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barter müqaviləsində öhdəliklərin icra edilməli olduğu vaxt göstərilmədiyi üçün onlardan dəbbə pulu tələb edilə bilməz.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 10 fevral 2023-cü il tarixli TEC01 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavəsində qeyd olunan adlara və texniki göstəricilərə uyğun polad lövhələri, polad materialları Heydər Əliyev adına X1 sahəsinin anbarından alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi və malları qəbul etməyi öhdəsinə götürür.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə alınan malların qiyməti (hər vahidin qiyməti) müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəsində göstərilir.
8. Müqavilənin 3.2-ci bəndinə əsasən bazarda malların istehsalında istifadə olunan materialların, daşınma ilə əlaqədar yanacağın qiyməti artdığı təqdirdə satıcı bu barədə alıcıya məlumat verəcəkdir və vahidin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə artırılacaqdır.
9. Müqavilənin 3.4-cü bəndinə əsasən ödənişlər vaxtlı-vaxtında ödənilmədiyi halda malların göndərilməsi, ödəniş həyata keçənə kimi satıcı tərəfindən dayandırıla bilər və hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin dəyərinin 0,01 % həcmində alıcıdan dəbbə pulun ödənilməsi tələb oluna bilər.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 fevral 2023-cü il tarixli EN-TC-20/23 nömrəli mal və xidmətlərin qarşılıqlı barter edilməsi müqaviləsinə əsasən müqavilənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 20**-AZ-***25 saylı alqı-satqı müqaviləsindən və xx.xx.2023-cü il tarixli TEC01 saylı alqı-satqı müqaviləsindən qarşılıqlı olaraq yaranmış borc məbləğlərindən 149685,52 manat ƏDV daxil məbləğin əvəzləşdirilməsi (barter edilməsi) təşkil edir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçının cavabdehə xx.xx.2023-cü il tarixli TEX01 saylı alqı-satqı müqaviləsinə əsasən 149685,52 manat ƏDV daxil manat pul məbləğində borcu var.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 20**-AZ-***25 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə olan 213322,27 manat ƏDV daxil manat məbləğində borcu vardır.
13. Cavabdehin iddiaçıya 213322,27 manat ƏDV daxil olan borcunun 149685,52 manat ƏDV daxil manat məbləğli hissəsi iddiaçının cavabdehə 149685,52 manat ƏDV daxil manat məbləğində olan borcu ilə əvəzləşdirilir (barter olunur).
14. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulmuş barter olunduqdan sonra cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 20**-AZ-***25 saylı alqı-satqı müqaviləsinə əsasən 63636,75 manat ƏDV daxil borcu qalır.
15. Müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulmuş barter olunduqdan sonra cavabdehə qarşı xx.xx.2021-ci il tarixli 20**-AZ-***25 saylı alqı-satqı müqaviləsinə əsasən 63636,75 manat ƏDV daxil olan qalıq borcdan əlavə hər hansı iddiası olmayacaqdır. Eyni şəkildə cavabdeh iddiaçıya qarşı TEX01 saylı alqısatqı müqaviləsinə əsasən hər hansı iddiası olmayacaqdır.
16. Müqavilənin 2.6-cı bəndinə əsasən barter olunduqdan sonra qalıq 63636,75 manat ƏDV daxil borc məbləği tərəflər arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli 20**-AZ-***25 saylı müqaviləsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh tərəfdən iddiaçının bank hesabına ödənilməlidir və 03 noyabr 2021-ci il tarixli 20**-AZ-***25 saylı müqavilənin şərtləri keçərlidir.
17. İddiaçı tərəfindən cavabdehə EBBO 353119 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 827248 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 100373 nömrəli xx.xx.2021-ci il tarixli, EBDA 301931 nömrəli xx.xx.2023-cü il tarixli, EBBN 895161 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 290413 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 487580 nömrəli xx.xx.2022-ci il tarixli, EBBN 637884 nömrəli xx.xx.2021-ci il tarixli, EBDA 193772 nömrəli xx.xx.2023-cü il tarixli, EBBQ 229908 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
18. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli 20**-AZ-***5 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının istifadəsi üçün nəzərdə tutulan müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında / alış sifarişlərində göstərilən avadanlıqları satır, alıcı isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği satıcıya ödəyir.
19. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri razılaşma protokoluna və ya elektron qaimələrə əsaslanır. Satılan mallar təhvil-təslim aktı və ya eqaimə əsasında alıcıya təhvil verilməlidir. Malın alıcıya çatdırılması ilə bağlı bütün xərcləri satıcı öz öhdəsinə götürür.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli alqı-satqı və 23 fevral 2023-cü il tarixli EN-TC-20/23 nömrəli mal və xidmətlərin qarşılıqlı barter edilməsi müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya sözügedən müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
32. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 23 fevral 2023-cü müqavilənin 3.3-cü bəndinə əsasən hesablanmış 6363 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3000 manat məbləğində müəyyən edilməlidir.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 63636.75 manat əsas borc, 3000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
40. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/11-01371 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu cavabdehə, qalan 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 63636.75 manat əsas borc, 3000 manat cərimə borcu və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu, ümumilikdə 66936,75 (altmış altı min doqquz yüz otuz altı manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova