Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2726/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2017-ci il tarixli, 483 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2017-ci il tarixli, 483 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 2.615,18 manat məbləğində əsas borcun, 60 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 483 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə tərəflər arasında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 2.915,18 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Daha sonra müştəri tərəfindən müəyyən ödənişlər ödənilərək müəssisəyə 2.615,18 manat qalıq borcu qalmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq 14.12.22-ci il tarixdə pretenziya məktubu elektron qaydada cavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin 18.01.23-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 2.615,18 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən icarəyə götürüb işlətdiyi mağazaya Fortis Group MMC ona xx.xx.2021-ci il tarixdə ilkin olaraq 723,45 manatlıq giper məhsullarını vermiş, növbəti xx.xx.2021-ci il tarixdə 489,61 manatlıq məhsul əlavə olaraq vermiş və həmin tarixdə, yəni xx.xx.2021-ci ilə Fortis Group MMC-yə 1.212,86 manat borclanmış və həmin müddətdən başlayaraq xx.xx.2021-ci il tarixdə ilk olaraq 100 manat və 115 manat ödəniş etmiş, növbəti ödənişin xx.xx.2021-ci ildə 100 manat və xx.xx.2021-ci ildə 500 manat məbləğində etmiş, xx.xx.2021-ci ildən isə mağazada satış zəif olduğundan və ziyan elədiyindən mağazanı bağlamış və həmin tarixdə onun İddiaçı MMC-yə 397 manat borcu qalmış, üzərindən bir neçə müddət keçəndən sonra xx.xx.2022ci ildə 100 manat ödəniş etmiş və xx.xx.2022-ci ildə 100 manat ödəniş etməklə xx.xx.2023-cü ilə borcu 197,86 manat qalmışdır. İddiaçı MMC iddia edir ki, onun 2.615 manat borcu var. Bunun yaranma səbəbi Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən başqa bir onun da tanıdığı mağazaya elə onun işlədiyi vaxtlarda, yəni xx.xx.2021-ci ildə onun adı ilə 2.524,36 manatlıq Giper məhsulların verilməsi olmuş və deyilib ki, bütün firmaların dediyi kimi məhsul satışı olmazsa məhsul geri götürüləcəkdir. Həmin mağaza bir neçə vaxtdan sonra 150 manat ödəniş etmiş, məhsullardan bir az satışını təmin etmişdir və giper məhsulları satışı zəif olduğundan elə həmin vaxtda yəni onun mağazanı bağladığı vaxtdan İddiaçı MMC-yə dəfələrlə müraciət etmişdir ki, məhsulları geri götürsünlər və ümumi verilən məbləğdə məhsuldan nə satılıbsa ödənişi təmin olunsun. Amma buna məhəl qoymayan İddiaçı MMC məhsullarını geri götürməməklə israrla ödəniş tələb etmişdir və bir vaxt keçdikdən sonra Giper məhsullarının tarixi bitmişdir. İddiaçı MMC iddia edir ki, onlar vaxtı keçmiş məhsulları geri götürmürlər, halbuki bütün firmalar və həmçinin Fortis Group vaxtı keçmiş və ya az qalmış məhsullarını geri götürürlər. Hal-hazırda digər mağazada giper məhsulları bu say üzrə qalmaqdadır və təqribi məbləği 2.106 manatdır və fotoşəkil də əlavə edilib. Bakı Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2017-ci il tarixli, 483 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. N.İmanov həmçinin izahatında bildirmişdir ki, Fortis Group MMC malların istifadə müddətinin bitməsi ilə əlaqədar malları qəbul etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qrşı vermiş olduğu etirazında göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh həmçinin izahatında qeyd etmişdir ki, malların bir qismi ondadır və o malları qaytara bilər. Məhkəmədən qətnamə qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “X4” (VÖEN **********) (hazırda İddiaçı) MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 14 oktyabr 2017-ci il tarixdə 483 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı Əlavə) spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. 9.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və “X4” (hazırda İddiaçı) MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC-nin Nizamnaməsindən (6-cı redaksiya) görünür ki, (1.1-ci bənd) bu nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 0204-A4-823 nömrəli şəhadətnamə ilə "xxxx" MMC kimi Dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli Qərarına əsasən “X5” MMC adlandırılmış, təsisçilərin xx.xx.2018-ci il tarixli Qərarına əsasən İddiaçı MMC adlandırılmış Cəmiyyətin (VÖEN **********) Nizamnməsinin 6-cı redaksiyasıdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı tərtib edilmiş və aktda Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 2.915,18 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş cari hesab məlumatlarından (çıxarış) görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 100 manat və xx.xx.2022-ci ildə 100 manat olmaqla xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün İddiaçı MMC-yə ümumilikdə 300 manat ödəniş etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh 14 dekabr 2022-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 14 oktyabr 2017-ci il tarixli 483 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müəssisənin istehsal etdiyi malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Halhazırda Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 2.615,18 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaya etirazına əsas kimi hazırki alqı-satqı müqaviləsi üzrə ondan tələb olunan 2.615,18 manat borcun ona aid olmadığını, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən başqa onun da tanıdığı mağazanın borcunun olması barədə dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd etməyi zəruri qeyd edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 2.915,18 manat məbləğində borcun olması barədə üzləşmə aktını imzalamaqla və bundan sonra yəni xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün İddiaçı MMC-yə ümumilikdə 300 manat ödəniş etməklə İddiaçı MMC-yə 2.615,18 manat borcunun olması faktını faktiki olaraq təsdiq etmişdir. Bununla yanaşı cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, bu halda iş üzrə cavabdeh alqı-satqı münasibətlərinin öz adına rəsmiləşdirilməsinə razılıq verməklə, həmin münasibətlər əsasında öhdəliklərin icra edilməsini üzərinə götürmüş olur. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 2.615,18 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh 2.615,18 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 46,15 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2.615,18 manat əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2726/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2726/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver