Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2728/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Embawood" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 96010 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 96040 manat borcun tutularaq iddiaçı “Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Embawood" MMC ilə Cavabdeh arasında 19 yanvar 2021-ci il tarixli, S-005/19/01/2021 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq satıcı İddiaçı MMC tərəfindən 96010 manat dəyərində olan melamin lövhələr (bundan sonra -mallar) 2021-ci ilin yanvar və fevral ayları ərzində alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. Malların daşınması Cavabdeh MMC tərəfindən həyata keçirilmişdir. Satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş, həmin qaimələr alıcı tərəfindən təsdiq edilmiş, lakin ödənilməli olan 96010 manat məbləği ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi və səlahiyyətli nümayəndələri ilə dəfələrlə şifahi danışıqlar aparılmış, lakin qarşı tərəfdən heç bir addım atılmamışdır. Bundan əlavə İddiaçı MMC tərəfindən CavabdehMMC-yə yaranmış borcun ödənilməsi barədə 21.04.2021-ci il tarixli, 178 nömrəli yazılı pretenziya məktubu da göndərilmişdir. Alıcı 23.04.2021-ci il tarixdə pretenziya məktubunu almasına baxmayaraq, alıcı tərəfdən borcun ödənilməsi istiqamətində heç bir hərəkət olmamış. Məhkəmə iclasında iştirak edən iddiaçı “Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 19 yanvar 2021-ci il tarixli, S-005/19/01/2021 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - “Embawood" MMC bu müqavilənin ayrılmaz hissəsi sayılan əlavə(lər)də göstərilən mal(lar)ı alıcının - "xxxx" MMC-nin tam mülkiyyətinə verməyi, alıcı isə həmin mal(lar)ı bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini tam ödəməyi öhdəsinə götürür. “Embawood" MMC-nin təqdim etdiyi elektron qaimələrdən görünür ki, “Embawood" MMC ümumi dəyəri 96010 manat (ƏDV daxil) məbləğində olan malları alıcı "xxxx" MMCyə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi iddiaçı “Embawood" MMC və cavabdeh "xxxx" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - “Embawood" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıya 96010 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı “Embawood" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 96010 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 96010 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “Embawood" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 96010 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “Embawood" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2728/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2728/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver