Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2729/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçınin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh ilə İddiaçı arasında D/AZ43 nömrəli, 10 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 85831 saylı spesifikasiyadakı göstərilən 14436 ABŞ dolları dəyərində mallar cavabdehə təhvil verilərək qəbul edilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə uyğun olaraq Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqü ilə seçərək əvvəlcədən sifariş edir, Satıcı isə həmin malların hazırlanmasını və göndərilməsini təmin edir, Bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhtəsinə götürür. - 1.2-ci bəndinə əsasən, Malların siyahısı, nomenklatyra nömrəsi, malın kodu, onların miqdarı və qiyməti spesifikasiyada qeyd olunur. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Spesifikasiyada malların adları türk dilində və dəyəri isə ABŞ valyutası olan dollarla göstərilir. - 2.1-ci bəndinə əsasən, Alıcı sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an alıcı tərəfindən satıcıya ödənilir. Yerdə qalan ödənişlər 15 avqust 2023-cü il tarixdən hər həftə hissə-hissə olmaqla 1 oktyabr 2023-cü il tarixədək tam ödənilməlidir. Ümililikdə malların göndərildiyi tarixdən 45 gün ərzində malların dəyərini alıcı tam ödəməlidir. Göstərilən qaydada ödənişlər alıcı tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırıla bilər. - 4.1-ci bəndinə əsasən, Əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirmədikdə ötürülmüş hər gün üçün borc məbləğinin 2% həcmində cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
1. İddiaçı tərəfindən 14.436 manat dəyərində mal verilməsinə dair qaimələr tərtib edilərək Cavabdeh göndərilmişdir.
2. İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə müraciət edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli müqavilə üzrə 11797 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 12097 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 152 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında D/AZ43 nömrəli, 10 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 85831 saylı spesifikasiyadakı göstərilən 14436 ABŞ dolları dəyərində mallar cavabdehə təhvil verilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, D/AZ-05/12 nömrəli aktına əsasən sifariş olunan mallar lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə vaxtında təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Cavabdehə 10 yanvar 2025-ci il tarixdə pretenziya məktubu və iddia ərizəsi ona əlavə edilmiş sənədlər cavabdehin adına elektron vergi portalına göndərilmişdir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Tərəflər arasında yaranmış borcla bağlı xx.xx.2024-cü il tarixli, 05/12 saylı, üzləşdirmə akt imzalanmışdır. Həmin akta əsasən 11797 ABŞ dollar borcun olması öz təsdqini tapır. Müqavilənin 2.1-ci bəndinə əsasən 01 oktyabr 2023-cü il tarixədək cavabdeh tərəfindən şirkətə malların dəyəri tam ödənilməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 11797 ABŞ dolları borcunu bü günədək ödəməmişdir. xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh İddiaçınə 11797 ABŞ dolları əsas borc, cərimə olaraq 300 ABŞ dolları, ümumilikdə 12097 ABŞ dolları borcu yaranmışdır.
5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,442, 443.1, 445.2.1,448.1,462.1 və 600.4-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
6. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçının nümayəndəsi məhəkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəməməsinin səbəbləri haqqında məhkəməyə bir məlumat verməmişdir. Azərbaycan Respublikasl MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
2. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ
3. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
5. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
6. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
7. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Halhazırda Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı olan borcu 11917 ABŞ dolları təşkil edir. (əsas: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh arasında təsdiqlənmiş D/AZ-05/12 saylı 05 dekabr 2024cü il tarixli Üzləşmə aktı)
8. Bundan əlavə, İddiaçı arasında D/AZ43 nömrəli, 10 iyun 2023-cü il tarixli müqavilənin 4.1-ci bəndinə görə cavabdehdən borc məbləğinə mütənasib olaraq hər gecikdirilmiş gün üçün 2% məbləğində cərimə tələıb edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış 2 faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır.
9. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 11797 ABŞ dollari məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11797 ABŞ dolları məbləğində əsas borc və müqavilə üzrə gecikdirilməyə görə 300 ABŞ dolları cərimə tutularaq İddiaçı-nə ödənilməlidir.
10. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 152 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
11. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 152 manat təşkil edir.
12. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli müqavilə üzrə 11797 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 12097 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 152 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X2