Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-273/2022 16.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 342.986 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat məbləğindəki pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin (pulun) tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "SOCAR-AQŞ” MMC arasındakı 77/16/SA saylı müqaviləyə əsasən nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirilsə də, xidmətlərə görə yaranmış borcun bir qismi onlara ödənilməmişdir. Hazırda Cavabdeh MMC-nin cəmiyyətlərinə ƏDV daxil olmaqla 342.986 manat məbləğində borcu olsa da, hələ də bu qalıq məbləğ onlara ödənilməmişdir. Belə olan halda hesab edirlər ki, ƏDV daxil 342.986 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və mediasiya xidmətləri üçün nəzərdə tutulmuş və ödənilmiş 400 manat məbləğində pul vəsaiti onların hesabına ödənilməlidir. 15.11.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətinin keçməsi ilə irəli sürüldüyündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin əsasını 25 aprel 2016-cı il tarixli müqavilə təşkil edir. Lakin həmin müqavilədə göstərilən xidmətlərin həcmi və dəyəri göstərilməmişdir. Yalnız razılaşma müqaviləsidir. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən hər göstərilən xidmətə görə hesablaşma bu müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq əlavədə göstərilən qiymətlərlə tənzimlənir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi xidmətlər 2016-2017-ci illərə aid ola bilər. Hətta belə bir xidmətlər olubsa həmin xidmətlərin dəyəri tam ödənilmişdir və cavabdeh "xxxx" MMC-nin iddiaçıya heç bir borcu yoxdur. Ona görə də müqavilənin bağlandığı müddəti nəzərə alaraq hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Göründüyü kimi iddiaçının iddiasının əsasını təşkil edən müqavilənin bağlanmasından 5 ildən artıq zaman keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Qeyd olunan xidmətlər üzrə SOCAR-AQŞ MMC tərəfindən ödənişlər edilmişdir. Hətta ödənilməsə belə iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Eyni zamanda 07.12.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə - 31 dekabr 2018-ci il tarixinə 531.501,15 manat borcunun olması barədə 1 vərəqdən ibarət kserosurət kağız təqdim edilərək məhkəmə prosesində həmin kserosurət kağıza istinad edilərək guya Socar AQŞ MMC tərəfindən Azərnəqliyyatinşaat MMC-yə 531.501,15 manat borcunun etiraf olunması bildirilmişdir. Həmin iddia ərizəsinə əlavə edilmiş və iddiaçı tərəfindən istinad edilən sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, kserosurətin əsli yoxdur və bu barədə məlumat "xxxx" AQŞ MMC-nin kargüzarlıq sənədlərində də aşkar edilməmişdir. Yəni yuxarıda qeyd edilən sənəd əslində mövcud deyil. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 531.501,15 manat barədə sənəd MPM-in 76.3, 89.1, 89.3-cü maddəsinin tələbinə uyğun olmadığı nəzərə alınaraq mötəbər sübut kimi qiymətləndirilmədiyi üçün sübutlar siyahısından çıxarılmalıdır. Eyni zamanda xarici audit işinin bir hissəsi olaraq, audit şirkətləri audit etdikləri şirkətlərin balanslarını qarşı kontragentlərlə müqayisə edirlər və ciddi fərqlər olduqda bunu öz audit hesabatlarında əks etdirirlər. Bu proseslərdən biri də kreditor borcları üzrə vendorlardan onların hesabatlarındakı borc məbləğlərini soruşmaqdır. Lakin, bu sorğu yalnız bir tərəflidir, yəni vendor auditora cavab məktubunda öz hesabatlarındakı məbləği qeyd edir. Bu prosesə onlar Socar AQŞ olaraq heç bir müdaxilələri yoxdur və bu heç bir halda şirkətlərin qarşılıqlı balanslarının tanınması demək deyildir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin onların müstəqil auditora, Baker Tilly, ünvanladığı məktubdakı borc qalığı heç bir halda onların onlara olan borclarını ifadə etmir və onların bu borc məbləğini tanıdıqları mənasına gəlmir. Bir daha qeyd edir ki, iddiaçının təqdim etdiyi kserosurət sənəd əslində mövcud deyil. Həmçinin, məhkəmə təqdim edilmiş İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanan 11 iyun 2019-cu il tarixli, 18 nömrəli məktubdan da göründüyü kimi, Azərnəqliyyatinşaat MMC Socar AQŞ MMC-nin ona 137.821 manat borcunun olduğunu bildirərək həmin məbləği KapitalBank ASC-nin X3 hesab nömrələrinə ödənilməsi xahiş olunmuşdur. Socar AQŞ MMC isə Azərnəqliyyatinşaat MMC-nin məktubda qeyd etdiyi ümumilikdə 137.821 manat borc məbləğini 21.06.2019-cu il tarixdə 40.000 manat, 11.09.2019-cu il tarixdə 49000 manat, 26.12.2019-cu il tarixdə 30.000 manat və 24.01.2020-ci il tarixdə 18821 manat olmaqla cəmi 137.821 manat məbləğində ödənişi edərək aralarında heç bir borc qalmamışdır. Hətta bu barədə İddiaçı MMC-nin "xxxx" MMC-yə ünvanladığı pretenziya məktubuna cavab olaraq göndərdiyi 06 oktyabr 2021-ci il tarixli, 0812 saylı məktubunda da bildirmişdir. 11 iyun 2019-cu il tarixli, 18 nömrəli məktubun məzmunundan da göründüyü kimi İddiaçı MMC "xxxx" MMC-yə onlara olan borclarından 137.821 manat ödəniş edilməsini deyil, onlara olan borclarının - 137.821 manat məbləğində borcun ödənilməsini xahiş edir. Həmin məktubun məzmununda hər hansı anlaşılmazlıq yaxud texniki səhv olmaması açıq-aydın görünür. Əgər iddiaçının məktubunda hər hansı bir anlaşılmazlıq yaxud texniki səhv olsaydı məktub göndəriləndən sonrakı 2 il yarım zaman ərzində məktuba əlavə yaxud etiraz daxil olardı. Lakin, pretenziya ilə müraciət olunana qədər İddiaçı MMC tərəfindən 11.06.2019-cu il tarixli məktubunda hər hansı anlaşılmazlıq və ya texniki səhvin olması barədə heç bir məktub daxil olmayıb. Eyni zamanda, iddiaçı - İddiaçı MMC-nin iddia qaldırdığı tarixdən bu günədək iddia tələbinin məbləğini təsdiq edən sübutlar təqdim edə bilməməsi də bir daha təsdiq edir ki, Socar AQŞ MMC-nin Azərnəqliyyatinşaat MMC-yə hal-hazırda borcu yoxdur və aralarında olan sonuncu 137.821 manat borc məbləği də Socar AQŞ MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-nin X3 hesabına 21.06.2019-cu il tarixdə 40.000 manat, 11.09.2019-cu il tarixdə 49000 manat, 26.12.2019-cu il tarixdə 30.000 manat və 24.01.2020-ci il tarixdə 18821 manat olmaqla tam ödənilmişdir. İddiaçı MMC tərəfindən iddia tələbini əsaslandıran sübutlar kimi yalnız 13 ədəd akt məhkəməyə təqdim edilmişdir ki, hətta həmin aktlarda qeyd edilən məbləğlərin cəmi də ümumilikdə iddia ərizəsində qeyd edilən 342.986 manat deyil 84.442 manat təşkil edir. Hətta, onlar iddiaçı tərəfindən təqdim edilmiş 13 aktda olan 84.442 manat borc məbləği kimi qeyd edilən məbləği də qəbul etmirlər. Ona görə ki, həmin aktların əsilləri və eləcə də həmin aktlarda qeyd edilən məbləğlərin ödənilməsi üçün elektron qaimənin göndərilməsini təsdiq edən sübutlar mövcud deyil. İddiaçı iddiasının hüquqi əsası kimi istinad etdiyi 25 aprel 2016-cı il tarixli müqavilə isə nəqliyyat ekspedisiya müqaviləsidir və həmin müqavilə İddiaçı MMC ilə Socar AQŞ MMC arasında icarə münasibətlərini tənzimləmir. İddiaçının təqdim etdiyi aktlarda borcun texnikaların icarəyə verilməsi ilə əlaqədar yarandığı qeyd olunur. İddiaçının iddia ərizəsində müqavilə münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etməməsi də onu göstərir ki, iddiaçının tələbi 25 aprel 2016-cı il tarixli müqavilə üzrə deyil, cavabdeh ilə aralarındakı icarə münasibətlərindən əmələ gələn borc məbləğinin ödənilməməsini iddia edir, yəni, 25 aprel 2016-cı il tarixli müqavilə iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərini deyil, yalnız nəqliyyat-ekspedisiya münasibətlərini tənzimləyir. Daha sonra 29.01.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizədə qeyd etmişdir ki, iddiaçının vəkili tərəfindən həmin iddia tələbinin əsası kımı 97 ədəd aktlar təqdim edilsə də, lakin, hansı aktlar əsasında borcların yaranmasını və dəyəri ödənilmədiyini iddia etdiyi aktlar üzrə elektron qaimə-fakturaların göndərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununlad a iddiaçı sübutetmə yükünü öz üzərindən ataraq cavabdehin üzərinə qoymağa çalışmışdır. Lakin iddiaçının MPM-nin 77.1-ci maddəsinin tələbini pozmasına baxmayaraq, yəni, istinad etdiyi müqavilə üzrə dəyəri ödənilmədiyi iddia edilən aktların nömrələri, tarixləri və həmin aktlar üzrə elektron qaimələrin təqdim edilməməsinə baxmayaraq, aktlarda qeyd edilən işlərin dəyərinin Cavabdeh MMC tərəfindən ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edilmişdir. Halbuki, iddiaçı iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə ödənilmədiyini iddia etdiyi borc məbləğlərinin hansı (tarix və nömrələri göstərilməklə) aktlar əsasında yarandığını və həmin aktlar üzrə elektron qaimə-fakturaların göndərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edəndən sonra Socar AQŞ MMC öz etirazının əsası kimi ödəniş qəbzlərini təqdim etməli idi. Lakin bu günədək, İddiaçı MMC tərəfindən dəyərinin ödənilmədiyini iddia etdiyi aktlar üzrə elektron qaimə-fakturaların SOCAR AQŞ MMC-yə göndərilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməyib. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən, bu qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Eyni zamanda Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarının 5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 01 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 01 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişlərinə) elektron qaiməfaktura təqdim edilir. 15.02.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət təqdim edərək, hazırki iş üzrə İddiaçı MMC-nin iddia ərizəsi ilə birlikdə verdiyi və məhkəməyə üzləşdirmə aktı kimi təqdim etdiyi kserosurət vərəqəni sübut kimi qiymətləndirilməməsini xahiş etmiş və vəsatətdə qeyd etmişdir ki, Bakertilly Audit Azərbaycan QSC-nin məhkəmənin sorğusuna cavabından məlum olur ki, iddiaçının üzləşdirmə aktı kimi məhkəməyə təqdim etdiyi kserosurətin həqiqətən də əsli yoxdur və belə bir sənədin orijinalının olması təsdiqini tapmır. Eyni zamanda məktubun özündə də bir daha təsdiq edilir ki, iddiaçının istinad etdiyi sənəd həmin şirkətin özünə skan olunaraq və ya fotoshop edilərək göndərilmişdir. İddiaçının üzləşdirmə aktı kimi təqdim etdiyi kserosurət kağız qanunvericiliyinin tələbinə uyğun olmadığı üçün mötəbər sübut hesab edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, üzləşmə aktında 31.12.2018-ci il tarixə cavabdehin onlara olan borucunun 531.501,15 manat olması qeyd edilib. Məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə məktub ünvanlayaraq 137.000 manat məbləğin ödənilməsini tələb etmişlər və həmin hissədə borc artıq ödənilmişdir. Xidmətlərin göstərilməsini sübuta yetirən aktlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda cavabdeh əvvəlki məhkəmə iclaslarında rəhbərliyin dəyişməsi və köhnə rəhbərliyə görə yeni rəhbərliyin məsuliyyət daşımamasına, daha sonra sənədlərin əsl olmamasına istinad etməklə, bir növ iddia tələbini etiraf etmişdir. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə bildirirmişdir ki, iddia müddəti tərəflərindən ötürülməyib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, 15.11.2021-ci il tarixli iddia müddətinin tətbiqinə dair ərizənin, iddia ərizəsinə verdiyi yazılı etirazının, 29.01.2022-ci il tarixli ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Vəkil2 həmçinin izahatında iddia tələbinin əsası olaraq təqdim edilmiş aktlar üzrə iddiaçı tərəfindən iddia edilən borcların cavabdeh - "xxxx" MMC tərəfindən tamamilə ödənildiyini, belə ki, iddiaçı tərəfindən iddianın əsası kimi istinad etdiyi 97 ədəd aktlar üzrə iddia olunan borc məbləğinin 692.800 manat olduğunu, lakin həmin aktların bir qisminin 25 aprel 2016-cı il tarixli nəqliyyat ekspedisiya müqaviləsindən irəli gələn daşıma münasibətlərinə, o cümlədən müqavilənin əsasını təşkil edən müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə predmetinə heç bir aidiyyətinin olmadığını, aktların özündən də göründüyü kimi 97 ədəd Aktlardan - 10 ədədi yəni, 11 yanvar 2017-ci il tarixli 02 nömrəli akt, 11 mart 2017-ci il tarixli 74 nömrəli akt, 11 aprel 2017-ci il tarixli 74 nömrəli akt, 11 prel 2017-ci il tarixli 80 nömrəli akt, 11 may 2017-ci 1 tarixli 87 nömrəli akt,11 iyul 2017-ci il tarixli 99 nömrəli akt, 11 avqust 2017-ci il tarixli 105 nömrəli akt, 11 sentyabr 2017-ci il tarixli 113 nömrəli akt, 11 oktyabr 2017-ci il tarixli 121 nömrəli akt, 11 noyabr 2017-ci il tarixli 130 saylı akt, 11 dekabr 2017-ci il tarixli 138 saylı aktların hazırkı 25 aprel 2016-cı il tarixli nəqliyyat ekspedisiya müqaviləsinə heç bir aidiyyətinin olmadığını bilə-bilə iddiaçı tərəfindən məhkəməni çaşdırmaq məqsədilə iddia tələbini əsaslandıran sübut qismində sistemə daxil etdiyini, halbuki, iddia müddəti ötmüş 10 ədəd həmin aktlar üzrə borcların tərəflərin qarşılıqlı razılığı əsasında ödənilərək hər hansı bir öhdəlik qalmadığını, eyni zamanda iş üzrə təqdim olunan digər 87 ədəd aktın üzrə iddia olunan məbləğin tərəflərindən tamamilə ödənildiyini (571.696 manat) və hal-hazırda 25 aprel 2016-cı il tarixli nəqliyyat ekspedisiya müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı MMC-yə heç bir borcunun olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında üzləşmə aktının əvvəlki rəhbərlik tərəfindən imzalandığından həmin üzləşmə aktını qəbul etmədiklərini qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin digər nümayəndəsi X4 izahatında nümayəndə və Vəkil2 qeyd etdiklərini təsdiq edərək, iddianın rədd olunmasını xahiş etdi. - X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən 2020-ci ilə dək "xxxx" MMC-də logistika üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmış, şirkətin daxili daşımaları, sifarişlərin verilməsi səlahiyyəti ona aid idi. Aktlar, hesab-fakturalar tərəfindən yoxlanılırdı, daha sonra qeydiyyata alıb mühasibatlıq şöbəsinə göndərirdi. Çalışdığı dövr ərzində İddiaçı MMC-yə borcları var idi. Hətta tərəflər arasında 800.000 manat məbləği ehtiva edən üzləşmə aktı imzalanmışdır. Qalıq borc ilə bağlı İddiaçı MMC ona məlumat verirdi. Tərəflər arasında kommersiya münasibətləri 4-5 ildavam etmişdir. Şirkətlər arasında ümumi dövriyyənin məbləği ilə bağlı dəqiq məlumatı yoxdur. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında ödəmələr ilə bağlı problemlər yaranırdı, onun işdən ayrıldığı vaxt cavabdehin borcunun məbləği barədə dəqiq məlumatı olmamışdır. Cavabdeh tərəfindən ödəniş edilən zaman iştirak etmirdi. Ödəniş barədə onu məlumatlandırırlardı. Eyni zamanda aktlar, hesab-fakturalar və ödəniş qəbzləri ona təqdim edilirdi. İddiaçı MMC-nin tələb etdiyi məbləğlər ilə bağlı "xxxx" MMC-də şöbə müdirinə məlumat verirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC (ekspeditor) ilə "xxxx" MMC (sifarişçi) arasında 25 aprel 2016-cı il tarixdə bağlanmış 77/16/SA saylı nəqliyyat-ekspedisiya müqaviləsinə əsasə müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə ekspeditor sifarişçinin sifarişi ilə ona nəqliyyat-ekspedisiya xidmətləri (quruda, hava, su yükdaşımaları üzrə) göstərməyi, sifarişçi isə yerinə yetirilən xidmətlərə görə hər ay hazırki müqavilənin əlavəsində göstərilən xidmət haqqını ekspeditora ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən hazırki müqavilənin predmetinə əsasən hər göstərilən xidmətə görə hesablaşma bu müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq əlavədə göstərilən qiymətlərlə tənzimlənir. 3.3-cü bəndinə əsasən bütün ödənişlər tərtib olunan hesab-faktura və akt əsasında sifarişçi tərəfindən köçürmə yolu ilə ekspeditorun bank hesabına köçürülür, hazırki müqavilədə göstərildiyi kimi ödənişlər hesab-faktura tarixindən etibarən 30 gündən gec olmayaraq həyata keçirilir. 6.1-ci bəndinə əsasən hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2016-cı il tarixinədək qüvvədədir. 6.2-ci bəndinə əsasən əgər tərəflərdən biri müqavilənin bitmə tarixindən iki ay əvvəlcədən müqavilənin müddətinin uzadılmayacağı barədə digər tərəfə yazılı şəkildə bildirməzsə, müqavilə növbəti il üçün bir il müddətinə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 25 aprel 2016-cı il tarixdə 77/16/SA saylı müqaviləyə 29 dekabr 2016-cı il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən müqaviləni aşağıdakı kimi dəyişmək barədə razılığa gəlmişlər:
1. Müqavilənin müddəti 31 dekabr 2018-ci il tarixinədək artırılsın və müqavilənin 6.1ci maddəsi aşağıdakı redaksiyada verilsin: “6.1. Hazırki müqavilə 25 aprel 2016-cı il tarixindən qüvvəyə minir və 31 dekabr 2018-ci il tarixinədək qüvvədə qalır”.
2. Bu 01 nömrəli əlavə razılaşmanın müddəaları və şərtlərinə zidd olmamaq şərti ilə müqavilənin digər müddəaları və şərtləri dəyişməz olaraq qalır. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış və sonuncu tərəfindən təsdiqlənmiş məktubun (borcların üzləşdirilməsi aktının) surətindən görünür ki, məktubda (aktda) 31 dekabr 2018-ci il tarixinə SOCAR-AQŞ MMC-nin İddiaçı MMC-yə olan kreditor borclarının qalığının 531.501,15 manat məbləğində olması qeyd edilmişdir. Məktub (borcların üzləşdirilməsi aktı) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 2017-cı ilin fevral ayından 2018-ci ilin fevral ayına qədər olan dövrü əhatə edən aktlara əsasən "xxxx" MMC-nin sifarişi ilə İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV xaric 660.304,67 manat məbləğində müxtəlif növ nəqliyyat və yükdaşıma xidmətləri göstərilmişdir. Aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 13.06.2018-ci il tarixli 000XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş xidmətlər üçün 11.01.2017-ci il tarixli hesaba əsasən 20.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. 27.07.2018-ci il tarixli 0001AZ**********1 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş xidmətlər üçün 11.01.2017-ci il tarixli hesaba əsasən 44.105,22 manat məbləğində pul vəsaiti ödənilmişdir. 06.09.2018-ci il-25.04.2019-cu illər arası dövrü əhatə edən ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş xidmətlər üçün ümumilikdə 412.180,03 manat məbləğində pul köçürülmüşdür. 21.06.2019-ci il-24.01.2020-ci illər arası dövrü ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş xidmətlər üçün ümumilikdə 137.821 manat məbləğində pul köçürülmüşdür. 16.02.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 09.09.2016-cı il tarixli, 40 saylı hesaba əsasən) 6.101,70 manat məbləğində ƏDV ödənişi edilmişdir. 06.04.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 09.09.2016-cı il tarixli, 40 saylı hesaba əsasən) 9.000 manat məbləğində ƏDV ödənişi edilmişdir. 21.04.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 09.09.2016-cı il tarixli, 40 saylı və 14.10.2016cı il tarixli, 45 saylı hesaba əsasən) 16.779,66 manat məbləğində ƏDV ödənişi edilmişdir. 14.06.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 14.10.2016-cı il tarixli, 45 saylı hesaba əsasən D) 7.627,12 manat məbləğində ƏDV ödənişi edilmişdir. 21.07.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 14.10.2016-cı il tarixli, 45 saylı, hesaba əsasən) 7.627,12 manat məbləğində ƏDV ödənişi edilmişdir. 21.09.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 14.10.2016-cı il tarixli, 45 saylı, hesaba əsasən) 4.500 manat məbləğində ƏDV ödənişi edilmişdir. 20.10.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 14.10.2016-cı il tarixli, 45 saylı, 16.11.2016-cı il tarixli, 47 saylı hesaba əsasən) 7.627,12 manat məbləğində ƏDV ödənişi edilmişdir. 28.12.2017-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 16.11.2016-cı il tarixli, 47 saylı hesaba əsasən) 7.627,12 manat məbləğində ƏDV ödənişri edilmişdir. 02.04.2018-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (ödənişin təyinatı və əsası 16.11.2016-cı il tarixli, 47 saylı və 22.12.2016cı il tarixli, 51 saylı hesaba əsasən) 7.200 manat məbləğində ƏDV ödənişi edilmişdir. 27.07.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına (11.01.2017-ci il tarixli hesaba əsasən) 7938,94 manat məbləğində ödənişlər edilmişdir. 30.10.2018-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 7.200 manat məbləğində ƏDV ödənişi edilmişdir. 17.05.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına 9152,54 manat məbləğində ödənişlər edilmişdir. 06.09.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına 9000 manat məbləğində ödənişlər edilmişdir. 27.09.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına 8080,46 manat məbləğində ödənişlər edilmişdir. 13.12.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına 22881,36 manat məbləğində ödənişlər edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 11.06.2019-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-dən 137.821 manat məbləğində borcun məktubda qeyd olunan bank hesabına köçürülməsi xahiş edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ƏDV daxil 342.986 manat məbləğində borcun 30.09.2021-ci il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə pretenziya məktubuna cavab olaraq göndərilmiş 06.10.2021-ci il tarixli məktubdan görünür ki, həmin məktubda 2019-cu ildə "xxxx" MMC və İddiaçı MMC-nin rəhbərliyi tərəfindən borc məbləğinin ƏDV xaric 137.821 manat miqdarında müəyyən edildiyi, həmçinin İddiaçı MMC-nin onların şirkətlərinə göndərdiyi 11 iyun 2019-cu il tarixli 18 saylı məktubunda da "xxxx" MMC-nin borc öhdəliyinin 137.821 manat məbləğində müəyyən olunduğu, həmin məktubun göndərilməsindən sonra sözügedən borc məbləğinin (137.821 manat+ƏDV) "xxxx" MMC tərəfindən şirkətə ödənildiyi və hazırda "xxxx" MMC-nin onların şirkətinə heç bir borc öhdəliyinin qalmadığı bildirilmişdir. “X9 Azərbaycan” QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 fevral 2022-ci il tarixli məktubdan görünür ki, audit şirkəti tərəfindən "xxxx" MMC-nin və onun törəmə müəssisələrinin 31 dekabr 2018-ci il tarixində başa çatmış illik dövr üzrə Maliyyə Hesabatları aparılmış və 27 iyun 2019-cu il tarixdə audit rəyi təqdim edilmişdir. Audit yoxlaması zamanı, kreditor borc qalıqlarının üzləşdirilməsi məqsədilə əhəmiyyətlilik prinsipinə uyğun olaraq "xxxx" MMC-nin mal və xidmət aldığı tərəflərə, eləcə də İddiaçı MMC-yə təsdiq məktubu göndərilmişdir. İddiaçı MMC-dən 6 fevral 2019-cu il tarixində elektron formada təsdiq məktubuna cavab qəbul edilmiş və "xxxx" MMC tərəfindən onlara təqdim edilən kreditor borc qalığı ilə üzləşdirilmişdir. Nəticədə, İddiaçı MMC tərəfindən təsdiq edilən və "xxxx" MMC tərəfindən maliyyə hesabatlarında təqdim edilmiş borc qalığı arasında fərqin olmadığı müəyyən edilmişdir. Əsaslandırıcı hissə:
Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 25 aprel 2016-cı il tarixli nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC tərəfindən həmin müqavilə üzrə öhdəliklər icra edilərək cavabdeh "xxxx" MMC-yə nəqliyyat-ekspedisiya xidmətləri göstərilmişdir. Hazırda İddiaçı MMC müqavilə üzrə göstərilmiş xidmətlərə görə haqqın cavabdeh "xxxx" MMC tərəfindən tam ödənilmədiyini əsas göstərərək ƏDV daxil 342.986 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə göstərilmiş xidmətlərinin dəyərinin tam şəkildə ödənildiyini iddia edir və iddianın rədd edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə xidmətlər göstərməsini və həmin xidmətlərə görə cavabdehin iddiaçıya borcunun mövcudluğunu sübuta yetirmək üçün 31 dekabr 2018-ci il tarixinə SOCAR-AQŞ MMC-nin İddiaçı MMC-yə olan kreditor borclarının qalığının 531.501,15 manat təşkil etməsinə dair təsdiq məktubunun surətini və göstərilmiş xidmətlərin həcminin və dəyərini müəyyən edən aktları məhkəməyə təqdim etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi borcların qalığı barədə təsdiq məktubunun (borcların üzləşdirmə aktının) surətinə gəldikdə sözügedən sübutun həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirildiyindən, lakin məhkəmənin təklifinə baxmayaraq sübutun əsli məhkəməyə təqdim edilmədiyindən məhkəmə MPM-in 89.3-cü maddəsinin tələbləri baxımından həmin sənədi iş üçün əhəmiyyət kəsb edən halları müəyyən edən sübut qismində qəbul edilməsini mümkün hesab etmir. MPM-in: 78.1-1-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, sözügedən məktubda (aktda) yalnız cavabdehin iddiaçıya 31.12.2018-ci il tarixə yuxarıda göstərilən məbləğdə borcunun mövcud olması qeyd edilmiş, həmin borcun hansı əsaslarla (hansı müqavilə əsasında, hansı mallara və ya xidmətlərə görə)və nə vaxt (və ya hansı müddət üçün) yaranması göstərilməmiş, eləcə də həmin borcun yaranması üçün əsas olan ilkin mühasibat uçotu sənədlərinə istinad edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin sənəd məhkəmə tərəfindən sübut qismində qəbul edilsəydi belə, sözügedən borc məbləğinin yaranma əsaslarını, vaxtını təsdiq edən ilkin mühasibat uçotu sənədləri məhkəməyə təqdim edilmədiyi təqdirdə borcun mövcud olması faktının və məbləğinin müəyyən edilməsi üçün kifayət etməyəcəkdi. İddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarına gəldikdə məhkəmə qeyd edir ki, həmin aktlar 2017-ci ilin fevralı-2018-ci ilin fevralı arası dövrü əhatə edir və iddiaçı tərəfindən cavabdehə cəmi ƏDV xaric 660.304,67 manat məbləğində xidmətlərin göstərilməsini təsdiq edir. Həmin aktların bir qisminin nəqliyyat vasitələrinin icarəsi ilə bağlı olmaqla mübahisəli müqavilə əsasında göstərilmiş xidmətlərlə bağlı tərtib edilməməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla tərəflər arasında hər hansı digər müqavilənin mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İkincisi, tərəflər arasında bağlanmış mübahisəli nəqliyyat- ekspedisiya müqaviləsində iddiaçı tərəfindən göstəriləcək xidmətlərin konkret dairəsi açıqlanmamışdır. Bu halda isə tərəflərin barəsində razılığa gəldikləri nəqliyyat- ekspedisiya xidmətlərinin tərəflərin “yükmaşınların icarəsi” adlandırdıqları işi (xidməti) də ehtiva etməsi istisna edilmir. Bununla yanaşı iddiaçının mübahisəli müqaviləyə aidiyyətinin olmadığı iddia etdiyi aktların birinci abzaslarında görülmüş işin (xidmətin) adı “yük maşının icarəsi” kimi göstərilsə də, ikinci abzaslarında yük maşınlarının göstərdikləri xidmətin dəyəri müəyyən edilmişdir. Göstərilən hal da tərəflərin “yükmaşının icarəsi”ni də “xidmət” adlandırmalarına dəlalət edir. Üçüncüsü, tərtib edilmiş aktların forması, nömrələnməsi, icraçı qismində eyni şəxslər tərəfindən imzalanması (Vəliyev, Əliyev, Əsədov) onu göstərir ki, təqdim edilən aktların hamısı eyni müqavilə əsasında tərtib edilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlərin müqabilində cavabdeh tərəfindən edilmiş ödənişlərin məbləğinə gəldikdə qeyd edilməlidir ki, Cavabdeh MMC iddiaçıya göstərilmiş xidmətlərə görə borclarının olmamasını sübuta yetirmək üçün məhkəməyə ödəniş sənədləri təqdim etmişdir. Lakin həmin ödəniş sənədlərinin bir qisminin “təyinat” hissəsində həmin ödənişlərin 2017-ci ilin fevral ayından əvvəlki dövrə aid hesablara əsasən aparıldığı göstərilmişdir. Belə olan halda isə həmin ödənişlərin iddiaçının məhkəməyə təqdim etdiyi 2017-ci ilin fevralı-2018-ci ilin fevralı arası dövrü əhatə edən aktlarda əks olunmuş xidmətlərə görə aparılması istisna olunur. Odur ki, məhkəmə sözügedən (2017-ci ilin fevral ayından əvvəlki dövrə aid hesablara əsasən aparılmış) ödənişlərin aktlarda göstərilmiş xidmətlərə görə cavabdehin borcunun olub-olmadığını müəyyən edərkən nəzərə almır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə 2017-ci ilin fevrali-2018-ci ilin fevralı arasındakı dövrdə ümumilikdə ƏDV xaric 660.304,67 manat (+118.854,84 manat ƏDV) məbləğində müxtəlif növ nəqliyyat-ekspedisiya xidmətləri göstərilmiş, cavabdeh tərəfindən isə həmin dövrdə göstərilmiş xidmətlərə görə 550.001,03 manat məbləğində əsas borc və 56.314,36 manat məbləğində ƏDV borcu ödənilmişdir. Odur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas borcu 110.303,64 manat, ƏDV borcu 62.540,48 manat, cəmi borcu isə 172.844,12 manat təşkil edir. İddiaçının cavabdehə ünvanladığı 11.06.2019-cu il tarixli məktubunda cəmi 137,821 manat məbləğində borcun ödənilməsini tələb etməsi və göstərilən faktın həmin tarixə borcun həmin məbləğlə məhdudlaşdırılmasını təsdiq etməsi barədə cavabdehin istinad etdiyi dəlilə münasibətdə məhkəmə iddiaçının mövqeyi ilə razılaşır ki, iddiaçının 137,821 manat məbləğində borcun ödənilməsini tələb etməsi cavabdehin daha böyük məbləğdə borcunun olmasını istisna etmir və belə olan halda həmin məktub 11.06.2019-cu il tarixə cavabdehin borcunun məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyil. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 380-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırkı halda iddiaçının dəyərinin ödənilməsini tələb etdiyi xidmətlər 2017-ci ilin fevral-2018-ci lin fevral ayları arası dövrdə göstərilmişdir. Tərəflər arasında bağlanmış mübahisəli müqavilənin müddəti isə 31.12.2018-ci il tarixdə bitmişdir. Bundan əlavə sözügedən müqavilə üzrə cavabdeh tərəfindən vaxtaşırı ödənişlər edilməklə sonuncu ödəniş 24.01.2020-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh mübahisəli müqavilə üzrə vaxtaşırı ödənişlər etdiyindən hazırkı tələb üzrə iddia müddəti sonuncu dəfə 24.01.2020-ci il tarixdə olmaqla dəfələrlə kəsilmişdir. Hazırkı iddia isə iddia müddəti sonuncu dəfə yenidən başladığı vaxtdan 1 il 9 ay sonra 01.10.2021-ci il tarixdə qaldırılmışdır. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən təsdiq edilir ki, İddiaçı ASC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilərkən müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 110.303,64 manat məbəğində əsas borc və 62.540,48 manat məbləğində ƏDV borcu daxil olmaqla 172.844,12 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddia verilərkən (30 sentyabr 2021-ci il tarixdə) 400 manat məbləğində müdiasiya xərci ilə yanaşı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 110.303,64 manat (bir yüz on min üç yüz üç manat altmış dörd qəpik) əsas borc və 62.540,48 manat (altmış iki in beş yüz qırx manat qırx səkkiz qəpik) ƏDV borcu daxil olmaqla 172.844,12 manat (yüz yetmiş iki min səkkiz yüz qırx dörd manat on iki qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ********** saylı qəbzə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva