Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2730/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi in, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MKM) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2017-ci il tarixli müqavilə üzrə 24165,29 manat (iyirmi dörd min bir yüz altmış beş manat iyirmi doqquz qəpik) əsas borc, 8820,31 manat (səkkiz min səkkiz yüz iyirmi manat otuz bir qəpik) dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 1208,26 manat (bir min iki yüz səkkiz manat iyirmi altı qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərc olmaqla, cəmi 34393,86 manat (otuz dörd min üç yüz doxsan üç manat səksən altı qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada əhəng məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı hər ay ona təhvil verilmiş malın dəyərini növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür. Müqavilə şərtlərinə uyğun olaraq, alınan məhsullar üzrə alıcının hal-hazırda ödəməli olduğu məbləğ ƏDV daxil olmaqla 24165,29 manat (iyirmi dörd min bir yüz altmış beş manat iyirmi doqquz qəpik) təşkil edir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, hətta 18 oktyabr 2021-ci il tarixli xx-184/2021 nömrəli pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Sözügedən müqavilənin 4.4-cü bəndinə əsasən ödənişin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i həcmində dəbbə pulu ödəyir. Beləliklə, müqavilənin şərtinə əsasən 14 fevral 2022-ci il tarixinə cavabdeh alıcıya 8820,31 manat (səkkiz min səkkiz yüz iyirmi manat otuz bir qəpik) dəbbə pulu ödəməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, İddiaçı MMC-dən əhəng məhsulu alır. Əvvəllər alınan məhsul keyfiyyət baxımından yaxşı olsa da, son partiyalarda alınan məhsulun çox hissəsi istehsala yararsız vəziyyətdə olmuşdur. Bununla bağlı Cavabdeh tərəfindən dəfələrlə İddiaçı MMC-nin satışla bağlı bütün işçilərinə məlumat verilmişdir. Lakin o müəssisədə tez-tez işçilər dəyişdiyindən, hər dəfə yeni gələn işçi bundan xəbərsiz olmuşdur. Sonuncu dəfə də iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl həm pretenziya məktubu göndərərkən, həm də mediasiya prosesində iştirak edərkən iddiaçıya yazılı şəkildə bildirmişdir ki, alınan məhsuldan 60 tona qədər çiy daş çıxmışdır. Həmin məbləğin borcdan çıxılmasını xahiş etmişlər. Pandemiya dövründə müəssisənin fəaliyyəti olmadığından ödəmələrdə gecikmələr yaranmışdır. Lakin İddiaçı MMC qəti şəkildə bununla razılaşmamış, dəfələrlə təkid etməklərinə baxmayaraq, qüsurlu malı nəzərə almamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2.1-ci bəndinə əsasən satıcı malı alıcıya beynəlxalq standartlarda müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə təhvil verməli idi. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən bu müqavilənin 2.2-ci bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasının və onların pozulmasına yol verilməməsini satıcıdan tələb edir. Ona görə də, İddiaçı MMC əvvəlcə qüsurlu olaraq təhvil verdiyi məhsulu geri qaytarmalı, sonra yerdə qalan məhsula görə ödənişi Cavabdehndən tələb etməlidir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçındən xx.xx.2021-ci il tarixə kimi aldığı sönməmiş əhəng məhsulunun emalı zamanı 60 (altmış) tondan çox bişməmiş çiy daş çıxması, bununla əlaqədar olaraq İddiaçınə məlumat verilməsi, lakin onlar tərəfindən heç bir tədbir görülməməsi, məhsulun qaytarılmasının onlara təklif edilməsi barədə aktlar tərtib olunmuşdur. Həmin aktlar və məhsulun fotoşəkilləri ərizəyə əlavə olunmuşdur. İddiaçının nümayəndəsi Mamedov Natig məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MKM arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi və təqdim edilmə qaydası bu cür sifarişdə müəyyənləşdirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin 1 saylı əlavəsi olan malların Qiymət Spesifikasiyası əsasında müəyyən edilir. Mala görə ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə manat ilə həyata keçirilir. - xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2017-ci il tarixli, 1 saylı Əlavədən (malların qiymət spesifikasiyası) görünür ki, tərəflər malların qiyməti barədə aşağıdakı qaydada razılığa gəlmişlər: 1) Yanmış (Kristal 020 mm) 1 ton – 126 manat; 2) Üyüdülmüş (090 mm) 1 ton – 126 manat; 3) Söndürülmüş 1 ton – 136 manat. Sözügedən Əlavə hər iki tərfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 756096 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 2019-cu ilin dekabr ayı üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3654,55 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC və Cavabdeh MKM arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MKM-nin xx.xx.2020-ci il tarixə İddiaçı MMC-yə ƏDV daxil 19604,66 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 248927 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3601,03 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 863266 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3654,55 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 451945 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3865,68 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 173161 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3380,98 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 811757 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3895,42 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 335719 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3172,83 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 690421 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3951,91 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 087168 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2129,10 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 700706 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4023,28 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 442225 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2795,18 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 489742 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3193,65 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 357958 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3015,23 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, xx00000139 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 24,22 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, xx00000330 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 24,58 ton həcmində əhəng yanmış (kristal) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, xx00000490 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 26,02 ton həcmində əhəng yanmış (kristal) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, xx00002205 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 22,74 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, xx00002413 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 26,2 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, xx00002688 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 21,34 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, xx00002952 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 26,58 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, DSİ-000953 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 14,32 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, DSİ-001064 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 27,06 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2021-ci il tarixli, DSİ-001308 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 18,8 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2021-ci il tarixli, DSİ-001554 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 21,48 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - xx.xx.2021-ci il tarixli, DSİ-002113 nömrəli Yol qaiməsi və anbardan çıxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MKM-yə 20,28 ton həcmində əhəng yanmış (big bag) 0-20 mm təhvil verilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, PB/PBL-OUT-01017- 2022 nömrəli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MKM tərəfindən İddiaçı MMCnin "xxxx" ASC-də olan AZ21PAHA40040AZNHC********** nömrəli hesabına xx.xx.2020-ci il tarixdə 3438,44 manat, xx.xx.2020-ci il tarixdə 6020 manat, xx.xx.2020-ci il tarixdə 5084,75 manat, xx.xx.2020-ci il tarixdə 5084,75 manat, xx.xx.2020-ci il tarixdə 5084,75 manat, xx.xx.2020-ci il tarixdə 1804,32 manat, xx.xx.2021-ci il tarixdə 4279,9 manat və xx.xx.2021-ci il tarixdə 2706,48 manat olmaqla, ümumilikdə xx.xx.2020–xx.xx.2022-ci il tarixləri aralığında 33503,39 manat məbləğində vəsait daxil olmuşdur. - İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MKM-yə müraciət edilərək borcun 10 (on) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MKM arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ona görə də iddiaçının hazırkı tələb hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 24165,29 manat əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı qeyd olunan tələbi ilə bağlı məhkəməyə tərəflər arasında bağlanan müqaviləni, malların qiymət spesifikasiyasını, qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktını, yol qaiməsi və anbardan çıxış aktlarını, cavabdehin etdiyi ödənişlərlə bağlı hesabdan çıxarışı təqdim etmişdir. Həmin məbləğdə borcun olması iddiaçı tərəfin təqdim etdiyi sübutlarla öz təsdiqini tapır. Cavabdeh malların təhvil verilməsi və borcun olmasını mübahisələndirməmiş, lakin alınan məhsuldan 60 tona qədər çiy daş çıxmasını qeyd edərək, həmin məbləğin borcdan çıxılımalı olduğunu bildirmişdir. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçındən xx.xx.2021-ci il tarixə kimi aldığı sönməmiş əhəng məhsulunun emalı zamanı 60 (altmış) tondan çox bişməmiş çiy daş çıxması, bununla əlaqədar olaraq İddiaçınə məlumat verilməsi, lakin onlar tərəfindən heç bir tədbir görülməməsi, məhsulun qaytarılmasının onlara təklif edilməsi barədə tərtib olunmuş aktları, fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, dəfələrlə təkid etməklərinə baxmayaraq, qüsurlu mal nəzərə alınmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli pretenziya məktubunun üzərində cavabdeh tərəfindən edilmiş qeyddə də cavabdeh pandemiya ilə əlaqədar işdə yaranan fasiləyə görə borcu ödəyə bilmədiklərini, lakin ödəyəcəklərini, göndərilən məhsuldan 60 (altmış) tondan çox bişməmiş çiy daş çıxmasını bildirir və onun məbləğinin ümumi borcdan çıxılmasını xahiş edir. Eyni zamanda iddiaçının cavabdehə göndərdiyi mediasiya prosesinin tətbiqi barədə təklifə cavabdehin etdiyi qeyddə də cavabdeh pandemiya ilə əlaqədar işdə fasilə yarandığı üçün borcu ödəyə bilmədiklərini, lakin ödəyəcəklərini, həmçinin göndərilən məhsuldan 60 (altmış) tona qədər bişməmiş çiy daş çıxmasını bildirmişdir. Cavabdeh etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 587.1.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan alış qiymətinin mütənasib azaldılması tələb etsin. 587.2.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin: 5.1-ci bəndinə əsasən mal keyfiyyətinə görə tələb olunan standartlara və normativtexniki sənədlərin tələblərinə cavab verməlidir. Mal göstərilən tələblərə uyğun olmadığı halda Alıcı həmin Malın uyğun olmayan hissəsini qəbul etməkdən imtina edə və ya onun dəyişdirilməsini tələb edə bilər. Satıcı Malın müvafiq keyfiyyət göstəricilərini əks etdirən “X1” hər bir sifariş üzrə göndərilən Malın müvafiq sənədlərinə əlavə edərək Alıcıya göndərir. 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 2.2.1-ci bəndinə əsasən malı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad, beynəlxalq standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə və bu Müqaviləyə uyğun gələn miqdarda, çeşiddə və müddətdə təhvil verir. Məhkəmənin gəldiyi qənaətə əsasən cavabdehin iddiaçıya təhvil verdiyi məhsulda qüsurlar olmuşdur. Belə ki, təhvil verilmiş əhəngdə müəyyən miqdarda çiy daş olmuşdur. bunu cavabdehin iddiaçının nəzərinə çatdırması iş materiallarından da müəyyən olunur. Bundan başqa, müqavilə şərtlərinə uyqun olaraq hər sifariş üzrə malın müvafiq sənədlərinə əlavə edilməli olan, Malın müvafiq keyfiyyət göstəricilərini əks etdirən X4 məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınaraq, cavabdehdən tutulması tələb hazırkı əsas borc məbləği azaldılmalıdır. Cavabdeh yuxarıda qeyd olunan qeydlərində çıxan çiy daşın bəzən 60 tondan artıq, bəzən də 60 tona yaxın olduğunu bildirir. Həmin hal nəzərə alınaraq, cavabdehdən tutulması tələb edilən 24165,29 manat əsas borcun məbləği 18000 manatadək azaldılmalı (təxminən 50 ton civarında), cavabdehdən 01 fevral 2017-ci il tarixli müqavilə üzrə 18000 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 8820,31 manat dəbbə pulunun tutulması təşkil edir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilənin 4.3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödənişin gecikdirilməsinə görə Alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0,1% həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, müqavilə şərtləri nəzərə alınaraq iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1200 (min iki yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 1208,26 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən 900 manat (18000 manat əsas borcun 5%-i = 900 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə tərəflərin ilkin mediasiya sessiyasında iştirakını, iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiyaya ödənilmiş 200 manat məbləğin 100 manatı iddiaçıya aid edilməli, qalan 100 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 01 fevral 2017-ci il tarixli müqavilə üzrə 18000 (on səkkiz min) manat məbləğində əsas borc, 1200 (min iki yüz) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 900 (doqquz yüz) manat və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 20200 (iyirmi min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2730/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2730/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver