Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2730/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 43947,61 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 10579,64 manat dəbbə pulu, “Changan CS 85” markalı, **-AU-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 272,27 manat; xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 36469,09 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 8618,60 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-YM-*** d.q.n.-lı avtomobil üzrə 912,13 manat pul vəsaiti olmaqla ümumilikdə 100799,34 manat məbləğində pul vəsaitinin, avtomobillərin iddiaçıya qaytarıldığı xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 2361,19 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 393,16 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 2.00 manat komissiyanın onun xeyrinə tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-057-AAE24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan CS 85” markalı, **-AU-*** d.q.n.-lı; xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən “Changan UNİ-K” markalı, **-YM-*** d.q.n.-lı avtomobilləri cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətlərini həmin müqavilələrdə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrdə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilələr üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. “Changan CS 85” markalı, **-AU-*** d.q.n.-lı və “Changan UNİ-K” markalı, **-YM-*** d.q.n.-lı avtomobillər xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verilmiş və rəsmi servis mərkəzinə gətirilmişdir. Avtomobillər servis mərkəzinə gətirildikdən sonra onlara əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən, cavabdehin istifadəsinə verilmiş avtomobillərin müqavilələrin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsinə çəkilmiş xərclərin ümumi dəyəri “Changan CS 85” markalı, **-AU-*** d.q.n.-lı avtomobil üzrə 272,27 manat; “Changan UNİ-K” markalı, **-YM-*** d.q.n.-lı avtomobil üzrə 912,13 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, C-057-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 43947,61 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 10579,64 manat dəbbə pulu; C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2024- cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 36469,09 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 8618,60 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli və C-058- AAE-24 nömrəli müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 399.3, 399.4, 421.2, 424.5, 442, 445.7, 448.1, 449.1, 567, 600.5, 601.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli Avtomobil alqı-satqı müqavilələrindən görünür ki, Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan CS 85 buraxılış ili 2023 olan (VİN LS4ASE2A3NPZ94984 boz metal 1400 km) Avtomobil(lər) dəyəri tam ödanilənədək texniki saz halda Alıcıın istifadəsinə verməyi, o cümledon Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi. Alıcı isə təhvil venlmış Avtomobil(lər)i qəbul etməyi va onun qiymətini hazırkı Müqavilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öftdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Müqavilenin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ƏDV daxil 59168 manat müəyyən edir. Alıcı 5390 Azərbaycan Manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 53778 Azərbaycan Manatı məbləği isə Alıcı xx.xx.2024 tarixindən etibarən 6 (altı) ay müddətində, ayda 8963 manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, Müqavilənin 2.1 bəndində müəyyən edilmiş məbləği (ikin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) iş günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli Avtomobil alqı-satqı müqavilələrindən görünür ki, Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan UNİ K, buraxılış ili 2023 olan (VİN LS4ASE2A7PA709404, tünd boz metal) Avtomobil(lər) dəyəri tam ödanilənədək texniki saz halda Alıcıın istifadəsinə verməyi, o cümledon Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi. Alıcı isə təhvil venlmış Avtomobil(lər)i qəbul etməyi va onun qiymətini hazırkı Müqavilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öftdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Müqavilenin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ƏDV daxil 64825 manat müəyyən edir. Alıcı 6055 Azərbaycan Manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 58770 Azərbaycan Manatı məbləği isə Alıcı xx.xx.2024 tarixindən etibarən 6 (altı) ay müddətində, ayda 9795 manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, Müqavilənin 2.1 bəndində müəyyən edilmiş məbləği (ikin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) ış günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. xx.xx.2024-cü il tarixli, C-057-AAE-23 nömrəli saylı Müqaviləsi üzrə 01 nömrəli Əlavəyə əsasən Changan CS 85 markalı avtomobilinin texniki göstəriciləri, təhlükəsizlik sistemi, interyeri və eksteryer göstəriciləri əks olunmuşdur. xx.xx.2024-cü il tarixli, C-058-AAE-23 nömrəli saylı Müqaviləsi üzrə 01 nömrəli Əlavəyə əsasən Changan UNİ K markalı avtomobilinin texniki göstəriciləri, təhlükəsizlik sistemi, interyeri və eksteryer göstəriciləri əks olunmuşdur. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, İddiaçı MMC tərəfindən Changan CS 85 markalı avtomobili qüsursuz və texniki saz vəziyyətdə Cavabdeh MMCnin nümayəndəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, İddiaçı MMC tərəfindən Changan Uni K markalı avtomobili qüsursuz və texniki saz vəziyyətdə Cavabdeh MMC nin nümayəndəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli Avtomobil alqı-satqı müqaviləsinə əsasən tərtib olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən 5390 manat ilkin ödəniş İddiaçı MMC ödənilmişdir. xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli Avtomobil alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin 43947,61 manat gecikdirilən borc, 10579,64 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli Avtomobil alqı-satqı müqaviləsinə əsasən tərtib olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən 6055 manat ilkin ödəniş, 11558 manat aylıq ödəniş İddiaçı MMC ödənilmişdir. xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli Avtomobil alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin 36469,09 manat gecikdirilən borc, 8618,60 cərimə borcu yaranmışdır. Təmir Aktına əsasən, Changan UNİ-K markalı, 77YM461 dövlət qeydiyyat nişanlı İS4ASF2A7PA709404 Vin kodlu, 2023-cü il tarixli avtomobil İddiaçı MMC tərəfindən ehtiyyat hissələri və təmir işləri ilə birlikdə cəmi 2280 manat ƏDV daxil işlər görülmüşdür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Təhvil-təslim aktından müəyyən olunur ki, CHANGAN UNİ-K markalı, 77YM461 dövlət qeydiyyat nişanlı İS4ASF2A7PA709404 Vin kodlu, 2023-cü il tarixli avtomobil qüsurlu şəkildə (ön sol qapıda, kapotda batıqlar var, disklərdə cızıqlar var, mühərrik yağı, hava filteri, salon filteri dayişəlidir) Alıcı tərəfindən satıcıya qaytarılmış, alıcı aktı imzalamaqdan imtina etmişdir. ********** nömrəli İcra edilmiş xidmətlərə dair Aktdan müəyyən olunur ki, Changan UNİ-K markalı, 77YM461 dövlət qeydiyyat nişanlı İS4ASF2A7PA709404 Vin kodlu, 2023cü il tarixli avtomobil 379,97 manat, dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. ********** nömrəli İcra edilmiş xidmətlərə dair Aktdan müəyyən olunur ki, Changan UNİ-K markalı, 77YM461 dövlət qeydiyyat nişanlı İS4ASF2A7PA709404 Vin kodlu, 2023cü il tarixli avtomobil 222,18 manat dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. ********** nömrəli İcra edilmiş xidmətlərə dair Aktdan müəyyən olunur ki, Changan UNİ-K markalı, 77YM461 dövlət qeydiyyat nişanlı İS4ASF2A7PA709404 Vin kodlu, 2023cü il tarixli avtomobil 179,99 manat dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. ********** nömrəli İcra edilmiş xidmətlərə dair Aktdan müəyyən olunur ki, Changan UNİ-K markalı, 77YM461 dövlət qeydiyyat nişanlı İS4ASF2A7PA709404 Vin kodlu, 2023cü il tarixli avtomobil 129,99 manat dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. Təmir Aktına əsasən, CHANGAN CS85 markalı, 77AU634 dövlət qeydiyyat nişanlı LS4ASE2A3NPZ94984 Vin kodlu, 2023-cü il tarixli avtomobil İddiaçı MMC tərəfindən ehtiyyat hissələri və təmir işləri ilə birlikdə cəmi 1304 manat ƏDV daxil işlər görülmüşdür xx.xx.2024-cü il tarixli, ********** nömrəli Təhvil-təslim aktından müəyyən olunur ki, CHANGAN CS85 markalı, 77AU634 dövlət qeydiyyat nişanlı LS4ASE2A3NPZ94984 Vin kodlu, 2023-cü il tarixli avtomobil qüsurlu şəkildə (avtomobildə ümumi cızıqlar var, salon çirklidir) Alıcı tərəfindən satıcıya qaytarılmış, alıcı aktı imzalamaqdan imtina etmişdir. ********** nömrəli İcra edilmiş xidmətlərə dair Aktdan müəyyən olunur ki, CHANGAN CS85 markalı, 77AU634 dövlət qeydiyyat nişanlı LS4ASE2A3NPZ94984 Vin kodlu, 2023cü il avtomobil 122,27 manat, dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. ********** nömrəli İcra edilmiş xidmətlərə dair Aktdan müəyyən olunur ki, CHANGAN CS85 markalı, 77AU634 dövlət qeydiyyat nişanlı LS4ASE2A3NPZ94984 Vin kodlu, 2023cü il avtomobil 150 manat, dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. İddiaçı MMC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən, avtomobillər təhvil alındıqdan sonra Şirkətə məxsus rəsmi servis-temir müəssisəsinə gətirilmiş, avtomobillərə baxış keçirdilmiş və baxışın nəticəsinə dair aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən, istifadəyə verilmiş avtomobillərin müqavilələrin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi deyəri “Changan CS 85* markalı. **-AU-*** d.q.n.-lı avtomobil üzrə 272,27 manat; "Changan UNİ- K’ markalı, **-YM-*** d.q.n.-lı avtomobi üzrə 912,13 manat müəyyən edilmişdir. Eyni zamanda C-057-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədek müqavilə üzrə ödənilməmiş 43.947,61 manat osas borc, hamin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2.509,64 manat dəbbə pulu; C-058-AAE-24 nömrəli a!ğı-aalqı müqaviləsinln bağlandığı vaxtdan xx.xx.2024-cü İİ tarixindən xx.xx.2024-cü İİ tarixinədək müqavilə üzrə ödənilməmiş 36.469,09 manat əsas borc, hemin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlar üçün 2.742,8 manat dəbbə pulu hesablanmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı MMC 356,65 manat məbləğində və 36,51 manat dövlət rüsumu və 2 manat komissiya ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq 2 ədəd avtomobili cavabdehə satmış, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək aldığı avtomobillərin dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və maliyyə arayışı) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı 2 ədəd avtomobilə görə xx.xx.2024-cü il tarixli, C- 057-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 43947,61 manat və xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 36469,09 manat pul məbləğlərini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı avtomobillərin dəyərini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalı, xx.xx.2024-cü il tarixli, C-057- AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 43947,61 manat və xx.xx.2024-cü il tarixli, C- 058-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 36469,09 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 10579,64 manat və xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 8618,60 cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli alğısatqı müqaviləsi üzrə 2197 manat, xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 1823 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı “Changan CS 85” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 272,27 manat, “Changan UNİ-K” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 912,13 manat pul vəsaiti tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, avtomobillər alıcının istifadəsində olan zaman normal istifadə nəticəsində deyil, ehtiyyatsız və məsuliyyətsiz istifadə nəticəsində ziyan dəymişdir. Bu fakt aktlarla təsdiq olunur. Buna görə də iddiaçı cavabdehdən Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, cavabdehin iddiaçıya qarşı delikt törətməsini, iddiaçının əmlakına cavabdehin hərəkətləri nəticəsində ziyan dəydiyini, belə olan halda isə iddiaçının ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin iddiaya etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır, buna görə də “Changan CS 85” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 272,27 manat, “Changan UNİ-K” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 912,13 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı öz iddia tələbində avtomobillərin iddiaçıya qaytarıldığı xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 2361,19 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, avtomobillərin dəyərinin ödənilməsini xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 5 ay 18 gün gecikdirdiyinə görə iddiaçının borca hesablanmış illik beş faiz vəsait ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı avtomobillərin iddiaçıya qaytarıldığı xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək müqavilələr üzrə ödənilməli məbləğin illik 5%-ni düzgün hesablamamışdır. Belə ki, müqavilələr üzrə ödənilməli avtomobillərin cəmi dəyəri (43947,61+36469,09) 80416,7 manat təşkil edir ki, həmin məbləğin 05 ay 18 gün üçün illik 5%-i 1873,71 manatdır (80416,7 x 5% ≈ 4020,84 / 12ay = 335,07 x 5ay = 1675,35; 4020,84 / 365gün= 11,02 x 18 gün = 198,36; 1675,35 + 198,36 = 1873,71 ). Buna görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən həmin müqavilələr üzrə illik 5% ilə hesablanmış 1873,71 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 393,16 manat dövlət rüsumunun 352,49 manatının və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 2 manat komissiya əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, C-057-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 43947,61 manat əsas, 2197 manat dəbbə pulu, “Changan CS 85” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 272,27 manat, xx.xx.2024-cü il tarixli, C-058-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 36469,09 manat əsas, 1823 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 912,13 manat olmaqla, ümumilikdə 85621 (səksən beş min altı yüz iyirmi bir) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti, avtomobillərin iddiaçıya qaytarıldığı xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hesablanmış illik beş faiz kimi 1873,71 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 352 (üç yüz əlli iki) manat 49 (qırx doqquz) qəpiyinin və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 2 (iki) manat komissiyanın əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2730/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2730/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver