Məhkəmə qərarları › İş №e-2-2(113)-2732/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2732/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2732/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 9553,79 manat borcun, 302 manat məbləğində zərərin, dövlət rüsumuna görə ödənilmiş 57 manatın ümumilikdə 9912,79 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında ELD- 11/01 nömrəli və xx.xx.2023 cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə İddiaçı MMC-nin direktoru X4 və fizikişəxs Cavabdeh (VÖEN **********2) tərəfindən imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” ona məxsus olan məhsulları“Alıcı”nin sifarişi və hər iki tərəfdən təsdiq edilmiş qaimə əsasında “Alıcı”ya satır, “Alıcı” isə həmin malı qəbuledir və malın dəyərini bu Müqavilədə razılaşdırılmış müddətdə “Satıcı”ya ödəyir. Müqavilənin 2.2-ci bəndinə görə “Alıcı” 10 təqvim günü ərzində malın dəyərini tam həcmdə ödəməlidir. xx.xx.2023 cü il tarixli Müqavilə əsasında xx.xx.2024 cü il tarixli MT2405 10299364 saylıelektron qaiməyə əsasən 213,50 (iki yüz on üç manat əlli qəpik) manat əsas və 38,43 (otuzsəkkiz manat qırx üç qəpik) manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 10845973 saylı elektron qaiməyə əsasən 271 (iki yüz yetmiş bir) manat əsas və 48,78 (qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 11224201 saylı elektron qaiməyə əsasən 3593,66 (üç min beş yüz doxsan üç manat altmış altı qəpik) manat əsas və 646,85 (altı yüz qırx altımanat səksən beş qəpik) manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 11359008 saylı elektron qaiməyə əsasən 271,82 (iki yüz yetmiş bir manat səksən iki qəpik) manat əsas və 48,92 (qırx səkkiz manat doxsan iki qəpik) manat ədv, xx.xx.2024 cü il tarixli MT2406 10377118 saylı elektron qaiməyə əsasən 296,22 (iki yüz doxsan altı manat iyirmi iki qəpik) manat əsas və 53,31 (əlli üç manat otuz bir qəpik) manat ədv, xx.xx.2024 cü il tarixli MT2406 11029978 saylıelektron qaiməyə əsasən 50 (əlli) manat əsas və 9 (doqquz) manat ədv, xx.xx.2024 cü il tarixli MT2406 11103929 saylı elektron qaiməyə əsasən 522,56 (beş yüziyirmi ikimanat əlli altı qəpik) manat əsas və 94,06 (doxsan dörd manat altı qəpik) manat ədv, xx.xx.2024 cü il tarixli MT2407 10431479 saylı elektron qaiməyə əsasən 3473,91 (üç min dörd yüz yetmiş üç manat doxsan bir qəpik) manat əsas və 625,30 (altı yüziyirmi beş manat otuz qəpik) AZN ədv məbləğində satılmış malların dəyəri tərəfinizdən ödənilməmişdir. Müqavilə əsasında satılmış mallara görə ödənilməyən borc məbləği 10053,79 (on min əlli üç manat yetmiş doqquz qəpik) olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.6 bəndinə müəyyən edilmişdir ki,“Alıcı” verilmiş mal-materialların dəyərinimüqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə vurulmuş maddizərəri və çəkilmiş xərcləri ödəyəcəkdir. Cavabdeh ödəmədiyi manat borc məbləği üçün hesablanan zərər məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə 302.49 manat olmuşdur. Mübahisənin məhkəməyə qədər həlli qaydasında İddiaçıMMC Cavabdeh pretenziya məktubu göndərilmiş, borclu olduğu 10.053,79 manat pulu ödəməsi tələb edilmiş,əks halda borcun məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. Pretanziyanı aldıqdan sonra cavabdeh tərəfindən 500 manat ödənilmiş,lakin borc məbləğinin tam olaraq bağlanılması üçün müəyyən olunmuş ödənişi həyata keçirməmişdir.

3. Bakı Kommrersiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

4. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşməsinə dair ərizə il məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 9353,79 manat borcun, 302 manat məbləğində zərərin, dövlət rüsumuna görə ödənilmiş 57 manatın ümumilikdə 9712,79 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. 14.05.2025-ci il tarixində iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 7353,79 manat borcun, 302 manat məbləğində zərərin, dövlət rüsumuna görə ödənilmiş 57 manatın ümumilikdə 8012,79 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə dair verilmiş dəqiqləşmə ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh 7353,79 manat əsas borc məbləğini qəbul etdiyini, lakin faiz borcunun və vəkil xərcinə dair hesablanmış məbləğ çox olduğuna görə həmin hissədə təmin edilməməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İdidaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ELD-11/01 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” ona məxsus olan məhsulları“Alıcı”nin sifarişi və hər iki tərəfdən təsdiq edilmiş qaimə əsasında “Alıcı”ya satır, “Alıcı” isə həmin malı qəbuledir və malın dəyərini bu Müqavilədə razılaşdırılmış müddətdə “Satıcı”ya ödəyir.

11. Müqavilənin 2.1-ci maddəsinə əsasən mal-materialların nisyə satışı günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Əşyanı təhvil almış alıcı nisyə aldığı malın dəyərini müqavilədə və qaimədə nəzərdə tutulan qiymətlə və müqavilə ilə müəyyən edimiş müddətə ödəməlidir.

12. Müqavilənin 2.2-ci bəndinə görə “Alıcı” 10 təqvim günü ərzində malın dəyərini tam həcmdə ödəməlidir.

13. Müqaviləsinin 2.6 bəndinə əsasən “Alıcı” verilmiş mal-materialların dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə vurulmuş maddi zərəri və çəkilmiş xərcləri ödəyəcəkdir.

14. 31 dekabr 2024-cü il tarixli X1 Aktına əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 8520,17 manat əsas borcu, 1533,62 manat ƏDV borcu olduğu müəyyən edilmiş və aktı hər iki tərəf təsdiq etmişdir.

15. xx.xx.2024 cü il tarixli MT2407 10431479 saylı elektron qaiməyə əsasən 3473,91 manat əsas və 625,30 manat ədv məbləğində, xx.xx.2024 cü il tarixli MT2406 11103929 saylı elektron qaiməyə əsasən 522,56 manat əsas və 94,06 manat ədv məbləğində, xx.xx.2024 cü il tarixli MT2406 11029978 saylı elektron qaiməyə əsasən 50 manat əsas və 9 manat ədv, xx.xx.2024 cü il tarixli MT2406 10377118 saylı elektron qaiməyə əsasən 296,22 manat əsas və 53,31 manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 11359008 saylıelektron qaiməyə əsasən 271,82 manat əsas və 48,92 manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 11224201 saylı elektron qaiməyə əsasən 3593,66 manat əsas və 646,85 manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 10845973 saylıelektron qaiməyə əsasən 271 manat əsas və 48,78 manat ədv, xx.xx.2024 cü il tarixli MT2405 10299364 saylı elektron qaiməyə əsasən 213,50 manat əsas və 38,43 manat ədv məbləğlərində e-qaimələr cavabdehə göndərilmişdir.

16. 05.05.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, Cavabdeh tərəfindən 2.000 manat məbləğində ödəniş edilmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ELD- 11/01 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə “Satıcı” ona məxsus olan məhsulları“Alıcı”nin sifarişi və hər iki tərəfdən təsdiq edilmiş qaimə əsasında “Alıcı”ya satır, “Alıcı” isə həmin malı qəbuledir və malın dəyərini bu Müqavilədə razılaşdırılmış müddətdə “Satıcı”ya ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən mal-materialların nisyə satışı günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Əşyanı təhvil almış alıcı nisyə aldığı malın dəyərini müqavilədə və qaimədə nəzərdə tutulan qiymətlə və müqavilə ilə müəyyən edimiş müddətə ödəməlidir. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır. 7353,79 manat məbləğində borcun mövcüdluğu işin mübahisə edilməyən halıdır (bu hissədə cavabdeh borcu qəbul edir).

27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc məbləği təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və təyinatı məhz e-qaimələr göstərilməklə qismən ödənişlər və cavabdehin etirafı ilə təsdiq olunduğu üçün 7353,79 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 7353,79 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

29. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 302 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

30. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

31. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

32. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2024-ci ilin müxtəlif aylarında e-qaimələr göndərilmiş və həmin qaimələr üzrə bugünə kimi ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 302 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 57 manat dövlət rüsumu və 300 manat vəkil xərci ödənilmişdir.

35. Azərbaycan Respublikası MPM-in:

36. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

38. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 57 manat və vəkil xərcinin əvəzi olaraq 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7353,79 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 302 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 57 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar