Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2734/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən yaranmış 5.900,71 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı (əvvəlki adı “X6” MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 342 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən öhdəliklər tamamilə icra olunsa da, cavabdeh MMC öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki,"xxxx" MMC müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 5.900,71 (beş min doqquz yüz manat yetmiş bir qəp.) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Dövlət Vergi Xidmətinin elektron vergi sistemindən (taxes.gov.az) təqdim edilmiş 811559 №-li, xx.xx.2021-ci il tarixli və 085598 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməfaktura sənədlərinə əsasən, "xxxx" MMC-ə ümumilikdə 10.749,54 manat dəyərində sement və gips əsaslı inşaat materialları satılmışdır. Cavabdeh aldığı məhsullardan bir qisminin dəyərini ödəmiş və nəticədə 5.900,71 manat qalıq borcu qalmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh qanuni təmsilçisi X4 tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X1 təqdim etmiş və iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmənin baxış iclasına gəlməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixdə 342 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin də Müqaviləyə 1, 2 və 3 saylı Əlavə kimi əlavə edilmiş qiymət cədvəllərində məhsulların adı, çəkisi, qiyməti, əlamətləri tərəflər arasında razılaşdırılmış və qiymət cədvəlləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli EBAX seriyalı 811559 nömrəli 5.900,71 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 085598 nömrəli 4.848.83 manat məbləğində malların İddiaçı tərəfindən alıcı Cavabdehnə təqdim edilməsi barədə elektron qaimələr göndərilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 811559 nömrəli elektron qaimə (5.900,71) sistem tərəfindən, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 085598 nömrəli elektron qaimə (4.848,83) isə cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2021xx.xx.2022-ci il tarixli dövrləri əhatə edən hesabdan çıxarışa əsasən, cavabdeh 10.749,54 manat məbləğdən 4.848,83 manat hissəsi ödəmiş, 5.900,71 manat hissəsi isə ödənilməmişdir. Hazırda isə iddiaçı tərəf verilmiş cəmi dəyəri 10.749,54 manat təşkil edən malların tam olaraq cavabdehə verildiyini, cavabdeh tərəfin isə həmin malların dəyərinin bir hissəsini ödəyərək 5.900,71 manat borcunun qaldığını bildirir. Cavabdeh tərəf isə iddiaya etiraz göndərərək, 5.900,71 manatlıq malların alınmadığını və malların təhvil verilməsi ilə bağlı sənədlərin olmadığını və iş materillarına əlavə edilmiş elektron qaimələrin malların təhvil verilməsinə dəlalət etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf 10.749,54 manat dəyərində olan malların cavabdehə təhvil verildiyini və təhvil verilmiş mallara dair cavabdeh tərəfindən tam ödənişin aparılmadığını bildirir. Məhkəmə iddiaçının bu dəlilini əsaslı hesab edir. Belə ki, iş materiallarına elektron vergi sistemi ilə göndərilmiş elektron qaimələr əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə xx.xx.2021-ci il tarixli EBBD seriyalı 085598 nömrəli elektron qaimənin (4.843,83 manat) cavabdeh tərəfindən təsdiq edilməsi və həmin qaimədə göstərilmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi, ondan əvvəlki tarixdə yəni xx.xx.2021-ci il tarixli EBAX seriyalı 811559 nömrəli (5.900,71 manat) elektron qaiməyə etiraz etməməsi, həmin elektron qaimədə göstərilmiş malların cavabdehə verildiyini təsdiq edir. Belə ki, cavabdeh tərəfdən xx.xx.2021-ci il tarixdə verilmiş elektron qaiməni özü təsdiq etməsi və həmin qeyd edilmiş məbləği ödəməsi, ondan əvvəlki tarixdə verilmiş elektron qaimənin sistem tərəfindən qəbul edilərək ona dair hər hansı bir etirazın edilməməsi tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələr üzərindən getməsini göstərir. Ona görə də, iddia 5.900,71 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/6-1404 saylı arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 23 oktyabr 2020-ci il tarixli 342 saylı alqısatqı müqaviləsinə əsasən 5.900 (beş min doqquz) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2734/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2734/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver