Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2735/2021 18.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 214,00 manat məbləğində əsas borcun, 35,95 manat məbləğində cərimənin, 20 manat məbləğində dövlət rüsumunun, cəmi 269,95 manat məbləğində pul vəsaitinin cavabdeh X1 management Services” MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 02.07.2019-cu il tarixli, 00759 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə partnyor (VÖEN:**********), İddiaçı MMC operator olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, partnyor proqrama hesablayan/hesablayan və istifadə edən partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasının maliyyələşdirməyi, operator isə bonus manatlarının müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-də həyata keçirdiyi əməliyyatlarının məbləğindən 7 % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinəəsasən, partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-də həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 7 %-ni təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC 214 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC-nin 214 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəflərindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbinin borc hissəsində 268,5 manat, hesablanmış cərimə hissəsində 301,69 manat, dövlət rüsumu olaraq 20 manat, cəmi 590,19 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia ərizəsini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı (operator) ilə Cavabdeh MMC (partnyor) arasında 02 iyul 2019-cu il tarixdə 00759 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin: -3.1-ci bəndinə görə müştəri tərəfindən partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda operator proqram qaydalarına uyğun olaraq müştərinin bonus hesabına bonus manatlarının hesablamağı, bonus manatlarının ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. -3.1.1-ci bəndinə əsasən tərəflər göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun operatorun TMM-də həyata keçirdiyi əməliyyatlarının məbləğindən 7% dərəcəsi ilə hesablanır. -4.1-ci bəndinə əsasən partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. -4.1.1-ci bəndinə əsasən partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-də həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3% təşkil edir. -7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,5% məbləğində cərimə (penya) ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilə hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmişdir. İddiaçı borcun hesablanmasına dair məlumat vərəqəsinə əsasən 02.07.2021-ci il tarixə hesablanmış borc məbləği cəmi 570,19 manat təşkil edir. - İddiaçı tərəfindən ƏDV daxil 24,36 manat dəyərində xidmətlərin göstərilməsinə dair 23.11.2020-ci il tarixli, EBAS seriyalı, 925029 saylı; ƏDV daxil 75,50 manat dəyərində malların təqdim edilməsinə dair 22.12.2020-ci il tarixli, EBAV seriyalı, 194986 saylı; ƏDV daxil 81,00 manat dəyərində malların təqdim edilməsinə dair 13.01.2021-ci il tarixli, EBAW seriyalı, 095211 saylı; ƏDV daxil 57,50 manat dəyərində malların təqdim edilməsinə dair 26.02.2021-ci il tarixli, EBAX seriyalı, 359356 saylı; ƏDV daxil 19,25 manat dəyərində malların təqdim edilməsinə dair 18.03.2021-ci il tarixli, EBAY seriyalı, 991192 saylı; ƏDV daxil 8,25 manat dəyərində malların təqdim edilməsinə dair 18.03.2021-ci il tarixli, EBAY seriyalı, 992167 saylı; ƏDV daxil 8,10 manat dəyərində malların təqdim edilməsinə dair 12.05.2021-ci il tarixli, EBBB seriyalı, 589510 saylı; ƏDV daxil 18,90 manat dəyərində malların təqdim edilməsinə dair 12.05.2021-ci il tarixli, EBBB seriyalı, 590146 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 02 iyul 2019-cu il tarixli, 00759 saylı xidmət müqaviləsi üzrə yaranmış 214 manat məbləğində əsas, 35,95 manat məbləğində cərimə borcunun, ümumilikdə 249,95 manat məbləğində borcun 7 gündən gec olmayaraq ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (iddiaçı) ilə Cavabdeh (cavabdeh) arasında 02 iyul 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı üzərində düşən öhdəlikləri icra edərək müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh müqavilədə nəzərdə tutulmuş xidmət haqqını və bonus manatlarının ekvivalentini iddiaçıya ödəməmiş, nəticədə onun xidmət haqqına və bonuslara görə iddiaçıya 268,5 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 301,69 manat məbləğində dəbbə pulunun cavabdeh "X1 Management Services” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X1 Management Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 268,5 manat (iyirmi iki yüz altmış səkkiz manat beş qəpik) məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu, cəmi 288,5 (iki yüz səksən səkkiz manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2735/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2735/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver