Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2735/2022 01.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3.163,50 manat və 18,36 manat dövlət rüsumunun və 70 manat mediasiya xərcinin, cəmi 3.251,86 manat məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Alqı-satqı” müqavilələri bağlanılmışdır. Qeyd olunan alqı-satqı müqavilələrinə əsasən Cavabdeh MMC İddiaçı MMC-dən cəmi 3.163,50 manat dəyərində müxtəlif “Mallar” qəbul etsə də həmin “Malların” dəyəri hazırkı vaxtadək iddiaçıya geri ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəflərindən cavabdehə 739457 saylı, xx.xx.2020 tarixli, 088894 saylı, xx.xx.2020 tarixli, 165459 saylı, xx.xx.2020 tarixli, 642844 saylı, xx.xx.2020 tarixli, 642846 saylı, xx.xx.2020 tarixli, 651692 saylı, xx.xx.2020 tarixli, 061865 saylı, xx.xx.2020 tarixli, 061867 saylı, xx.xx.2020 tarixli, 068588 saylı, xx.xx.2020 tarixli, 194823 saylı, xx.xx.2020 tarixli, 715169 saylı, xx.xx.2021 tarixli, 697142 saylı, xx.xx.2021 tarixli, 699422 saylı, xx.xx.2021 tarixli, 697143 saylı, xx.xx.2021 tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndələri vasitəsilə Cavabdeh MMC ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanları “Tərəflər” arasında imzalanmış xx.xx.2021-ci il tarixli “X1” da bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Həmin Məcəəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş tərəflər arasında bağlanmış və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, Şirkət (İddiaçı MMC) mülkiyyətində olan müxtəlif növ malları (bundan sonra məhsul adlandırılacaq) Müştəriyə (Cavabdeh MMC) satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Şirkətə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 12 oktyabr 2021-ci il tarixli “X1”ndan görünür ki, cavabdehin iddiaçıya olan borcu (ƏDV daxil olmaqla) 3.163,5 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələr ilə nəzərdə tutulmuş mallar satıcı tərəfindən alıcıya verilmiş və verilmiş mallara dair cavabdehə elektron qaimələr göndərilmiş, alıcının isə qəbul etmiş olduğu malların müqabilində satıcıya borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2021-ci il tarixli “X1”ndan görünür ki, Raas Group” MMC İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixinə 3.163,5 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi, Mülki Məcəllənin 567 və 600.4-cü maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilələr üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrə əsasən Cavabdeh MMC-yə müəyyən çeşid və miqdarda malların verillməsinə dair elektron qaimələr göndərilmiş və sonuncu tərəfindən buna etiraz daxil olmadığı üçün, həmçinin 12 oktyabr 2021-ci il tarixli X1nı imzalamaqla xx.xx.2021-ci il tarixinə 3.163,5 manat borcunun olmasını etiraf etdiyi üçün iddia əsaslı olduğundan təmin edilməlidir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 70 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 70 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində tələb edilən (30 manat dövlət rüsumu ödənilsə də) 18,36 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. 3.163,50 (üç min yüz altmış üç manat əlli qəpik) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,36 (on səkkiz manat otuz altı qəpik) manat və mediasiya xərci olaraq 70 (yetmiş) manat məbəğində pul Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2735/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2735/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver