Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2736/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Ramil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1652 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, həmçinin iddiaçının pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin vəsaitin məbləğindən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 165,20 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tuntularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərilməsinə dair İddiaçı MMC ilə Cavabdeh MMC arasında 31.01.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC, yəni iddiaçı öz öhdəliklərini yerinə yetirərək razılaşdırılmış xidmətləri göstərmiş, lakin Cavabdeh MMC müqavilə üzrə razılaşdırılmış xidmət haqqını tamamilə ödəməmişdir. Nəticədə iddiaçının haqlı olaraq cavabdehə münasibətdə 1652 manat məbləğində pul tələbi yaranmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 31.01.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilənin əlavəsinə əsasən Cavabdeh MMC xidmətlərin göstərilməsi müqabilində ƏDV xaric aylıq 700 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə razılaşdırılmış xidmətləri göstərmiş, lakin Cavabdeh MMC invoysları, o cümlədən elektron qaimə və elektron hesab fakturaları alsa da, 2019-cu ilin iyun və iyul ayları üzrə xidmət haqqını ödəməmişdir. Belə ki, iddiaçı Cavabdeh MMC-yə göstərilmiş xidmətlərə görə 2019-cu ilin iyun və iyul ayları üzrə ƏDV daxil olmaqla cəmi 1652 manat məbləğində invoys təqdim etmiş, lakin cavabdeh bugünədək həmin məbləği ödəməmişdir. Beləliklə də, Cavabdeh MMC-nin göstərilmiş xidmətlərə görə iddiaçıya 1652 manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərlə yanaşı, cavabdeh iddiaçının pul məbləğinin ödənilməsini gecikdirmişdir, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 165,20 manat məbləğində pul vəsaiti ödəməlidir. Odur ki, göstərilmiş xidmətlər üçün Cavabdeh MMC 1652 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməli, habelə cavabdeh iddiaçının pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 165,20 manat məbləğində pul vəsaiti ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Ramil oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə Ramil oğlu ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 31.01.2019-cu il tarixli müqaviləyə əsasən məsləhətçi mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərməyi öhdəsinə götürmüşdür. - 04.02.2019-cu il tarixli, AZ/TC/2019/3913 saylı invoysa əsasən Cavabdeh MMC-yə 826 manat dəyərində, 01.03.2019-cu il tarixli, AZ/TC/2019/3919 saylı invoysa əsasən 826 manat dəyərində, 01.04.2019-cu il tarixli, AZ/TC/2019/3944 saylı invoysa əsasən 826 manat, 01.05.2019-cu il tarixli, AZ/TC/2019/3963 saylı invoysa əsasən 826 manat dəyərində, 03.06.2019-cu il tarixli, AZ/TC/2019/3988A saylı invoysa əsasən 826 manat dəyərində, 01.07.2019-cu il tarixli, AZ/TC/2019/4014 saylı invoysa əsasən 826 manat dəyərində və 01.08.2019-cu il tarixli, AZ/TC/2019/4041 saylı invoysa əsasən 826 mnat dəyərində xidmətlər göstərilmişdir. - İddiaçı MMC-nin 21.06.2021-ci il tarixli arayışına əsasən Cavabdeh MMC-nin 14.08.2020-ci il tarixə cəmiyyətə borcu 1652 manat (18% ƏDV daxil olmaqla) təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin hallarından göründüyü kimi 31.01.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya tam ödənilmişdir. Bununla belə cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsi gecikdirildiyinə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 1652 manat məbləğində əsas borc və əsas borca münasibətdə illik 5% hesablanmaqla 165,20 manat olmaqla ümumilikdə 1817,20 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2736/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2736/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver