Məhkəmə qərarları › İş №e-2-2(113)-2737/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2737/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2737/2023 25.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizing predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, faiz borcu, dəbbə pulu, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizing predmetinin qaytarılması” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə cavabdeh X6 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli 2101/0746 saylı X7 xitam verilməsi; 2. İddiaçı MMC-nin mülkiyyətində olan1 ədəd “CADİLLAC” markalı “XTS” modeli **-AF-*** qeydiyyat nömrəli minik avtomobili cavabdeh X3 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması; 2. Cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə28345 (iyirmi səkkiz min üç yüz qırx beş) manat əsas lizinq borcu, 12460 (on iki min dörd yüz altmış) manat vaxtı keçmiş faiz borcu, 17110 (on yeddi min yüz on) manat hesablanmış penya, cəmi 57915 (əlli yeddi min doqquz yüz on beş) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 264 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli 2101/0746 saylı X7 əsasən ümumi dəyəri 42000 manat olan 1 ədəd “CADİLLAC” markalı “XTS” modeli **-AF-*** qeydiyyat nömrəli minik avtomobili öz mülkiyyətinə keçirərək, X4 müvəqqəti sahiblik və istifadəyə vermişdir. X6 isə öz növbəsində 29400 manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X6 daxili lizinq müqaviləsi üzrə 36 ay müddətinə illik 29% faiz olmaqla, mütəmadi olaraq hər ay 1233 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdeh X3 iddiaçı tərəfindən iddia qaldırılan günə 28345 manat əsas lizinq borcu, 12460 manat vaxtı keçmiş faiz borcu, 17110 manat hesablanmış penya, cəmi 57915 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 01 iyun 2021-ci il tarixli 2101/0746 saylı X5 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 14.1.-ci bəndinə əsasən, Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 28 dekabr tarixli, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 28 iyul tarixli qərarlarında qeyd edilir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2737/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizing predmetinin qaytarılması” tələbinə dair iddiası üzrə “01 iyun 2021-ci il tarixli 2101/0746 saylı X7 xitam verilməsi” tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçi ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2101/0746 saylı X7 əsasən :

9. 1.Müqavilənin predmeti

10. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin dəqiq təsviri həmçinin bu müqavilənin ayrılmaz hissəsi olan və tərəflər arasında lizinq obyektinin təhvil-təslim arakterini daşıyan 1 saylı Əlavədə də göstərilir.

11. 2.Lizinq obyektinin əldə edilməsi

12. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq obyekti lizinq müqaviləsi əsasında lizinq verən tərəfindən bu müqavilə üzrə tərəf olan satıcıdan öz mülkiyyətinə almışdır. Qüvvədə olan qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin qeydiyyatını tənzimləyən norma və qaydalara uyğun Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydiyyata götürülmüşdür.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzxrə əldə edilən lizinq obyektinin qiyməti 42000 təşkil edir.

14. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq obyektinin verilmə yeri lizinq verənin yerləşdiyi və fəaliyyət göstərdiyi ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 31, lizinq obyekti lizinq verənlə lizinq alan arasında tərtib olunan və bu müqavilənin 1 saylı əlavəsi hesab olunan təhvil-təslim aktı əsasında lizinq verən tərəfindən lizinq alana təhvil verilir.

15. 3.Lizinq obyektinin təhvil-təslimi

16. Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazımat və sənədlərin lizinq verən tərəfindən lizinq alana təhvil-təslimi bu müqavilə ilə müəyyən edilmiş yerdə, müddətdə və şəraitlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

17. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənnin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.

18. Müqavilənin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddət ərzində lizin obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.

19. 5.Lizinq müddəti, müqavilənin müddəti

20. Müqavilənin 5.1-ci bəndinə əsasən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir.

21. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinq müddəti şərti olaraqiki yerə : 5.1.1.1.Ümumi lizinq müddətinə: 5.1.1.2.Müvəqqəti lizinq müddətinə bölünür.

22. Müqavilənin 5.2-ci bəndinə əsasən ümumi lizinq bu müqavilə üzrə lizinq obyektindən müqavilə şərtlərinə lizinq alan tərəfindən lazımi qaydada əməl edildiyi təqdirdə ondan istifadənin son müddəti, müvəqqəti (aralıq) lizinq müddəti isə- bu müqavilə üzrə lizinq obyektindən müqavilə şərtlərinə lizinq alan tərəfindən lazımi qaydada əməl edildiyi son 30 təqvim günü (və ya təqvim ayı) ilə eyni olan müddətdir.

23. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 29% təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır.

24. Müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədir.

25. 6.Lizinq obyektinə dair hüquqlar

26. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. Təyinatına uyğun olaraq lizinq obyektinə sahiblik və istifadə hüququ bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alana məxsusdur.

27. 7.Lizinq ödənişlərinin ümumi məbləği, hesablaşma qaydası

28. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan hər ayın 01-i tarixində bərabər miqdarda olmaqla 01 iyun 2024-cü il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəsinə götürür. Liziq müqaviləsinə 2 saylı əlavədə olan ödəniş cədvəlinə uyğun müəyyən olunur.

29. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alanavtomobilin 30%-ni, 12600 manat məbləğində avans bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə, müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir.

30. Müqavilənin 7.2.1-ci bəndinə əsasən alınan lizinq məbəği avtomobilin dəyərinin 70%-ni, 29400 manat təşkil edir.

31. Müqavilənin 7.5-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayarq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda v həcmdə lizinq ödənişləri ödəməlidir.

32. Müqavilənin 7.9-cu bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun müqavilə üzrə öhdəlikləriicra edilmiş sayılır.

33. 10.Lizinq alanın məsuliyyəti

34. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədidkə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Lizinq alan isə onuödəməyi öhdəsinə götürür.

35. 14.Lizinq obyektinə sahiblik və istifadə hüquqlarına birtərəfli qaydada xitam verilməsi, lizinq obyektinin geri alınması və satışı müqaviləsinin ləğv edilməsi

36. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.1.Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyil. 14.1.3.Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə və ya iki dəfə ödənişi gecikdirir.

37. 15.Lizinq obyektinə mülkiyyət hüququnun keçməsi

38. Müqavilənin 15.1-ci maddəsinə əsasən bu müqavilə üzrəlizinin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödnilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə, lizinq alan lizin obyektini öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün lizin alanlizinqin ümumi müddətinin bitməsinə azı 1 ay qalmış lizinq verənə lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olmasına yazılı qaydada təsdiq etməlidir.Yuxarıdagöstərilmiş şərtlərin yerinə yetirilməsi şərti ilə lizinq verən əlavə ödəniş olmadan müqaviləninicraolunması haqqında aktıizalamaqla lizin alana lizin obyektinə mülkiyyət hüququnu verməyi öhdəsinə götürür. Lizinq obyektinə mülkyyət hüququnun keçməsi yenidən rəsmiləşdirilməsi ilə bağlı xərcləri lizinq alan ödəyir.

39. İddiaçı MMC ilə lizinq alan X6 arasında 01 iyun 2021-ci ildə bağlanmış 2101/0746 saylı X7 1 saylı əlavəyə əsasən Cadillax XTS modelli, dövlət qeydiyyat nömrəsi **-AF-*** olan avtonəqliyyat vasitəsinin qiyməti 42000 manat müəyyən edilmişdir.

40. Lizinqin və ona hesablanmış faizlərin ödəniş cədvəli, İddiaçı MMC ilə X6 arasında 01 iyun 2021-ci ildə bağlanmış 2101/0746 saylı X7 2 saylı əlavədən göründüyü kimi lizinq məbləği 29400 manat, faiz dərəcəsi illik 29 faiz, müddəti 36 ay, aylıq ödəniş 1232,03 manat, verilmə tarixi xx.xx.2021-ci il və müqavilənin imzalanma tarixi xx.xx.2021-ci il müəyyən olunmuşdur.

41. X1 ilə 01 iyun 2021-ci il tarixində İddiaçı MMC arasında bağlanmış 2101/0746 saylı daxili lizinq müqaviləsi üzrə 11 aprel 2023-cü il tarxiə hesablanmış lizinq borcu barədə maliyyə arayışa əsasən müqavilə üzrə verilən lizinq məbləği 29400 manat, lizinq müqaviləsinin bağlanma tarixi xx.xx.2021-ci il, verilən lizinq mbələğinin illik faiz dərəcəsi 29%, lizinq müqaviləsi üzrəöhdəliyin tam yerinə yetirilməl olduğu tarix xx.xx.2024-cu il, lizinq müqaviləsidə nəzərdə tutulmuş qaydada ödəniş cədvəli üzrə hər ay ödənilməli olan aylıq məbləğ 1233 manat, lizinq borcu üzrə son ödənilmiş məbləğ və tarixi xx.xx.2002-ci il 400 manat, müqavilə üzrə ödənilmiş cərimə penya məbəği 1494 manat, müqavilə üzrə ödənilmiş faiz məbləğləri 2780 manat, müqavilə üzrə ödənilmiş olan əsas borc üzrı lizinq məbləği 28345 manat, müqavilə üzrə ödənilməli olan vaxtı keçmiş faiz borcunun məbləği 12460 manat, lizinq müqaviləsi üzrə hesablanmış penya məbləği 17110 manat və borc üzrə iddia tələbinin cəmi məbləği (əsas, faiz, penya) 57915 manat müəyyən edilmişdir.

42. İddiaçı MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda 11 aprel 2023-cü il tarixinə yaranmış 57915 manat və ona hesablamış faiz borcunun 5 gün müddətində ödənilməyi təklif edilmiş, əks təqdirdə xx.xx.2021-ci il tarixli, 2101/0746 saylı X5 14.1-ci bəndinin tələblərinə əsasən lizinq müqaviləsinə bir tərəfli qaydada xitam veriləcəyi və həmin bənddə nəzərdə tutulmuş qaydada lizinq obyektinin geri alınacağı barədə xəbərdarlıq edilmişdir.

43. İşdə olan 2101/0746 saylı X7 əsasən X3 hesabından çıxarışa əsasən cərimələr üzrə ödənişlər xx.xx.2021-ci il tarixdə 31.56 manat, xx.xx.2021-ci il tarixdə 492.29 manat, xx.xx.2022-ci il tarixdə 570 manat və xx.xx.2022-ci il tarixdə 400 manat, cari əsas borc üzrə xx.xx.2021-ci il tarixdə 529,60 manat, vaxtı keçmişəsas borc üzrə xx.xx.2021-ci il tarixdə 526,06 manat, cari faiz üzrə xx.xx.2021-ci il tarixdə 710,40 manat, xx.xx.2021-ci il tarixdə 214,58 manat, vaxtı çatmış faiz borcu üzrə xx.xx.2021-ci il tarixdə 697,80 manat və xx.xx.2021-ci il tarixdə 1157,71 manat ödəniş edilmişdir.

44. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

45. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə cavabdeh X6 (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli 2101/0746 nömrəli daxili lizinqi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq predmeti olan nəqliyyat vasitəsini lizinq alan X4 təhvil versə də, lizinq alan xx.xx.2021-ci il tarixli 2101/0746 nömrəli Daxili Lizinqi müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir.

46. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

48. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

49. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

50. Göründüyü kimi lizinq alan X6 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən İddiaçı MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini və lizinq obyektinin geri alınmasını tələb etməkdə haqlıdır.

51. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir.

52. Hazırkı halda isə aydındır ki, lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar lizinq müqaviləsi lizinq verənin xəbərdarlıq məktubu ilə xx.xx.2023cü il tarixdən birtərəfli qaydada ləğv edildiyindən və lizinq obyektinin lizinq verənə qaytarılması və lizinq alanın həmin müqavilədən irəli gələn qalan lizinq müddəti (xx.xx.2024-cü ilə qədər) ərzində lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektinə mülkiyyət hüququnu əldə etmək hüquqlarına xitam verilmişdir.

53. Mülki Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

54. İş materiallarından isə görünür ki, İddiaçı MMC isə hazırkı iddia ərizəsində müqavilənin ləğv edilməsindən sonrakı müddət üçün hesablanmış faizlərin (mükafatın) ödənilməsini tələb etmiş, bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişləri üzrə əsas məbləğin (yəni lizinq obyektinin tam dəyərinin) ödənilməsinə dair tələbi irəli sürmüş və bu zaman onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır.

55. Göründüyü kimi hazırkı iddianın tam təmin edilməsi İddiaçı MMC-nin lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir əldə etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır.

56. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

57. Göstərilən normanın məzmunundan da göründüyü kimi müqavilə ləğv edildikdən sonra tərəflərin həmin müqavilə üzrə yeni öhdəlikləri yaranmır. Odur ki, sözügedən normanın tələbləri baxımından da yanaşsaq, lizinq verən yalnız müqavilənin ləğv edildiyi tarixədək olan dövrdə yaranmış öhdəliklərin (əsas və faiz borcunun) ödənilməsini tələb etməkdə haqlıdır.

58. İş materiallarında olan ödəniş qrafikindən də göründüyü kimi cavabdeh tərəfindən hazırkı qətnamənin qəbul edildiyi tarixə mübahisəli lizinq müqaviləsi üzrə 36 aylıq müddət üçün hər ay 1233 manat olmaqla cəmi 44388 manat məbləğində lizinq ödənişi (əsas məbləğ və mükafat daxil olmaqla) ödənilməli idi. Həmin ödənişin 29400 manat hissəsi əsas borc və 14934,98 manat hissəsi isə mükafat (faiz) borcu təşkil edir.

59. İş materiallarında olan maliyyə arayışından isə görünür ki, cavabdeh tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə əsas borcdan 1055 manat və faiz (mükafat) borcundan 2780 manat məbləğində ödəniş edilmişdir.

60. Yuxarıda göstərilən hallara əsasən isə müəyyən edilir ki, müqavilənin ləğv edildiyi (xx.xx.2023) tarixə cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu 13884,34 manat (14940 manat əsas borc -1055,66 manat əsas borcdan ödəniş) və gecikdirilmiş mükafat (faiz) borcu isə 9405,51 manat (12186 manat gecikdirilmiş faiz – 2780,49 manat faiz ödənişi ) təşkil edir.

61. MPM-in 218-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

62. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 13884,34 manat əsas borc, 9405,51 manat faiz borcu (mükafat) tutularaq iddiaçıya ödənilməlidir.

63. Cavabdehdən tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin:

64. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

65. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

66. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X3 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 17110 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan 695 manat həddində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lizinq obyekti olan 1 ədəd “Cadillac” markalı “XTS” modeli **-AF-*** qeydiyyat nömrəli minik avtomobili cavabdeh X2 alınaraq İddiaçı MMC-yə qaytarılmalı və cavabdeh X2 01 iyun 2021-ci il tarixli 2101/0746 nömrəli daxili lizinq müqaviləsi üzrə 13884,34 manat əsas borc, 9405,51 manat faiz borcu və 695 manat məbləğində dəbbə pulu, cəmi 23984,85 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (23984,85 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 162 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Lizinq obyekti olan 1 ədəd “Cadillac” markalı “XTS” modeli **-AF-*** qeydiyyat nömrəli minik avtomobili cavabdeh X2 alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh X2 01 iyun 2021-ci il tarixli 2101/0746 nömrəli daxili lizinq müqaviləsi üzrə 13884,34 manat əsas borc, 9405,51 manat faiz borcu və 695 manat məbləğində dəbbə pulu, cəmi 23.984,85 (iyirmi üç min doqquz yüz səksən dörd manat, səksən beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar