Məhkəmə qərarları › İş №e-2-2(113)-2738/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2738/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2738/2022 27.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən yazılmış 22.286 kub.m miqdarında əsasız yazılmış 4.903 (dord min doqquz yüz üç) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli SS 29/1640- 02625-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt və həmin akt əsasında əlyazma üsulu ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən guya "xxxx" MMC-yə Təsərrüfat sahəsinin qaz xətti üzərində quraşdırılmış “G65” markalı 75158576 nömrəli rotor tipli qaz sayğacına guya müdaxilə olunmuş və buna görə dəymiş ziyan hesablanmaqla "xxxx" MMC-in ödəmsini qeyd etmişlər. İddiaçı həmin hesablanma qaydaları ilə razı deyildir. Belə ki, qaz sayğacının işlədiyi vaxtda sayğaca hər hansı müdaxilə edilməmişdir. Cavabdeh qərarı ilə razı deyil. Cavabdehin hesabladığı borc əsassızdır. İstehlakçı ancaq təqsirli hərəktlərinə görə cavabdehdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddiaya etiraz etdiyini bildirmişdir. Cavabdeh tərəf məhkəmənin baxış iclasında iştirak etməmişdir. Məhkəmə baxış iclasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsi əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC-nə məxsus təsərrüfat sahəsinin qaz xətti üzərində quraşdırılmış G65 markalı 75158576 nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış və labaratoriyaya verilmişdir. Sayğacların müayinəsi labaratoriyasında xx.xx.2021-ci il tarixində sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və sayğacın impuls ötürücüsünun vəziyətinin işlək olmaması, sayğacdan hava keçsə də, sərfiyyatı qeyd etməməsi müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli, ******* aktla dəymiş ziyanın hesablanması tələb olunmuşdur. xx.xx.2021-ci il tarixli Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair Tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* akta əsasən dəymiş ziyan 22.286 kub.m müəyyən olunmuşdur. Qeyd edilən həcmdə qazın dəyəri isə abonent saldosundan da göründüyü kimi, 4.902,92 manat təşkil etmişdir. Qeyd edilən həcmdə zərər abonent haqqında saldoya 2021-ci il ilin dekabr ayı üçün olan hissəyə daxil edilmişdir. Həmçinin də o da qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixində dəymiş 22.286 kub.m ziyana görə hər kub.m qazı 22 qəpikdən hesablamaqla 4902,92 manat zərər hesablanmışdır. Hazırda iddiaçı həmin sahəsinin cücə saxlanması sexi kimi istifadə edildiyini, sərfiyyatın “0” yazma səbəbinin avqust, sentyabr, oktyabr aylarında havanın temperaturunun isti olmasına görə sexin qızdırılmaya ehtiyac olmadığını, həmçinin gətirilmiş cücələrin hissə-hissə tələf olması səbəbindən sexin istifadə olunmadığını və yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadığını bildirərək, iddianın təmin olunmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında cavabdeh tərəf isə sayğacın işlək vəziyətdə olmadığını və sərfiyyatı qeyd etmədiyini bildirmiş və iddianın rədd edolunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Abonentin Saldosundan görünür ki, 2021-ci ilin avqust, sentyabr, oktyabr aylarında sərffiyat “0” kimi qeyd olunmuşdur. Ancaq ardıcıl olaraq 2020ci, 2019-cu, 2018-ci, 2017-ci və ondan əvvəlki illərə nəzər yetirilərkən görünür ki, hər birində avqust, sentyabr, oktyabr aylarında müvafiq olaraq qazdan istifadə olunmuş və sərfiyyat qeydə alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Ancaq məhkəmə iddiaçının ilk məhkəmənin hazırlıq iclaslarında həmin cücə saxlama sexində avqust, senyabr, oktyabr aylarında havanın isti olması və qızdırılmağa ehtiyacın olmaması barədə, sonradan isə həmin müddətdə sexdə cücə saxlanılmama barədə dəlilini əsassız hesab edir. Belə ki, abonentin saldosunda əvvəlki illərə nəzər yetirərkən müəyyən olunur ki, qeyd olunan aylarda sərfiyyat baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, əvvəlki yəni 2020-ci ilin müvafiq olaraq avqust, sentyabr, oktyabr aylarının müvafiq göstəricilərinə uyğun hazırda da sərfiyyat hesablanmalıdır. Abonentin saldosundan görünür ki, 2020-ci ilin avqust ayında 2271,2 kub.m, sentyabr ayında 123,2 kub.m, oktyabr ayında 4541,2 kub.m sərfiyyat olmuşdur. Belə olan halda analoji aylarda olan sərfiyatın cəminin 6.935,6 kub.m olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sayğac işlək vəziyyətdə olmadığından yəni sərfiyyatı qeyd etmədiyindən əvvəlki ilin müvafiq aylarındakı sərfiyyat həcmində borcun silinməsi tələbi təmin oluna bilməz. Ona görə də, Məhkəmə hesab edir ki, 15.350,4 kub.m (22.286-6.935,6) üçün hesablanmış borc silinməlidir. Belə olan halda, aktda ziyanın hesablanmasının hər kub.m üçün 22 qəpikdən həyata keçirildiyini nəzərə alaraq 3.377 (15.350,4x0,22) manat məbləğində hesablanmış borc silinməlidir. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən **********0300 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış borcdan 3377 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar