Məhkəmə qərarları › İş №e-2-2(113)-274/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-274/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-274/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh X1rşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh X1rşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə, "xxxx" MMC ilə olan Alqı-atqı müqaviləsinə ğörə yaranmış 20 000 (iyirmi min) manat əsas borcunun, gecikdirilmiş borca görə hesablanmış cərimə 2000 (iki min) manat və 200 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin "xxxx" MMC ilə olan Alqı-atqı müqaviləsinə ğörə yaranmış 20.000 (iyirmi min) manat əsas borcunun, gecikdirilmiş borca görə hesablanmış cərimə 2.000 (iki min) manat və 200 manat ödənilmiş mediasiya xərcinin "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 22D/2021 saylı, xx.xx.2021- ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın ifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissə-hisssə (“Kristal”, "xxxx", v.s. un məhsullarla yanaşı kəpək v.s.) olmaqla “Alıcı”ya satmağı üzərinə götürmüşdür. “Alıcı” isə 5 (beş) iş günü ərzində Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi halda da, ona nisyə şəklində mal buraxılırdı. Buda onun işgüzar fəaliyyətinin daha da genişləndirilməsinə və partnyor kimi bir inam və etimadı dahada möhkəmləndirirdi. Lakin cavabdeh sonuncu dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, “Xırman “ MMC-nin satış üzrə məsul şəxsi cavabdehlə telefon əlaqəsi saxlayaraq, ona dəyirmana (müəssisənin un istesalı bazası) gəlməsini və xx.xx.2021 il tarixinə qarşılıqlı hesablaşmalar aparıb haqqında üzləşmə aktı tərtib etdiyini və bu günki gunə onun Xırman” MMC-yə olan borcunun 20.000 (iyirmi min) manat bildirmişdir. O, isə borcu qəbul etdiyini, bununla bağlı qarşılıqlı üzləşmə aktını hazırlamagı və ona münasib vaxt olanda gəlib tanış olub imza edəcəyini bildirmişdir. Bundan sonra da əməkdaşlarımız onunla telefon əlaqəsi saxlamış və borcunu ödəsini tələb etsələr də o, müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh X3 arasında 12 aprel 2021-ci il tarixdə, 22D/2021 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən “satıcı” (İddiaçı MMC) “Alıcı”nın (Cavabdeh MMC) sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını və digər malları (gələcəkdə mal adlandırılacaq) hissə-hissə olmaqla “Alıcı”ya satmağı öhdəsinə götürür. Satılan malın növü, miqdarı, sayı, qiyməti malın verilməsini təsdiq edən elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında müəyyən olunacaqdır. Bu müqaviləyə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “satıcı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf cəmi dəyəri ƏDV daxil 50.144 manat təşkil edən malların tam olaraq cavabdehə verildiyini, cavabdeh tərəfin isə həmin malların dəyərinin bir hissəsini ödəyərək 20.000 manat borcunun qaldığını bildirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir. Tərəflər arasında bağlanılan 12 aprel 2021-ci il tarixli, 22D/2021 nömrəli alqı-satqı müqaviləsinin həm 1.1-ci bəndinin (məzmunu yuxarıda qeyd edilmişdir) həm də, 2.3-cü bəndinin (müqavilə üzrə təqdim edilmiş malın dəyəri “Satıcı”nın təqdim etdiyi elektronqaimə fakturaya əsasən faktiki təhvil verilmiş mal üçün “5” iş günü ərzində ödənilir.) məzmunundan görünür ki, tərəflər malların verilməsi ilə bağlı olan münasibətlərin elektron qaimələr üzərindən həyata keçirilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəf iddiasının əsaslı olmasını təsdiq edən sübutlar kimi xx.xx.2021-ci il tarixli EBBA seriyalı 157066 nömrəli dəyəri 3.144 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 448650 nömrəli dəyəri 3.044 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 946764 nömrəli dəyəri 3.144 manat, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 005431 nömrəli dəyəri 6.192 manat, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 451973 nömrəli dəyəri 3.144 manat, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 638671 nömrəli dəyəri 3.168 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 103336 nömrəli dəyəri 3.128 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 462719 nömrəli dəyəri 3.168 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 925799 nömrəli dəyəri 3.168 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 327213 nömrəli dəyəri 3.168 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 822334 nömrəli dəyəri 2.660 manat, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 335833 nömrəli dəyəri 8.572 manat, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 454342 nömrəli dəyəri 4.444 manat olan elektron qaimələri işə əlavə etmişdir. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 50.144 manat təşkil edir. Məhkəmə iddiaçının elektron qaimələrdə qeyd edilmiş ümumi dəyəri 50.144 manat təşkil edən malların Cavabdeh MMC-yə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə də iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBBA seriyalı 157066 nömrəli elektron qaimə əsasında 3.144 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021ci il tarixli EBBA seriyalı 448650 nömrəli və xx.xx.2021-ci il tarixli EBBA seriyalı 946764 nömrəli elektron qaimə əsasında 5.000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBBB seriyalı 005431 nömrəli elektron qaimə əsasında 5.000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBBB seriyalı 451973 nömrəli və xx.xx.2021-ci il tarixli EBBB seriyalı 638671 nömrəli elektron qaimələr əsasında 5.000 manat, xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli EBBB seriyalı 451973 nömrəli elektron qaimə üzrə 4.000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBBB seriyalı 638671 nömrəli elektron qaimə üzrə 4.000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBBC seriyalı 103336 nömrəli elektron qaimə üzrə 4.000 manat, ümumilikdə 30.144 manat məbləğində vəsait "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi Cavabdeh MMC ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişləri etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin (indiki halda mal mübadiləsinin) elektron qaimə üzrə həyata keçirilməsini qəbul etmişdir. Cavabdeh tərəfə təhvil verilmiş malların ümumi dəyərinin 50.144 manat, ödənilmiş pulun isə 30.144 manat olduğu nəzərə alındığında görünür ki, Cavabdeh MMC-nin ödənilməmiş 20.000 manat məbləğində borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 20.000 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən alıcı müqavilənin şərtlərində nəzərdə tutulan ödənilməmiş məbləğin gecikdirilən hər günü üçün 0.2% miqdarında “satıcı”ya cərimə ödəyir. Cərimənin ümumi məbləği ödənilməmiş məbləğin 10 %-dən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 20.000 manat məbləğində əsas borcuna münasibətdə 1000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/4-00852 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D/2021 saylı müqaviləyə əsasən 20.000 (iyirmi min) əsas, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 21.000 (iyirmi bir min) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar