Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2742/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən birinci müqavilə üzrə 243902 ABŞ dolları, ikinci müqavilə üzrə 109500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları və R.Allahverdiyevanın imzaladığı müqavilə üzrə 26951 ABŞ dolları məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının xx.xx.2015-ci il tarixli, 07 saylı protokoluna əsasən, istiqraz sahiblərinə kompensasiya verilməsi barədə məsələ müzakirə edilmiş və nəticədə "Cavabdeh" ASC-nin manatla olan istiqraz sahiblərinin istiqrazlarını cəmiyyətin ABŞ dolları ilə olan istiqrazları ilə əvəz olunması və xx.xx.2015-ci il tarixdən sonra yaranmış məzənnə fərqi məbləğində kompensasiya ödənilməsi barədə öhdəlik götürülmüşdür. Həmçinin əvəzləşdirilmiş istiqrazlara görə kompensasiya 3 il bitdikdəın sonra geri qaytarıldıqda tam ödənilmə də bu qərarda öz əksini tapmışdır. Daha sonra "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı və X2 ( qeyd: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsidir və verilən etibarnamədə İddiaçı MPM-nin 74-cümaddəsi ilə nəzərdə tutulan bütün hərəkətləri, o cümlədən pul məbləğinin alınması ilə əlaqədar hərəkətləri təmsil edilənin adından etmə səlahiyyətləri göstərilmişdir və bu səlahiyyətlər vəkilə ötürülmüşdür ) arasında xx xxxxx 2015-ci il tarixdə istiqraz və səhm sahiblərinə kompensasiya verilməsi barədə müqavilələr imzalanmışdır. İddiaçı ilə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli birinci müqaviləyə əsasən, X7 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə xx xxxxxx 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edilməsi və manatın kəskin ucuzlaşması nəticəsində cəmiyyətin imtiyazlı səhm sahibləri müəyyən maliyyə itkiləri ilə üzləşmişdirlər. İmtiyazlı səhm sahibi xx xxxxxx 2015-ci il tarixli ərizə ilə ona məxsus imtiyazlı səhmlərin cəmiyyətə geri qaytarması tələbi ilə müraciət etmişdir və xx xxxxxx 2015-ci il tarixinə rəsmi məzənnənin dəyişdiyi üçün həmin tələbi məzənnə fərqindən yaranan itkisiz icra etmək mümkün olmamışdır. Bu müqavilə, imtiyazlı səhm sahibi ilə cəmiyyətin uzun müddətli əməkdaşlığını nəzərə alaraq imtiyazlı səhm sahibi tərəfindən alınmış 200 ədəd hər birinin dəyəri 1000 manat, ümumi dəyəri 200000 manat olan "Cavabdeh" ASC-nin faizli imtiyazlı səhmlərinin itkilərinin "Cavabdeh" ASC tərəfindən müəyyən səviyyədə qarşılamaq məqsədi daşıyır. Müqavilənin 2.1 bəndinə əsasən, imtiyazlı səhm sahibi İddiaçı xx xxxxx 2018-ci il tarixinədək bu müqavilənin 1.1-ci bəndində qeyd edilən imtiyazlı səhmləri cəmiyyətə qaytarmamaq və geri pul tələb etməmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3.3-cü bəndinə əsasən, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində, X7 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə yaranmış məzənnə fərqini kompensasiya etmək məqsədi ilə, tərəflər bu müqavilənin şərtlərini tam yerinə yetirdiyi halda imtiyazlı səhm sahibi həmin səhmləri xx xxxxx 2018-ci il tarixdən sonra cəmiyyətə geri qaytardıqda onları 243902 ABŞ dollarına almaq barədə öhdəlik götürmüşdür. İddiaçı ilə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətiarasında bağlanmış xx.xx.2015-ci il tarixli ikinci müqaviləyə əsasən, X7 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə xx xxxxxx 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilməsi və manatın kəskin ucuzlaşması nəticəsində "Emitent"in istiqraz sahibləri müəyyən maliyyə itkiləri ilə üzləşmişdirlər. İstiqraz sahibi xx xxxxxx 2015-ci il tarixli ərizə ilə ona məxsus istiqrazları azərbaycan manatından ABŞ dollarına keçirilməsi tələbi müraciət etmişdir və xx xxxxxx 2015-ci il tarixinə rəsmi məzənnənin dəyişdiyi üçün həmin tələbi məzənnə fərqindən yaranan itkisiz icra etmək mümkün olmamışdır. Bu müqavilə, istiqraz sahibləri ilə "Emitent"in uzun müddətli əməkdaşlığını nəzərə alaraq "Alıcı" tərəfindən alınmış 180 ədəd hər birinin dəyəri 500 manat, ümumi dəyəri 90000 manat olan "Cavabdeh" ASC-nin faizli sənədsiz adlı istiqrazlarının itkilərinin "Cavabdeh" ASC tərəfindən müəyyən səviyyədə qarşılamaq məqsədi daşıyır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Alıcı” İddiaçı xx xxxxx 2018-ci il tarixinədək bu müqavilənin 1.1-ci bəndində qeyd edilən istiqrazları cəmiyyətə qaytarmamaq və geri pul tələb etməmək və 2.1.2-ci bəndinə əsasən isə xx xxxxx 2018-ci il tarixindənsonra geri alınmış istiqrazların əvəzinə "Cavabdeh" ASC-nin 85500 ABŞ dolları məbləğində yeni ABŞ dolları ilə olan istiqrazlarlını "Emitent"dən almaq öhdəliyini üzərinə götürmüşdür. Emitent olan "Cavabdeh" ASC isə öz növbəsində, müqavilənin 2.3.1-ci bəndinə əsasən, Bu Müqavilənin 1.1.-ci bəndində göstərilmiş məbləğdə istiqrazları "Alıcı"dan geri almaq, 2.3.2-ci bəndinə əsasən, geri alınmış istiqrazların əvəzinə "Cavabdeh" ASC-nin yeni ABŞ dolları ilə olan sənədsiz adlı istiqrazlarlını "Alıcı"nin adına rəsmiləşdirmək və 2.3.3-cü bəndə əsasən, X7 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə yaranmış məzənnə fərqini kompensasiya etmək məqsədi ilə, "Alıcı"ya xx xxxxx 2018-ci il tarixdə əlavə olaraq 24000 ABŞ dolları kompensasıya ödəmək barədə əlavə öhdəlik götürmüşdür. X2 ilə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətiarasında bağlanmış xx.xx.2015ci il tarixli müqaviləyə əsasən, X7 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə xx xxxxxx 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edilməsi və manatın kəskin ucuzlaşması nəticəsində "Emitent"in istiqraz sahibləri müəyyən maliyyə itkiləri ilə üzləşmişdirlər. İstiqraz sahibi xx xxxxxx 2015-ci il tarixli ərizə ilə ona məxsus istiqrazları azərbaycan manatından ABŞ dollarına keçirilməsi tələbi müraciət etmişdir və xx xxxxxx 2015-ci il tarixinə rəsmi məzənnənin dəyişdiyi üçün həmin tələbi məzənnə fərqindən yaranan itkisiz icra etmək mümkün olmamışdır. Bu müqavilə, istiqraz sahibləri ilə "Emitent"in uzun müddətli əməkdaşlığını nəzərə alaraq "Alıcı" tərəfindən alınmış 200 ədəd hər birinin dəyəri 500 manat, ümumi dəyəri 100000 manat olan "Cavabdeh" ASC-nin faizli sənədsiz adlı istiqrazlarının itkilərinin "Cavabdeh" ASC tərəfindən müəyyən səviyyədə qarşılamaq məqsədi daşıyır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Alıcı” X2 xx xxxxx 2018-ci il tarixinədək bu müqavilənin 1.1-ci bəndində qeyd edilən istiqrazları cəmiyyətə qaytarmamaq və geri pul tələb etməmək və 2.1.2-ci bəndinə əsasən isə xx xxxxx 2018-ci il tarixindən sonra geri alınmış istiqrazların əvəzinə "Cavabdeh" ASC-nin 95000 ABŞ dolları məbləğində yeni ABŞdolları ilə olan istiqrazlarlını"Emitent"dənalmaq öhdəliyini üzərinə götürmüşdür. Emitent olan "Cavabdeh" ASC isə öz növbəsində, müqavilənin 2.3.1-ci bəndinə əsasən, Bu Müqavilənin 1.1.-ci bəndində göstərilmiş məbləğdə istiqrazları "Alıcı"dan geri almaq, 2.3.2-ci bəndinə əsasən, geri alınmış istiqrazların əvəzinə "Cavabdeh" ASC-nin yeni ABŞ dolları ilə olan sənədsiz adlı istiqrazlarlını "Alıcı"nin adına rəsmiləşdirmək və 2.3.3-cü bəndə əsasən, X7 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə yaranmış məzənnə fərqini kompensasiya etmək məqsədi ilə, "Alıcı"ya xx xxxxx 2018-ci il tarixdə əlavə olaraq 26951 ABŞ dolları kompensasıya ödəmək barədə balansarxası öhdəlik götürmüşdür. Qeyd etmək istəyirik ki, bu müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri qismən yerinə yetirmiş, lakin müqavilənin 2.3.3-cü bəndində qeyd edilən 26951 ABŞ dolları kompensasıya ödəmək barədə balansarxası öhdəliyi hazırki dövrə qədər icra etməmişdir. Yuxarıda qeyd edilən müqavilələrin 3.1-cimaddəsinə əsasən, Bu Müqavilələr hər iki tərəfin imzaladığı gün qüvvəyə minir və xx xxxxx 2018- ci il tarixinədək qüvvədə qalır. Müqavilələrin qüvvəsi başa çatdıqdan sonra İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək müqavilədə nəzərdə tutulan istiqrazlar və səhmlərin cəmiyyətə geri qaytarılmasına etiraz etmədiyini ( bu məqsədlə Milli Depozit Mərkəzinə müraciət edilmişdir) və "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən 10 gün müddətində müqavilələrdə nəzərdə tutulan öhdəliklərini icra edərək qeyd edilən məbləğlərin hesablarına ödənilməsini təmin edilməsini xahiş etmişdirlər, əks təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Qeyd edilən pretenziya məktubu cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir Daha sonra İddiaçı nümayəndəsi, Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən birinci müqavilə üzrə 243902 ABŞ dolları, ikinci müqavilə üzrə 109500 ABŞ dolları, cəmi 353402 ABŞ dollar məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək, İddiaçı birinci müqavilə üzrə 243902 ABŞ dolları, ikinci müqavilə üzrə 109500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları məbləğində borcun olduğunu və 353402 ABŞ dolları məbləğində pulu ödəməyə razı olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı etiraf etdiyindən iddia təmin edilməli, cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən birinci müqavilə üzrə 243902 ABŞ dolları, ikinci müqavilə üzrə 109500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən birinci müqavilə üzrə 243902 ABŞ dolları, ikinci müqavilə üzrə 109500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2742/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2742/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver