Məhkəmə qərarları › İş №e-2-2(113)-2747/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2747/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2747/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X4 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 02/YF nömrəli müqavilə üzrə yaranmış ƏDV daxil olmaqla 245493,10 AZN (iki yüz qırx beş min dörd yüz doxsan üç, 10qəp.) borcun, 536 manat dövlət rüsumunun, 300 manat vəkil xərcinin Cavabdeh MMC-dən tutularaq iddiaçı X3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Yunisov Fərhad (iddiaçı) ilə Cavabdeh MMC (cavabdeh) arasınd0a1.11.2022-ci il tarixli 02/YF nömrəli alq-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan 01, 02 və 03 saylı əlavə razılaşmalarda göstərilən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil verilmiş malların ümumi dəyəri ƏDV daxil olmaqla 245493,10 AZN təşkil etmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli üç ayrı e-qaimə göndərilmişdir. Lakin hazırki vaxtadək həmin malların dəyəricavabdeh tərəfindən ödənilməmişdir. İddiaçıcavabdehə pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etsə də cavabdeh buna məhəl qoymamış, müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. X4 ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixində 02/YF saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən alıcı adı, çeşidi, sayı, miqdarı, qiyməti hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura (və ya elektron qaimə-faktura) və ya X1 ilə müəyyən edilmiş malların (bundan sonra «mallar» adlan acaq) dəyərini Satıcıya ödəyir. Satıcı isə malın dəyərinin ödənilməsini təsdiq edən sənəd əsasmda həmin Malları Alıcıya təhvil verir.. - 3.1-ci bəndinə əsasən malın təhvil-təslimi qaimə-faktura və ya təhvil-təslim aktı əsasmda həyata keçirilir. Malın sayı, miqdarı, həcmi, qiyməti, qablaşdırma şərtləri göstərilən qainıə faktura və ya təhvil-təslim aktı yoxlanıldıqdan sonra Alıcmm özünə və ya etibarnamə üzrə səlahiyyətli nümayənədəsinə imza etdirməklə təhvil verilir. - 4.1-ci bəndinə əsasən alıcı Satıcının əvvəlcədən raziliği ıl.ə Mallar Alıcıya təhvil verildikdən sonra 60 (altmış) iş günii ərzində Satıcının bank hesabına köçürməsi yolu ilə ödənilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. X4 ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixində 02/YF saylı alqı-satqı müqaviləsinə 02 saylı xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən satıcı tərəfindən alıcıya verilməli olan malların qiyməti ƏDV daxil 29736 manat məbləğində razılaşdırılmışdır.

10. X4 ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixində 02/YF saylı alqı-satqı müqaviləsinə 03 saylı xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən satıcı tərəfindən alıcıya verilməli olan malların qiyməti ƏDV daxil 197827 manat məbləğində razılaşdırılmışdır.

11. 15279925231 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən Vəkil hesabına 300 manat ödənilmişdir.

12. İddiaçı ilə cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 01 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 17930.10 manat məbləğində mal verilmişdir.

13. İddiaçı ilə cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 02 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 29736 manat məbləğində mal verilmişdir.

14. İddiaçı ilə cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 03 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 197827 manat məbləğində mal verilmişdir

15. İddiaçı tərəfindən cavabehə xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı 466480 nömrəli 17930.10 manat məbləğində;xx.xx.2022-ci il tarixli EBCİ seriyalı, 703865 nömrəli 29736 manat məbləğində; xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 453287 nömrəli - 197827. manat məbləğində elektron qaimə göndərilmişdir.

V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 245493.10 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi,elektron qaimə və təhvil-təslim aktları ilə təsdiq edilir.

22. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 245493.10 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 245493.10 manat məbləğində pul vəsaitini tələb etdiyini və cavabdehin yaranmış borcun məhkəmə iclasında etiraf etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 245493.10 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 536 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 536 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 02/YF nömrəli müqavilə üzrə yaranmış 245493.10 (iki yüz qırx beş min dörd yüz doxsan üç manat on qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumu kimi 536 (beş yüz otuz altı) manat, hüquqi yardımın göstərilməsi məqsədilə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğ Cavabdeh MMC-dən tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar