Məhkəmə qərarları › İş №e-2-2(113)-275/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-275/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-275/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Rüstəmzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkili Nümayəndə iştirakları ilə, İdddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbinin təmin edilməsi, Cavabdeh Məhdud MəsuliyyətlCi əmiyyətindən müqavilə üzrə yaranmış 35277.32 manat qalıq borc məbləğinin, 200 manat ödənilmiş dövlət rüsumunun, cəmi 35477.32 manat məbləğində pulun iddiaçı"xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki,fərdi sahibkar İddiaçı (bundan sonra - Satıcı) Cavabdeh MMC (bundan sonra “Alıcı”) arasında 16 mart 2023-cü il tarixli 08/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya mülkiyyətində və öz istifadəsində olan daşınan maddi qiymətliləri (bundan sonra “Mal”) alıcıya satmağı,alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixdə olmaqla mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Müqavilənin icra edilməsindən aylarla vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə ödənilməli olan yekun məbləğin tam ödənilməsicavabdeh tərəfindən təmin edilməmişdir. Beləki ümumi ödənilməli olan 49498.8 manat məbləğdən indiyədək 14221,12 manat ödənilmişdir. Qalan 35277.32 manat qalıq borc indiyədək ödənməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı danışıqlar aparılmışdır. Lakin aparılan danışıqlar hazırki vaxtadək heç bir nəticə verməmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Məhdud Məsuliyyətli əmiyyətindən müqavilə üzrə yaranmış 35277.32 manat qalıq borc məbləğinin, 200 manat ödənilmiş dövlət rüsumunun, cəmi 35477.32 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. 04.12.2024-cü il tarixli məhkəmə iclasında cavabdhin nümayəndəsi (qanuni təmsilçi) X1 iddia tələbini qismən 1 qaimə üzrə 700 manat (ədv ilə birlikdə 826 manat)hissəsində qəbul etmiş, qalan hissədə iddianı qəbul etməmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “satıcı" “alıcı"ya mülkiyyətində və üz istifadəsində olan daşınan maddi qiymətliləri (bundan sonra “Mal") satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdınlınış qaydada Malın dəyərini “Satıcfya ödəyir. - 1.2-ci bəndinə əsasən Malın növü. çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Olavə razılaşma ilə müəyyən olunur. - 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Olavə Razılaşma ilə müəyyənləşdirilir. - 2.2-ci bəndinə əsasən Malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər Malın qiymətinə daxildir. - 2.3-cü bəndinə əsasən Malın qiyınəti sabitdir və lıər hansı bir dəyişikliyə məruz qala bilməz. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən cavabdehə EBDB 999140 saylı xx.xx.2023-cü il tarixli 9440 manat,EBDC 000421 nömrəli xx.xx.2023-cü il tarixli 4781.12 manat,EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli 16078.68 manat,EBDG 609301 nömrəli xx.xx.2023-cü il tarixli 826 manat,EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli 18372.60 manat (cəmi:49498,4 manat) məbləğində elektron qaimə göndərilmişdir.

11. “X3” ASC tərəfindən verilmiş İddiaçı aid hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıpya xx.xx.2023-cü il tarixdə 4051.80 manat, 8000 manat məbləğində pul ödənilmişdir.

12. İddiaçı tərəfindən iş materialarına əlavə olunmuş whatsapp yazışmalarından görünür ki,cavabdeh iddiaçıya olan borcunu ödəyəcəyini bildirmiş,lakin dəqiq məbləğ göstərilməmişdir. V. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

15. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatların məzmunundan görünür ki, tərəflər arasında alqsatıqmünasibətlərinin mövcud olması, cavabdeh tərəfindən təhvil alınmış malların bir qisminin dəyərinin ödənilməsi, tərəflər işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisəli hal iddiaçı cavabdehə göndərilmiş 3 elektron qaimə üzrə EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli 16078.68 manat,EBDG 609301 nömrəli xx.xx.2023-cü il tarixli 826 manat,EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli 18372.60 manat iddiaçı tərəfindən mallar təhvil verilsə də, cavabdeh tərəfidən heç bir ödəniş olmadığını iddia edir, qeyd edilən hala dair yeganə sübutlar onun tərəfindən göndərilmiş elektron qaimələri məhkəməyə təqdim edir, cavabdeh isə yalnız EBDG 609301 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə malları təhvil aldığını qeyd edərək iddianı həmin hissədə 826 manat hissədə qəbul edir. Məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdehin qismən etirafı ilə yalnız 826 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməli, digər hissədə sübutetmə yükü iddiaçının üzrəinə düşsə də, qeyd edilən dəyərdə 2 qaimə üzrə (EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli 16078.68 manat, EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli 18372.60 manat) malları cavabdehə təhvil verilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən rədd edilməlidir.

22. Məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 826 manat məbləğində borcu yaranmışdır.

23. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 826 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də cavabdehin iddiaçıya 826 manat məbləğində borcunu təsdiq etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 826 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 826 manat (səkkiz yüz iyirmi altı) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar