Məhkəmə qərarları › İş №e-2-2(113)-2755/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2755/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2755/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 54890,06 (əlli dörd min səkkiz yüz doxsan manat 06 qəpik) AZN azn məbləğində pulun və 255 (iki yüz əlli beş) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Tərəflər ayrı-ayrılıqda məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: X3 aşağıdakı tərəflər arasında bağlanmışdır:

1. “SOCAR PETROLEUM" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı), X2 tərəfindən təmsil olunur. (Ünvan: Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2269, bina 1. VÖEN: **********, Tel:050-257-16-57Tel:***-***-**-**)

2. "xxxx" MMC (bundan sonra cavabdeh) Baş direktor Faiq Seyidov tərəfindən təmsil olunur (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal ev 1D VÖEN: **********, Tel:***-***-**- **)

1. BARİŞİQ SAZİŞİNİN PREDMETİ

İddiaçı “SOCAR PETROLEUM" QSC, Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “Xaliq Faiqoğlu'1 MMC-den iddiaçı “SOCAR PETROLEUM" QSC -nin xeyrinə 54890,06 (elli dörd min səkkiz yüz doxsan manat 06 qəpik) AZN azn məbləğində pulun və 255 (iki yüz əlli beş) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verildikdən sonra cavabdehlə razılığa gəlinmiş və cavabdeh 30.000 (otuz min) AZN xx.xx.2025-ci il tarixə kimi ödəməsini öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq X3 ilə TƏRƏFLƏR Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq aşağıdakı razılığa gəlirlər: 1.1. Cavabdeh 30.000 (otuz min ) AZN borcu, xx.xx.2025-ci il tarixə kimi tam ödəməyi öhdəsinə götürür. 1.2. Cavabdeh tərəfindən ödəniş X4 1.1-ci maddəsində göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə, cavabdeh iddiaçıya ödənilməmiş 30.000 (otuz min) azn məbləğində pulu məcburi qaydada ödəyəcəkdir. 1.3. X4 1.1-ci maddəsində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.4. X3 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir. 1.5. X3 Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar