Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2765/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alq-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 252624 (iki yüz əlli iki min altı yüz iyirmi dörd) manat məbləğində əsas borcun və ödənilmiş 543 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 55A saylı, 02 avqust 2021-ci il tarixli sement məhsullarının alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC sement məhsullarını razılaşdırılmış vaxtda Cavabdeh MMC-yə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə aldığı məhsulun dəyərini İddiaçı MMC-yə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh MMC aldığı məhsulun dəyərini ödəməmişdir. Belə ki, Cavabdeh MMC-nin hal-hazıradək İddiaçı MMC-yə ödənilməmiş 252624 (iki yüz əlli iki min altı yüz iyirmi dörd) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış 55A saylı 02 avqust 2021-ci il tarixli müqavilənin Cavabdeh MMC tərəfindən aşağıda qeyd olunan bəndləri pozulmuşdur. - 3.2.1. ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X1 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir, - 7.2. bu müqavilə şərtlərinə uyğun olaraq malı vaxtında qəbul etmək və onun dəyərini ödəmək, - ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0.1 % qədər cərimə və bundan yarana biləcək xərcləri ödəmək, - 11.1. tərəflər arasında hazırkı müqavilədən irəli gələn və yaxud onun icra müddəti ərzində yaranmış mübahisələr danışıq yolu ilə həll olunmalıdır, - 11.2. tərəflər hər hansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur, göründüyü kimi, Cavabdeh MMC hal-hazıradək İddiaçı MMC-yə 252624 manat məbləğində borcunu ödəməmişdir. Bu barədə Cavabdeh MMC-yə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, hal-hazıradək borcunu ödəməmişdir. Ona görə də yaranmış borc məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən ödənilməmiş 241754,98 (iki yüz qırx bir min yeddi yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 543 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ödənilməmiş 252624 (iki yüz əlli iki min altı yüz iyirmi dörd) manat məbləğində əsas borcun və 543 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş məhkəmənin icraatında olarkən Cavabdeh tərəfindən 30 aprel 2024-cü il tarixdə 10869,02 (on min səkkiz yüz altmış doqquz manat iki qəpik) manat məbləğində ödəniş edilmişdir. Cavabdehin hal-hazırda 241754,98 (iki yüz qırx bir min yeddi yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Ona görə də iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 439.3, 442, 443.1, 449.1, 449.2, 465.1-ci maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddia tələbinə heç bir etirazının olmnadığını bildirdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 02 avqust 2021-ci tarixli, 55A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X1 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə şərtlərinə uyğun olaraq malı vaxtında qəbul etmək və onun dəyərini ödəmək, - ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0.1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi alıcı öhdəsinə götürmüşdür.
10. Tərəflər arasında bağlanmış 02 avqust 2021-ci tarixli, 55A saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixdə bağlanmış qiymətlərin razılaşdırılması protokolu adlı 2 nömrəli əlavədən görünür ki, tərəflər aralarında 1 (bir) ton CEM-İİ/A-L 42.5 r ekspert qalaq sementinin satış qiyməti çatdırılma daxil ƏDV-siz 121 (bir yüz iyirmi bir) manat məbləğində razılaşdırmışlar. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Tərəflər arasında bağlanmış 02 avqust 2021-ci tarixli, 55A saylı alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixdə bağlanmış qiymət əlavəsindən görünür ki, tərəflər aralarında 1 (bir) ton Holcim CEM-İİ/A-L 42.5 r ekspert qalaq sementinin satış qiyməti çatdırılma daxil ƏDV-siz 113 (bir yüz on üç) manat, ƏDV daxil 133,34 (yüz otuz üç manat otuz dörd qəpik) məbləğində razılaşdırmışlar. Sözügedən qiymət əlavəsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Tərəflər arasında bağlanmış 02 avqust 2021-ci tarixli, 55A saylı alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə bağlanmış qiymət əlavəsindən görünür ki, tərəflər aralarında 1 (bir) ton Holcim qalaq sement 42.5 r ekspert sementinin satış qiyməti çatdırılma daxil ƏDV-siz 131 (bir yüz otuz bir) manat, ƏDV daxil 154,58 (yüz əlli dörd manat əlli səkkiz qəpik) məbləğində razılaşdırmışlar. Sözügedən qiymət əlavəsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Tərəflər arasında bağlanmış 02 avqust 2021-ci tarixli, 55A saylı alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə bağlanmış qiymət əlavəsindən görünür ki, tərəflər aralarında 1 (bir) ton Holcim qalaq sement 42.5 r ekspert sementinin satış qiyməti çatdırılma daxil ƏDV-siz 127 (bir yüz iyirmi yeddi) manat, ƏDV daxil 149,86 (yüz qırx doqquz manat səksən altı qəpik) məbləğində razılaşdırmışlar. Sözügedən qiymət əlavəsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı tərəfindən iş materiallarına cavabdehə ünvanlanmış 66 ədəd elektron qaimə təqdim edilmişdir.
15. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 10869,02 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı qismində EBCL 805662 EBCL 806073 EBCL 806135 EBCL 805843 EBCM 211830 EBCM 208605 EBCM 209947 EBCM 210901 EBCM 269963 EBCM 269755 EBCM 270075 EBCM 270191 EBCM 270147 EBCM 558888 EBCM 558818 EBCM 559943 EBCM 565996 EBCM 960607 elektron qaimələr qeyd edilmişdir.
16. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 6 nömrəli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 252624 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
20. İddia tələbini Cavabdeh MMC-dən ödənilməmiş 241754,98 manat pulun tutulması təşkil edir.
21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 02 avqust 2021-ci tarixli, 55A saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və üzləşmə aktı ilə öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddianı qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
22. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 241754,98 manat (iki yüz qırx bir min yeddi yüz əlli dörd manat doxsan səkkiz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
23. Eləcə də, iddiaçı 543 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 542,62 manat (beş yüz qırx iki manat altmış iki qəpik) (ödənilməli olan dövlət rüsumu olmuşdur) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 241754,98 manat (iki yüz qırx bir min yeddi yüz əlli dörd manat doxsan səkkiz qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 542,62 manat (beş yüz qırx iki manat altmış iki qəpik) olmaqla, cəmi 242297,60 manat (iki yüz qırx iki min iki yüz doxsan yeddi manat altmış qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova