Məhkəmə qərarları › İş №e-2-2(113)-277/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-277/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-277/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” X14 cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxx” X19 cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X6 1.253 manat məbləğində sığorta ödənişinin, 30,40 məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulub iddiaçı “xxxxxxxxxxxx” X14 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində, Bakı şəhəri Sabunçu rayonu, şəhər şossesində X10 “Mitsubishi Pajero” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, ”Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri, Sabunçu RPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli, №9/4104 saylı arayışına və xx.xx.2014-cü il tarixli, № CYP 196578 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X10 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi X10 hadisə zamanı idarə etdiyi, “Mitsubishi Pajero” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası növü üzrə Dövlət X1 sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, ”Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin MİP-2874/14 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 7500 manat sığorta məbləği olmaqla “avtokasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran sürücünün idarə etdiyi Mitsubishi Pajero” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixində Dövlət X7 nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası növü üzrə sığortalı olduğundan, “xxxxxxxxxxxx” ASC tərəfindən Dövlət X9 xx.xx.2014-cü il tarixli elektron məktubla zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktlına əsasən hadisə nəticəsində ”Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1253 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli, 500/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli, № 001005 saylı kassa məxaric orderinə əsasən 1.253 manat məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X15 ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq və Mülki Məcəllənin 936-cı maddəsinin tələblərinə əsaslanaraq, 1.253 manat sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxxxxxxxxxx” ASC-yə ödənilməsinin Dövlət X6 tələb edilməsinə baxmayaraq məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, №BS-C-19/0696 saylı şikayət məktubunu ilə tərəflərindən AR X11 Palatasına müraciət edildikdən sonra cavabdeh xx.xx.2019-cu il tarixli, №08/B-491 saylı məktubla bildirmişdir ki, həmin iş üzrə iddiaçının hesabına xx.xx.2015-ci il tarixində 1253 manat məbləği ödənilmişdir. Lakin, ödənişin edilməsini təsdiq edən sənədlər məktuba əlavə edilməmişdir. Həmçinin cavabdehin ödənildiyini bildirdiyi məbləğ iddiaçının hesabına göstərilən tarixdə daxil olmamışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatət ünvanlayaraq, 1.253 manat sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və xx.xx.2015-ci il tarixdən məhkəmənin yekun qətnaməsi elan edilənədək olan müddət üçün hesablanmaqla gecikdirilmiş günlər üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulub iddiaçı “xxxxxxxxxxxx” X14 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki: İddiaçı “xxxxxxxxxxxx” ASC (sığortaçı) ilə X18 (sığortalı) arasında bağlanmış MİP- 2874/14 saylı, xx xxxxxx 2014-cü il tarixli sığorta müqaviləsinə əsasən sığortalının mülkiyyətində olan “Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nömrəli avtomobil sığorta məbləği 7.500 manat, hər hadisə üzrə azadolma məbləği 0 manat müəyyən edilməklə “nəqliyyat vasitəsinin kasko sığortası” növü üzrə sığortalanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2014-cü il tarixdə sığorta hadisəsi baş vermiş – Bakı şəhəri, Sabunçu rayon, Şəhər şossesində X10 idarə etdiyi “Mitsubishi Pajero” makalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəni törətmiş və “xxxxxxxxxxxx” ASC-də avtokasko qaydaları ilə sığortalanmış “Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nömrəli avtomobilə zərər vurmuşdur. “xxxxxxxxxxxx“ ASC tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması akta əsasən avtomobilə dəymiş ziyan 1253 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2014-cü il tarixli, 500/14 CM-523/194 saylı sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixli sığorta müqaviləsi üzrə faydalanan şəxs X15 1.253 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Digər tərəfdən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli CYP 196578 saylı inzibati xəta haqqında protokola, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa və xx.xx.2014-cü il tarixli inzibati xəta barədə iş üzrə qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində “Mitsubishi Pajero” makalı, ** XF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X4 təqsirli olması müəyyən edilmiş və sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumat vərəqəsindən müəyyən edilmişdir ki, hadisə baş verdiyi zaman X4 idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** XF *** dövlət qeydiyyat nömrəli avtomobil Azərbaycan Respublikası Dövlət X13 tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İddiaçı “xxxxxxxxxxxx” ASC xx.xx.2014-cü il tarixli məktubla cavabdeh Azərbaycan Respublikası Dövlət X9 müraciət edərək hadisə nəticəsində “Volkswagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirak etmələrini təklif etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı “xxxxxxxxxxxx” ASC məktubla cavabdehə müraciət edərək hadisə nəticəsində avtomobilə dəymiş zərərə görə 1.253 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında onların hesabına köçürülməsini tələb etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı “xxxxxxxxxxxx” ASC X11 Palatasına şikayət ünvanlanaraq 1.253 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət X13 tərəfindən “xxxxxxxxxxxx” ASCyə geri ödənilməsi üçün zəruri tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2019-cu il tarixli məktubu ilə X11 Palatasının məktubuna cavab olaraq “xxxxxxxxxxxx” ASC-də sığortalanmış Mitsubishi Pajero” markalı, ** XF *** dövlət qeydiyyat nömrəli avtomobilin yol-nəqliyyat hadisəsində zədələnməsi ilə əlaqədar olaraq 1253 manat məbləğinin xx.xx.2015-ci il tarixində ASC-nin hesabına ödənildiyini göstərmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 941.5-ci maddəsinə əsasən sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar” haqqında xx xxxx 2011-ci il tarixli AR Qanununun: 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İşin yuxarıda göstərilən hallarına və göstərilən qanunvericilik normalarına əsasən müəyyən edilir ki, mülki məsuliyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət X13 tərəfindən sığortalanmış “Mitsubishi Pajero” markalı, ** XF *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü X10 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində iddiaçı “xxxxxxxxxxxx” ASC-də nəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış X15 məxsus avtomobilə maddi zərər dəymişdir. Nəticədə zərərçəkmiş şəxs Rəşad Səlimovun zərərvurmuş şəxs Qulam Quliyevə, eləcə də sonuncunun mülki məsuliyyətini sığortalamış cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. “xxxxxxxxxxxx” ASC tərəfindən nəqliyyat vasitəsinin tam sığortası haqqında müqaviləyə əsasən avtomobilə dəymiş zərər– 1253 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs R.Səlimova ödənildikdən sonra R.Səlimovun zərərvurmuş şəxsin məsuliyyətini sığortalamış sığortaçıdan (cavabdeh Azərbaycan Respublikası Dövlət X13) sığorta ödənişinin həyata keçirilməsini, o cümlədən həmin ödənişin gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ həmin hissədə subroqasiya qaydasında “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxx” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət X8 1253 manat məbləğində sığorta ödənişinin və həmin ödənişin ödənilməsini gecikdirdiyi müddət üçün dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Dəbbə pulunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 30,40 manat məbləğində məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X6 1253 (min iki yüz əlli üç) manat məbləğində sığorta ödənişi, 100 (yüz) manat məbləğində dəbbə pulu, cəmi 1353 (min üç yüz əllik üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun və məhkəmə xərclərinin əvəzi olaraq 30,40 manat (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxx” X16 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar