Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2773/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qapalı səhmdar cəmiyyətinin İddiaçınə olan 184 781.07 manat (bir yüz səksən dörd min yeddi yüzsəksən bir manat yeddi qəpik) borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 37/17 saylı və xx.xx.2021-ci il tarixli 21-0014 saylı alqısatqı müqavilələri əsasında EBAS 495364, EBBE 702136, EBBF 286851, EBBX 147695, EBBX 216706, EBBY 347242 və EBBY 382944 saylı e qaimələrə əsasən cəmi 362071.40 azn (ƏDV daxil) mallar Cavabdeh QSC-yə satılmışdır. Cavabdeh QSC müxtəlif tarixlərdə cəmi 177290.33 azn (ƏDV daxil) ödəmə etmiş lakin 184781.07 azn (ƏDV daxil) borc qalmışdır. Müqavilələrin əlavələri olan qiymətlərin razılaşma protokollarına əsasən malların dəyəri, mallar verildikdən sonra 30 gün müddətində 100 % olaraq ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq 184781.07 azn (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanuna əsasən xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət edilmiş mediator tərəfdən Cavabdeh QSC mediasiyaya dəvət edilsə də mediasiya prosesinə gəlməmişdirlər. Nəticədə xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda məhkəməyə izahatında qeyd etmişdir ki, tərəflər arasında 2017-ci il tarixində ümumi müqavilə imzalanmış, daha sonra həmin müqavilə əsasında müqavilələr imzalanmışdır. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı və Cavabdeh QSC arasında imzalanmış 01 fevral 2017 tarixli 37/17 saylı müqaviləyə əsasən satıcı əlavədə qeyd edilmiş malları Cavabdeh MMC-nin mülkiyyətinə verir, Cavabdeh MMC isə malları qəbul edib və əvəzində isə malları qəbul edilən tarixdən sonra 10 gün müddətində müəyyənləşdirilmiş pul məbləğini ödəyir. İddiaçı MMC “satıcı” Cavabdeh QSC “alıcı” olmaqla imzalanmış 30 yanvar 2021-ci il tarixli 21-0014 nömrəli müqaviləyə əsasən “satıcı “alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır. “alıcı” isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini “satıcı”ya ödəməyi öz öhdəsinə götürür. 1.2 malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu”nda öz əksini tapmışdır. EBAS seriyalı 495364 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 118.274,29 manat, EBBE seriyalı 702136 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4.267,12 manat, EBBF seriyalı 286851 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 6.867,6 manat, EBBX seriyalı 147695 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 68.672,46 manat, EBBX seriyalı 216706 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 47.855,19 manat, EBBY seriyalı 347242 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 55.136,30 manat, EBBY seriyalı 382944 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 60.998,45 manat İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. 01 fevral 2017 tarixli 37/17 saylı alqı-satqı müqaviləsinə əlavə olan 05.11.20 tarixli qiymətlərin razılaşdırılması protokolunda 268.646,21 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Əlavə imzalandığı andan qüvvəyə minir, qüvvəyə mindikdən sonra 15 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2020 tarixli təhviltəslim aktında müxtəlif çeşiddə malların təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 30 yanvar 2021 tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan 12.07.21 tarixli qiymətlərin razılaşdırılması protokolunda 4.267,12 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Qüvvəyə mindikdən sonra 3 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2021 tarixli təhvil-təslim aktında 294 metr profil malının təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Aktda EBBE seriyalı 702136 nömrəli xx.xx.2020 tarixli elektron qaimə qeyd edilmişdir. 30 yanvar 2021 tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan 12.07.21 tarixli qiymətlərin razılaşdırılması protokolunda 6.867,6 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Qüvvəyə mindikdən sonra 3 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2021 tarixli təhvil-təslim aktında müxtəlif çeşidli təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Aktda EBBF seriyalı 286851 nömrəli xx.xx.2021 tarixli elektron qaimə qeyd edilmişdir. 30 yanvar 2021 tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan 27.05.22 tarixli qiymətlərin razılaşdırılması protokolunda 68.672,46 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Qüvvəyə mindikdən sonra 3 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2022 tarixli təhvil-təslim aktında müxtəlif çeşidli təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 30 yanvar 2021 tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan 28.05.22 tarixli qiymətlərin razılaşdırılması protokolunda 47.855,19 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Qüvvəyə mindikdən sonra 3 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2022 tarixli təhvil-təslim aktında müxtəlif çeşidli təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 30 yanvar 2021 tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022 tarixli qiymətlərin razılaşdırılması protokolunda 55.136,31 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Qüvvəyə mindikdən sonra 3 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2022 tarixli təhvil-təslim aktında müxtəlif çeşidli təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 30 yanvar 2021 tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022 tarixli qiymətlərin razılaşdırılması protokolunda 60.998,45 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Qüvvəyə mindikdən sonra 3 iş günü ərzində malların çatdırılması və təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənişin olacağı qeyd edilmişdir. xx.xx.2022 tarixli təhvil-təslim aktında müxtəlif çeşidli təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş PB/VB-OUT-01655-2023 saylı xx.xx.2023 tarixli məktubda İddiaçı MMC-nin hesabına xx.xx.2021 tarixində 20.246,04 manat, xx.xx.2021 tarixində 20.000 manat, xx.xx.2022 tarixində 50.000 manat, xx.xx.2022 tarixində 34.000 manat, xx.xx.2022 tarixində 16.000 manat, xx.xx.2022 tarixində 10.000 manat Cavabdeh QSC tərəfindən mədaxil olmuşdur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01 fevral 2017 və 30 yanvar 2021 tarixlərində alqı-satqı müqavilələri imzalanmışdır. Daha sonra tərəflər arasında müqavilə münasibətləri davam etmiş, həmin müqavilələr əsasında mallar qarşı tərəfə təhvil verilmişdir. İddiaçı müqavilə öhdəliyini tam olaraq icra etsə də cavabdeh müqavilə şərtlərini pozmuş, ödənişləri tam olaraq etməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetirilir. Belə ki, tərəflər arasında müqvilə və qiymətlərin razılaşma protokolu imzalanmış, daha sonra onun əsasında mallar qarşı tərəfə təhvil verilmişdir. Eyni zamanda təhvil verilmiş mallarla bağlı qarşı tərəfə elektron qaimələr göndərilmişdir. Cavabdeh öhdəliyini tam olaraq icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli və 184 781.07 manat cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh qapalı səhmdar cəmiyyətindən 184 781.07 manat (bir yüz səksən dörd min yeddi yüzsəksən bir manat yeddi qəpik) İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2773/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2773/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver