Məhkəmə qərarları › İş №e-2-2(113)-2781/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2781/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2781/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38.057,8 (otuz səkkiz min əlli yeddi manat səksən qəpik) manat məbləğində əsas borcun, 22.289,1 ( iyirmi ikimin iki yüzsəksən doqquzmanat on qəpik ) manat cərimə məbləğinin və mediasiya və məhkəmə rüsumları ilə bağlı ödənilmiş 200 manat pulun "xxxx" MMC–dən tutularaq Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Santu-Group" MMC ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış HA/0090/19/Sale saylı, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehə qarışıq metal tullantısı satılmışdır. Müqavilədə qeyd edilmiş məhsulları cavabdehə göndərilmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 38.057.8 manat borcu indiyədək ödənilməmiş qalmışdır. Müqavilənin 2 saylı qoşmasına əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda Alıcı hər bir gecikdirilmiş günə 0.1% qədər cərimə tələb etmək hüququna malikdir. məmiş sayılır. Cavabdeh “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə göndərdiyi xx.xx.2020-ci il tarixli, 8 saylı məktubda borcun 26.485 manat hissəsini etiraf etmişdir. İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, “Holcim (Azərbaycan)” ASC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2019cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə “Holcim (Azərbaycan)” ASC məhsulları satmağı, "xxxx" MMC isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və “Holcim (Azərbaycan)” ASC-nin möhürü ilə təsdiq edilmişdir. Eyni zamandan müqaviləyə 1,2,3 saylı Qoşmalar da hər iki tərəfdən imzalanmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı maddələr nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətinin yarandığı mübahisələndirilmədiydən, mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam hansı malların verildiyi və verilmş mallara görə borc məbləğinin nə qədər təşkil etməsidir. Tərəflər arasında bağlanmış müqavilənin 3 saylı Qoşmasından görünür ki, “yük maşınları yüklənilməmişdən öncə və sonra zavod ərazisində yerləşən tərəzi vasitəsi ilə çəkilməlidir. Malların çəkisi tərəflərin imzaladığı sənədlə təsdiqlənməlidir. Mallar təhviltəslim aktı ilə alıcıya təhvil verilir.” İşdən görünür ki, xx.xx.2019-cu il tarixdə “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 17.004,52 manatlıq elektron qaimə göndərilmiş və qeyd edilən elektron qaimədə göstərilən 58,260 ton məhsula dair 3 ədəd yük nəqliyyat qaiməsi tərtib edilmiş və ancaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 16.870,25 manatlıq elektron qaimə göndərilmiş və qeyd edilən elektron qaimədə göstərilən 57,800 ton məhsula dair 3 ədəd yük nəqliyyat qaiməsi tərtib edilmiş və ancaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2019cu il tarixdə “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 16.169,76 manatlıq elektron qaimə göndərilmişdir ancaq qeyd edilən elektron qaimədə malların 55,400 olması görünsədə, ancaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən imzalanmış yük-nəqliyyat qaimələrində yükün çəkisi cəmi 38,24 ton təşkil etmişdir. Bundan başqa qeyd edilməlidir ki, adıçəkilən elektron qaimələr məhz "xxxx" MMCnin məsul şəxsi tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsində malların verilməsinin sübutetmə yükü satıcı yəni indiki halda “Holcim (Azərbaycan)” ASC daşıyır. Məhkəmə qeyd edilən sistem tərəfindən qəbul edilmiş elektron qaimələrdə və ancaq iddiaçı təşkilatın nümayəndəsi tərəfindən imzalanmış yük nəqliyyat qaimələrində göstərilmiş malların alıcı "xxxx" MMC-yə tam olaraq təhvil verilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, müqaviləyə qoşmada hansı miqdarda malların təhvil verilməsini tərəflərin imzalamış olduğu sənəd formasında olduğu qeyd edilmişdir. Ancaq iddiaçı tərəf bu barədə sənəd təqdim edə bilməmişdir. Bundan başqa işdə olan "xxxx" MMC-nin “Holcim (Azərbaycan)” ASC-yə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC 26.485 manat borcunun olduğunu etiraf etmiş və ödənilməsi üçün vaxt verilməsini istəmişdir. Qeyd edilən məktuba isə “Holcim (Azərbaycan)” ASC tərəfindən hər hansı bir etiraz məktubu verilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, sonuncu qeyd edilən məktuba “Holcim (Azərbaycan)” ASC tərəfindən hər hansı bir etirazın verilməməsi, "xxxx" MMC-nin borcunun məhz 26.485 manat qaldığına dəlalət edir və ona görə də əsas borcun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 2 saylı qoşmasında öz əksini tapmışdır. Həmçinin də qeyd edilməlidir ki, müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur yəni, qeyd edilən cərimə müqavilənin qüvvədə olduğu müddət üçün hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 26.485 manat məbləğində əsas borcuna münasibətdə 2700 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 26.485 manat, cərimə borcu üzrə 2.700 manat, cəmi 29.185 (iyirmi doqquz min yüz səksən beş) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar