Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2791/2023 11.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1, nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya borclu olduğu 15.706.43 manat məbləğində pul, həmin məbləğə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 634.71 manat məbləğində pulun, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul olmaqla, cəmi 16.541,14 manat məbləğində pulun məhkəmə qaydasında alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2020-ci ilin ortalarından etibarən malın, işin və xidmətlərin alqı-satqı müqavilələri əsasında kommersiya münasibətlərinə daxil olmuş və hazırkı mübahisənin yarandığı 2022-ci ilin son aylarınadək cavabdehlə əməkdaşlıq edərək ona xidmətlər göstərmişdir. Keçən müddət ərzində cavabdeh ilə iddiaçı arasında bağlanmış 06 dekbar 2021-ci il tarixli **********436 nömrəli Podrat müqaviləsi üzrə görülməli olan işlər sifarisçi olan Cavabdeh MMC tərəfindən işlərin normal icrası üçün lazımı şəraitinn yaradılmaması səbəbindən həmin müqaviləyə 01 nömrəli xx.xx.2022-ci il tarixli Əlavə Razılasma tərtib edilərək imzalanmış və işlərinin icrasının başa çatdırılması xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə dəyişdirilmişdir. Bununla yanaşı Razılaşmanın 4-cü bəndində ”içsirafiS“ tərəfindən 2022-ci ilin sonunadək podratçıya işlərin tam şəkildə bitirilib təhvil verilməsinə münbit şəraitin yaradılmadığı təqdirdə və ya sifarisçi tərəfindən digər səbəblərdən işlərin bitirilib təhvil verilməsi müddətinin uzanacağı təqdirdə, podratçıya təhvil verdiyi bütün məhsullar eləcə də isçi̧ lik daxil olmaqla müqavilə üzrə ödənilməli olan məbləğ tam şəkildə ödəniləcək, həmçinin 5 % saxlanılan məbləğ daxil olmaqla” şərtləri qeyd edilmişdir. Bundan sonra yuxarıda qeyd edilən Razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilib elektron qaimə fakturaların təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən müxtəlif əlaqəsiz və anlası̧lmayan bəhanələr gətirilməklə görülmüş işlər üzrə qalıq məbləğlərin ödənilməsi təmin edilməmişdir. Yuxarıda qeyd edilənlər, eyni zamanda cavabdeh tərəfindən mal-material dövriyyəsi və işçiliklə bağlı yekun sənədlərin tərtibatına səhlənkarlıq və digər motivasiyalarla maneələrin törədilməsi, ən yaxşı halda isə tərtib edilərək iddiaçı tərəfindən cavabdehə göndərilən sənədlərin imzalanıb geriyə göndərilməsinin təmin edilməməsi səbəbindən cavabdehlə anlaşma şəraitində müvafiq qaydada görülmüş malın, işin və xidmətlərin qarşılıqlı üzləşməsinin aparılması mümkün olmadığından iddiaçı birtərəfli qaydada cavabdeh ilə malın işin və xidmətlərin alqı-satqısı üzrə 2020-ci ilin ortalarından etibarən aparılmış bütün əməliyyatların məntiqlə mübahisələndiriliməsi mümkün olmayan avtomatlaşdırılmış uçot sistemi məlumatlarının və bununla əlaqəli digər sənədlərin daxili auditini aparmaq məcburiyyətində qalmışdır. Aparılmış araşdırma nəticəsində aşağıdakılar aşkar edilmisḑir: Cavabdeh MMC mala, işə və xidmətlərə görə iddiaçıya **********124 nömrəli xx.xx.2020-ci il tarixli Malların alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş elektron qaimə fakturalarda göstəriləndən 4807,39 manat məbləğində artıq ödəniş etmişdir. Bununla yanaşı cavabdehin iddiaçı tərəfindən görülən malın, işin və xidmətlərin əsasında təqdim edilmiş elektron qaimə fakturalarda göstərilən məbləğlərdən -**********232 nömrəli Xidmət alqı-satqı müqaviləsi üzrə 6793.44 manat; ılqıļısraq) hesablaşmalarda müqavilənin nömrəsi **********132 kimi göstərilmişdir) - **********36 nömrəli 06 dekabr 2021-ci tarixli Podrat müqaviləsi üzrə 8941.38 manat; - **********633 nömrəli 18 iyul 2022-ci il tarixli Podrat müqaviləsi üzrə 4779.00 manat olmaqla cəmi (6793.44+8941.38+4779.00=20513.82) 20513.82 manat məbləği ödənilməmiş qalmışdır. Nəzərə alınmalıdırki, **********633 nömrəli müqavilə üzrə iddiaçıya ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Yuxarıda göstərilən müqavilələr üzrə ödənilməmiş olan 20513.82 manat məbləğindən artıq ödənilmiş 4807.39 manat məbləğini çıxaraq (20513.82- 4807.39=15706.43) müəyyən edilmişdir ki, hazırkı tarixə cavabdehin iddiaçıya rəsmi qaydada Vergi sistemində qeydiyyatdan keçmiş hüquqi qüvvəyə malik olan sənədlər əsasında 15706.43 manat məbləğində qalıq borcu vardır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020 tarixli **********124 saylı “Alqı-satqı” müqaviləsi üzrə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 03/02/21 saylı hesabfakturada qeyd edilən 29617,80 AZN məbləğ əvəzinə artıq olaraq 47.964,8 AZN və 06.12.21 tarixli **********436 saylı “Xidmət alqı-satqı” müqaviləsi üzrə təqdim edilmiş 07.12.21-ci il tarixli, 15/12_06 saylı hesab-fakturada qeyd edilən 105.447,43 AZN əvəzinə artıq olaraq 112.833,30 AZN ödəmişdir. Qeyd olunan müqavilələr üzrə göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara görə xidmət haqları tərəflərindən tam şəkildə ödənilmişdir. Cavabdeh iddiaçıya əlavə olaraq 25.732,87 AZN artıq ödəniş etmişdir. Cavabdeh yalnız xx.xx.2022-ci il tarixli 169326 nömrəli və EBBV seriyalı e-qaimədə qeyd edilən 102.186,23 AZN məbləğin hissəsi xx.xx.2022-ci il tarixli, 001AZ**********3 nömrəli ödəniş tapşınğı əsasında 5109,31 AZN az olaraq 97.076,92 AZN ödənilib. Yuxandakı müqavilələr üzrə 25.732,87 artıq ödəmədən 5109,31 AZN əksik ödəməni çıxanda yerdə 20.623,56 AZN artıq ödəmə qalır. Göründüyü kimi, cavabdehin iddiaçıya müqavilələrdən irəli gələn heç bir borcu mövcud deyildir. Əksinə, iddiaçının cavabdehə ödəməli olduğu 20.623,56 AZN borcu mövcuddur. Həmçinin, iddiaçının pul tələblərindən biri də tərəflər arasında Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya sessiyasının iştirak haqqıdır. İddiaçının pul tələbinin məbləq 15.706,43 AZN olduğundan “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləq”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “iddia qiyməti 10001 manatdan 50000 manatadək” olduqda haqq 200 manat müəyyən edilir. Cavabdeh, iddiaçıya müqavilə üzrə bütün ödənişləri ödədiyinə görə iddiaçı məsələnin mediasiya yolu ilə həll edilməsinə təşəbbüs göstərməməli idi. O səbəbə görə hesab edirlər ki, iddiaçının həmin məbləği cavabdehdən tələb etməyə haqqı yoxdur. İddiaçı cavabdehdən icranı gecikdirdiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cərimə ödəməsini də tələb etmişdir. Bu maddəyə əsaslanaraq iddiaçı cavabdehdən 15.706,43 AZN əsas borcun 5% miqdarını, yəni 634,71 AZN cərimənin iddiaçının xeyrinə tutulmasını tələb edir. Tərəflərindən yuxarıda qeyd olunan müqavilələr əsasında bütün ödənişlər vaxtında yerinə yetirildiyinə görə, iddiaçının cərimə tələbini də əsassız hesab edirlər.
5. Cavabdeh daha sonra etirazın dəyişdirilməsi barədə ərizə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixli “İddia ərizəsinə etiraz”-da iddiaçının cavabdehə ödəməli olduğu borcun məbləği (20.623,56 AZN) 3-cü səhifənin 2-ci abzasında səhv qeyd edildiyindən, həmin abzas silinərək əvəzinə etiraza aşağıdakı abzas əlavə olunur: “Yuxarıda göstərilən cavabdeh tərəfindən ödənilmiş məbləğləri toplasaq, nəticədə, cavabdehin iddiaçıya 516.254,33 AZN məbləğində ödənişlər həyata keçirdiyini görə bilərik. Lakin İddiaçının təqdim etdiyi hesab-fakturalarda qeyd edilən məbləğlər toplamda 514.956,45 AZN təşkil edirlər. Nəticədə belə bir halla rastlaşırıq ki, cavabdeh iddiaçıya tələb olunan məbləğlərdən artıq ödəniş edib. Həmin artıq ödənişi tapmaq üçün cavabdehin iddiaçıya bütövlükdə ödədiyi məbləğdən iddiaçının cavabdehə faktiki təqdim etdiyi hesab-fakturaların ümumi məbləğini çıxmaq lazımdır (516.254,33 AZN - 514.956,45 AZN). Alınan məbləğ 1297,88 AZN-ə bərabərdir. Göründüyü kimi, cavabdehin iddiaçıya müqavilələrdən irəli gələn heç bir borcu mövcud deyildir. Əksinə, iddiaçının cavabdehə ödəməli olduğu borcu mövcuddur”.
6. İddiaçı təqdim edilmiş etiraz ərizəsinə yazılı mülahizə təqdim edərək etirazın əsassız olduğunu bildirmiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh etirazın 2-ci səhifəsinin 8-ci abzasında qeyd edir ki, xx.xx.2021-ci il tarixli hesab fakturada qeyd edilən 29617.80 AZN məbləği əvəzinə xx.xx.2021-ci il tarixli 001AZ**********2 nömrəli ödəniş tapşırığı əsasında artıq olaraq 47964.80 AZN ödənilib. Belə ki, həmin ödəniş tapşırığında ödənişin təyinatı və əsas kimi xx.xx.2021-ci il tarixli 03/02/21 nömrəli hesab faktura və seriya EBBA N=200252 elektron qaimə göstərilmişdir, hesab fakturadakı məbləğ 29617.80 AZN-dir, eqaimədəki məbləğ isə 47964.80 AZN-dir. Buradan aydın olur ki, pulun köçürülməsi hesab faktura əsasında deyil e-qaimə əsasında aparılmışdır və artıq ödəmə yoxdur. Etirazın 2-ci səhfəsinin sonuncu abzasında 3-cü səhifəyə keçidlə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 15/12-06 saylı hesab fakturada qeyd edilən 105.447.43 AZN xx.xx.2021-ci il tarixli, 001AZ**********8 nömrəli və xx.xx.2022-ci il tarixli 001AZ**********0 nömrəli ödəniş tapşırıqları əsasında artıq olaraq 112833.30 AZN ödənilib. Belə ki, yuxarıda qeyd edilən birinci ödəniş tapşırığında ödənişin təyinatı və əsas kimi xx.xx.2021-ci il tarixli 15/12-06 nömrəli hesab faktura və seriya EBBM N 256862 və seriya EBBN N691365 e- qaimənin 50% ödənişi göstərilmişdir. Hesab fakturadakı məbləğ 110.997.30 AZN-dir. Müqavilənin 12-ci bəndinə əsasən 5% tutulma ilə (5549.87) ödəniləcək məbləğ 105447.43 AZN müəyyənləşdirilmişdir, e-qaimədəki məbləğ isə 110997.30 AZN-dir. Eyni zamanda birinci ödəniş tapşırığına qoşma ilə əlavə edilmiş 79-05 nömrəli, xx.xx.2021 -ci il tarixli hesab faktura və ödəniş tapşırığının ödənişin təyinatı və əsas hissədə qeyd edilən 256862 nömrəli e-qaimədə göstərilən 1836 AZN məbləği də əlavə edilməklə həmin ödəniş tapşırığı ilə 1-ci hesab faktura və 691365 nömrəli e-qaimədə qeyd edilmiş məbləğin 5% tutulması nəzərə alınmadan 50 faizi+ikinci hesab faktura və elektron qaimədə olan məbləğ toplanaraq ödənilmişdir. Yuxarıda göstərilən abzasdakı ikinci xx.xx.2022-ci il tarixli 001AZ**********0 nömrəli ödəniş tapşırığı ilə də həmin tapşırığın ödənişin təyinatı və əsas hissəsində göstərilən seriya EBBN 691364 nömrəli, xx.xx.2021-ci il tarixli e-qaimədə və xx.xx.2021-ci il tarixli 15/12-06 nömrəli hesab fakturada göstərilən eyni məbləğ olan 110997.30 AZN-dən müqavilənin bəndinə əsasən 5% tutulma (5549.87) nəzərə alınmadan qalıq ödənişi yəni 50 faizi ödənilmişdir. Nəzərə alaraq ki, müqavilənin şərtlərinə görə işlər tam təhvil verildikdən sonra həmin tutulmalı olan 5 faiz məbləğ ödənilməli idi və artıq işlər də tam təhvil verilmişdir, deməli burada da artıq ödəmə yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazın ayrı-ayrılıqda 2 hissəsi üzrə apardıqları analiz belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona iddiaçı tərəfindən göstərilmiş mal, iş və xidmətlərə görə etdiyi ödənişlərin demək olar ki, hamısında banka ödənişin təyinatı və əsas kimi, hesab fakturalarla yanaşı elektron qaimələri də təqdim etməsinə və bunların ödəniş tapşırıqlarında görünməsinə, əksini tapmasına baxmayaraq etirazda bilərəkdən elektron qaimələr əsasında deyil hesab fakturalar əsasında qarşılıqlı üzləşmə aparmağa cəhd etmişdir. Nəticədə cavabdeh təqdim etdiyi etirazın 3-cü səhifəsinin 4-cü abzasında məqsədyönlü şəkildə səhv yanaşma ilə müəyyən etmişdir ki, İddiaçının cavabdehə ödəməli olduğu 20.623.56 AZN borcu mövcuddur. Bununla yanaşı etirazın “xahiş edirik” hissəsində isə iddiaçıdan yuxarıda müəyyən etdiyi borc pul məbləğini tələb etmir, yalnız İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı irəli sürdüyü cəmi 16.541.14 AZN məbləğində pul tələbinin əsassız sayılmasını və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Burada qeyd etmək lazımdır ki cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ona göndərilmiş Prentenziya məktubuna xx.xx.2022-ci il tarixdə yazdığı cavab məktubunda bildirmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə üç müqavilə üzrə hazırki tarixə 15706.44 AZN məbləğində borcun yaranması ilə əlaqədar, mühasibatlıq departamentindən bildirilir ki, hal-hazırda İddiaçıMMC-nin Cavabdeh MMCyə (ƏDV daxil) 1297.88 AZN borcu var. Göründüyü kimi Cavabdeh MMC pretenziya məktubuna yazdığı cavabda İddiaçı MMC-nin ona 1297.88 AZN borcunun olduğunu, hazırki etirazda isə 20.623.56 AZN borcunun olduğunu göstərir. İşin bu halı iddia ərizəsində qeyd etdikləri kimi, Cavabdeh MMC-də maliyyə təsərrüfat işinin aparılması ilə bağlı məsuliyyətsizlik və müqavilə münasibətlərinə girdiyi təsərrüfat subyektlərinə qarşı etinasızlıqla yanaşı məhkəmə qarşısında məsuliyyətini dərk etməməkdən irəli gəlir. Yuxarıda qeyd edilənlərlə yanaşı etiraf etmək lazımdır ki cavabdeh etirazın 3-cü səhifəsinin 4-cü abzasında doğru olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli 169326 nömrəli EBBV seriyalı e-qaimədə qeyd edilən 102.186.23 AZN məbləği əvəzinə xx.xx.2022-ci il tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı ilə 5109.31 AZN az olaraq 97076.92 AZN ödənilib. Buraya xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli avans ödənişi tapşırığının qoşma sənədlərinə əlavə edilmiş seriya EBBJ 873669 nömrəli eqaimədə göstərilən 4836.97 AZN əvəzinə 138.12 AZN az olaraq 4698.85 AZN ödənildiyini və xx.xx.2022-ci il tarixli 001AZ********** nömrəli ödəniş tapşırığında ödənişin təyinatı və əsas bölümündə qeyd edilən seriya EBBU 855203 nömrəli e-qaimədə göstərilən 49.362.73 AZN məbləği əvəzinə 2.468.14 AZN az olaraq 46.894.59 AZN ödənildiyini də əlavə edilsə, müəyyən edilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi etiraz və ona əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş e-qaimələrdən təkcə cavabdehin ödənişlər apararkən istinad etdiyi e-qaimələr üzrə cavabdehin İddiaçı MMC-yə 7715.57 AZN borcu mövcuddur.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mallar cavabdeh tərəfindən sifariş edildikdən sonra iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, təhvil-təslim aktını imzalayaraq cavabdehə təqdim etmiş, bəzi hallarda isə həmin aktlar cavabdeh tərəfindən geri qaytarılmamışdır. xx.xx.2021-ci il tarixli hesab-fakturada təhvil verilmiş malların dəyərinin 5544,64 manat, elektron qaimədə isə 5707,62 manat olmasının səbəbi isə təhvil verilmiş malların ləvazimatı olan batareyaların aktda qeyd edilməməsidir. xx.xx.2021-ci il tarixli elektron qaiməyə cavabdeh həmin ilin mart ayında etiraz etmiş, onların mühasibi isə yanlışlıq olduğunu zənn edib həmin qaiməni ləğvə göndərmiş, lakin sonradan cavabdeh həmin qaiməyə hər hansı münasibət bildirmədiyi üçün elektron qaimə yenidən cari ayın sonunda sistem tərəfindən əvvəlki vəziyyətə qaytarılmışdır. İddiaçı tərəfindən cavabdehə heç vaxt iddiaçı tərəfindən təkrar elektron qaimə təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixli elektron qaimənin (16362,79 manat) alt sənədinin, yəni təhvil-təslim aktının olmamasının səbəbi isə cavabdehin həmin aktı imzalayıb iddiaçıya geri qaytarmaması, iddiaçının isə sənəd dövriyyəsinin çox olması səbəbindən buna vaxxtında əhəmiyyət verməməsidir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Əsgərov iddia ərizəsini müdafiə edib onun məzmununa, habelə cavabdehin yazılı etirazına dair verilmiş mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Tağıyev iddia tələbinə etiraz edib iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixli hesab-fakturada təhvil verilmiş malların dəyəri 5544,64 manat, elektron qaimədə isə 5707,62 manat olmuş, bu səbəbdən də iddiaçıya etiraz edilmiş, sistem tərəfindən təsdiq edilmiş elektron qaiməni iddiaçı ləğvə göndərsə də, bu barədə cavabdehə məlumat verməmiş, nəticədə ayın sonunda qaimə sistemdə əvvəlki vəziyyətə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli elektron qaimə ilə oxşar olan qaimə təqdim edilmiş, bu barədə iddiaçıya məlumat verildikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixli elektron qaiməni ləğvə göndərsə də, bu barədə yenidən cavabdehə məlumat verməmiş, nəticədə ayın sonunda qaimə sistemdə əvvəlki vəziyyətə qayıtmışdır. Artıq ödədikləri vəsaitin geri qaytarılması ilə bağlı heç vaxt iddiaçıya müraciət etməmiş, təhvil veriləcək sonrakı partiya malların dəyərinə hesablanacağını planlaşdırmışlar. Bu səbəbdən iddia əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********124 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə edilmiş 01 saylı sifariş orderində müəyyən olunmuş malları satmağı, alıcı (cavabdeh) isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə malların haqqı 01 saylı Əlavədə təsvir olunan sifariş orderinə uyğun olaraq hesablanır. Satıcı təchiz edilmiş mallara görə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında alıcıya hesab-faktura və elektron qaimə faktura təqdim edir. Müvafiq sifariş orderində başqa müddət göstərilməyibsə, alcı ödənişi hesab-fakturanı aldığı tarixdən 30 təqvim günü ərzində həyata keçirir.
13. Tərəflər arasında bağlanmış 2020-ci il tarixli, **********232 saylı alqı-satqı müqaviləsinə əsasən icraçı (iddiaçı) bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə edilmiş müvafiq sifariş orderində müəyyən olunmuş xidmətlərin aparılması, sifarişçi (cavabdeh) isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürür.
14. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********436 saylı podrat müqaviləsinə əsasən podratçı (iddiaçı) CCTV kameralarının təchizatı və quraşdırılması işlərini (bir illik ödənişsiz texniki servis daxil) həyata keçirəcək. Sifarişçi (cavabdeh) müqavilənin ümumi qiymətinin məbləğini podratçı malları sifarişçinin təyin etdiyi sahəyə öz vəsaiti hesabına çatdırdıqdan sonra təqdim etdiyi müvafiq təsdiq edici sənədlər, hesabfaktura və elektron qaimə faktura əsasında 10 iş günü ərzində podratçının bu müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəyir.
15. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********633 saylı podrat müqaviləsinə əsasən podratçı (iddiaçı) kamera sisteminin təmiri və bərpası işlərini həyata keçirəcək. Sifarişçi (cavabdeh) 4050 manat məbləği işlər tam icra olunduqdan sonra tərəflərin qarşılıqlı imzaladığı təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə təmin edildikdən sonra 15 təqvim günü ərzində podratçının bu müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəyir.
16. İddiaçı ilə cavabdeh arasında bağlanmış **********132 saylı müqavilə üzrə mal və ya xidmət təhvili və ödənişlər barədə məlumatdan görünür ki, ümumilikdə 234845,55 manat ödəniş olunmuş, 6793,44 manat isə qalıq borcu mövcuddur.
17. İddiaçı ilə cavabdeh arasında bağlanmış **********436 saylı müqavilə üzrə mal və ya xidmət təhvili və ödənişlər barədə məlumatdan görünür ki, ümumilikdə 169886,39 manat ödəniş olunmuş, 8941,38 manat isə qalıq borcu mövcuddur.
18. İddiaçı ilə cavabdeh arasında bağlanmış **********633 saylı müqavilə üzrə mal və ya xidmət təhvili və ödənişlər barədə məlumatdan görünür ki, ümumilikdə 4779 manat isə qalıq borcu mövcuddur.
19. İddiaçıya cavabdeh tərəfindən borc məbləğinin gecikdirilməsinə görə ödəniləcək faiz hesablanması cədvəlindən görünür ki, 634,71 manat məbləğində faiz ödənilməlidir.
20. İddiaçı ilə cavabdeh arasında bağlanmış **********124 saylı müqavilə üzrə mal və ya xidmət təhvili və ödənişlər barədə məlumatdan görünür ki, ümumilikdə 111522,42 manat ödəniş olunmuş, 4807,39 manat isə qalıq borcu mövcuddur.
21. İddiaçı tərəfindən cavabdehə EBBJ 873669 nömrəli xx.xx.2021-ci il tarixli 5707,62 manat, EBAP 873951 nömrəli xx.xx.2020-ci il tarixli 740,21 manat, EBAP 873442 nömrəli xx.xx.2020-ci il tarixli 1416 manat, EBAP 873833 nömrəli 676,73 manat, EBAP 873925 nömrəli xx.xx.2020-ci il tarixli 17512,38 manat, EBAR 028576 nömrəli xx.xx.2020ci il tarixli 1888 manat, EBAS 533113 nömrəli xx.xx.2020-ci il tarixli 29036,85 manat, EBAS 533173 nömrəli xx.xx.2020-ci il tarixli 84,25 manat, EBAW 628357 nömrəli xx.xx.2021-ci il tarixli 18470,07 manat, EBAV 056491 nömrəli xx.xx.2020-ci il tarixli 53,10 manat, EBAW 658357 nömrəli xx.xx.2021-ci il tarixli 18470 manat, EBAW 004762 nömrəli xx.xx.2021-ci il tarixli 3634,87 manat, EBAY 516251 nömrəli xx.xx.2021-ci il tarixli 16362,79 manat, EBBA 200252 nömrəli xx.xx.2021-ci il tarixli 56599,46 manat, EBBA 200252 nömrəli xx.xx.2021-ci il tarixli 56598,46 manat, EBBB 323149 nömrəli xx.xx.2021ci il tarixli 28585,50 manat, EBBC 243220 nömrəli xx.xx.2021-ci il tarixli 8885,40 manat, EBBN 691365 nömrəli xx.xx.2021-ci il tarixli 130976,81 manat, EBBS 654528 nömrəli xx.xx.2022-ci il tarixli 318,55 manat, EBBV 169326 nömrəli xx.xx.2022-ci il tarixli 120579,75 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
22. Cavabdeh tərəfindən iddiaçıya 28.0/9.2020-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə EBAP 873833, 873442, 873951 nömrəli elektron qaimə və 01/01 nömrəli hesab-faktura əsasında 2400,8 manat, xx.xx.2020-ci il tarixli 211İNTL202950006 nömrəli ödəniş tapşırığı ilə 01/05 nömrəli hesab faktura və EBAP 873925 nömrəli elektron qaimə əsasında 14841 manat, xx.xx.2020-ci il tarixli 001COH********** nömrəli ödəniş tapşırığı ilə 02/20 nömrəli hesab faktura və EBAR 028576 nömrəli əsasında 1600 manat, xx.xx.2020-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə 02/01/20 nömrəli hesab faktura və EBAS 533113 nömrəli, 533173 nömrəli elektorn qaimə əsasında 24678,9 manat, xx.xx.2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığı ilə 24/02/20 nömrəli hesabfakturaya və 50 % avans ödənişi kimi 18346,40 manat, xx.xx.2021-ci il tarixli 001COH********** nömrəli ödəniş tapşırığı ilə 02/02/20 nömrəli hesab-faktura və EBAV 056491 nömrəli elektron qaimə əsasında 45 manat, xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə 24L02L20 nömrəli hesab faktura və EBAW 628357 nömrəli elektron qaimə əsasında 15651,26 manat, xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə 01/02/21 nömrəli hesab faktura və EBAW 004762 nömrəli elektron qaimə əsasında 3080,4 manat, xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə 02/02/21 nömrəli hesab-faktura və EBAY 516251 nömrəli elektron qaimə əsasında 13866,77 manat, xx.xx.2021-ci il tarixli 001AZ**********2 nömrəli ödəniş tapşırığı ilə 03L02L21 nömrəli hesab-faktura və EBBA 200252 nömrəli elektron qaimə əsasında 47964,8 manat, xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə 07/05/21/ saylı hesab-faktura və EBBB 323149 nömrəli elektron qaimə əsasında 24225 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 26/05/21 hesab-faktura və EBBC 243220 nömrəli elektron qaimə əsasında 7530 manat, xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığı ilə 78-05 nömrəli hesab faktura əsasən avan ödənişi qismində 4698,85 manat, EBBJ 873669 nömrəli xx.xx.2021-ci il tarixli 5544,64 manat, xx.xx.2021-ci il tarixli 001AZ**********8 nömrəli ödəniş tapşırığı ilə 79-05 nömrəli hesab faktura və EBBM 256862, EBBN 691365 nömrəli elektron qaimələrə əsasən 50 % avans ödənişi qismində 57334,65 manat, EBBN 691365 nömrəli xx.xx.2021-ci il tarixli 130976,81 manat, EBBM 256862 nömrəli xx.xx.2021-ci il tarixli 330,,48 manat, xx.xx.2022-ci il tarixli 001AZ**********0 nömrəli ödəniş tapşırığı ilə 15/12-06 nömrəli hesab faktura və EBBN 691365 nömrəli elektron qaimənin qalıq ödənişi üçün 55498,65 manat, xx.xx.2022-ci il tarixli 001AZ**********6 nömrəli ödəniş tapşırığından görünür ki, 1003/12 nömrəli hesab faktura və EBBU 855203 nömrəli elektron qaimə əsasında 46894,59 manat, xx.xx.2022-ci il tarixli 001XOH********** nömrəli 0903/16- 22 hesab-faktura və EBBS 654528 nömrəli elektron qaimə əsasında 1769,7 manat, xx.xx.2022-ci il tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı ilə 1436-3 nömrəli hesabfaktura və EBBV 169326 nömrəli elektron qaimə əsasında 97076,92 manat ödənilmişdir.
23. Cavabdehin ƏDV sub-uçot hesabından iddiaçının hesabına xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 01/01, 03, 4 nömrəli hesab-faktura və EBAP 873833, 873442,873951 nömrəli elektron qaimə əsasında 432,14 manat, xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 01/05 nömrəli hesab faktura və EBAP 873925 nömrəli elektron qaimə əsasında 2671,38 manat, xx.xx.2020ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 02/20 nömrəli hesab-faktura və EBAR 028576 nömrəli elektron qaimə əsasında 288 manat, xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 02/01/20 02/02/20 nömrəli hesab fakturalar və EBAS 533113, 533173 nömrəli elektron qaimələr əsasında 4442,20 manat, xx.xx.2021-ci il tarixli bildirişlə 24/02/20 nömrəli hesab faktura və 50 faiz avans ödənişi kimi 3302,35 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 02/02/20 nömrəli hesab faktura və EBAV 056491 nömrəli elektron qaimə əsasında 8,10 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqəmda bildirişlə 24102120 nömrəli hesab-faktura və EBAW 628357 nömrəli elektron qaiməyə əsasən 2817,23 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 01/02/21 nömrəli hesab faktura və EBAW 004762 nömrəli elektron qaimə əsasında 554,47 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 02/02/21 nömrəli hesab-faktura və EBAY 516251 nömrəli elektron qaimə əsasında 2496,02 manat,xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 03102121 nömrəli hesab-faktura və EBBA 200252 nömrəli elektron qaimə əsasında 8633,66 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 07/05/21 saylı hesab-faktura və EBBB 323149 nömrəli elektron qaimə əsasında 4360,50 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 26/05/21 nömrəli hesab-faktura və EBBC 243220 nömrəli elektron qaimə əsasında 1355,40 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 78-05 nömrəli hesabfakturaya əsasən 100 % avans ödənişi qismində 854,79 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 79-05 nömrəli hesab-faktura və EBBM 25686, EBBN 691365 nömrəli elektron qaimələrə əsasən 50 % avans ödənişi qismində 10320,24 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 15/12-06 nömrəli hesab faktura və EBBN 691365 nömrəli elektron qaimənin qalıq ödənişi kimi 9989,76 manat, xx.xx.2022-ci il tarixli 1003/12-22 nömrəli EBBU 855203 elektron qaimə əsasında 8441,03 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə HF 0903/16-22 nömrəli hesab-faktura və EBBS 654528 nömrəli elektron qaimə əsasında 318,55 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1436-3 nömrəli hesab-faktura və EBBV 169326 nömrəli elektron qaimə əsasında 17473,85 manat məbləğində vəsait ödənilmişdir.
24. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixli 01/04 nömrəli 740,21 manat, xx.xx.2020-ci il tarixli 01/03 nömrəli 1416 manat, xx.xx.2020-ci il tarixli 01/01 nömrəli 676,73 manat, xx.xx.2020-ci il tarixli 01/05 nömrəli 17512,38 manat, xx.xx.2020-ci il tarixli 02/20 nömrəli 1888 manat, xx.xx.2020-ci il tarixli 02/01/20 nömrəli 29036,85 manat, xx.xx.2020-ci il tarixli 02/02/20 nömrəli 84,25 manat, xx.xx.2021-ci il tarixli 24/02/20 nömrəli 18468,49 manat, xx.xx.2020-ci il tarixli 02/02/20 nömrəli 53,10 manat, xx.xx.2021-ci il tarixli 02/02/21 saylı 16362,80 manat, xx.xx.2021-ci il tarixli 03/02/21 nömrəli 5331,20 manat, xx.xx.2021-ci il tarixli 26/05/21 nömrəli 8885,40 manat, xx.xx.2021-ci il tarixli 78_05 nömrəli hesab-faktura əsasında 5544,64 manat, 07.12.201-ci il tarixli 15/12_06 nömrəli 124427,97 manat, xx.xx.2021-ci il tarixli 79_05 nömrəli hesab-faktura ilə 2167 manat, EBBM 256862 nömrəli xx.xx.2021-ci il tarixli 330,48 manat, xx.xx.2021-ci il tarixli 15/12_06 nömrəli 124427,97 manat, xx.xx.2022-ci il tarixli 1003/12_22 nömrəli hesab-faktura əsasında 55335,62 manat, xx.xx.2021-ci il tarixli 0903/16_22 nömrəli 2088,25 manat, məbləğlərində hesab-fakturalar təqdim edilmişdir.
25. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktı ilə tərəflər xx.xx.2020-ci il tarixli, **********124 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd olunmuş malların tam şəkildə təhvil verildiyini təsdiq etmişlər.
26. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli ********** nömrəli malmaterial sifarişi ilə 740,21 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli mal-material sifarişi ilə 1416 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli mal-material sifarişi ilə 676,73 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli 17512,38 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli 1888 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli 29036,85 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli 84,25 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli 53,10 manat, xx.xx.2020-ci il tarixli ********** nömrəli 3634,88 manat, xx.xx.2021-ci il tarixli ********** nömrəli 16362,80 manat, xx.xx.2021-ci il tarixli ********** nömrəli, xx.xx.2020-ci il tarixli ********** nömrəli, xx.xx.2021-ci il tarixli ********** nömrəli mal-material sifarişi ilə 28585,50 manat, xx.xx.2021-ci il tarixli ********** nömrəli, xx.xx.2021-ci il tarixli ********** nömrəli 4698,85 manat, xx.xx.2021-ci il tarixli ********** nömrəli 2166,48 manat məbləğində mal-material sifariş verilmişdir.
27. İddiaçı və cavabdeh arasında tərtib edilmiş 2021-ci ilin dekabr ayı daxilində yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, ümumilikdə 130976,81 manat məbləğində işlər görülmüşdür.
28. İddiaçı və cavabdeh arasında tərtib edilmiş 2021-ci ilin dekabr ayı daxilində görülmüş podrat işlərinin müqavilə ilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, 124427,97 manat məbləğində mal verilmişdir.
29. İddiaçı və cavabdeh arasında tərtib edilmiş 2021-ci ilin fevral və mart ayları daxilində yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, 58248,02 manat məbləğində mal təhvil verilmişdir.
30. İddiaçı və cavabdeh arasında tərtib edilmiş 2021-ci ilin fevral ayı daxilində görülmüş podrat işlərinin müqavilə ilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, 55335,62 manat məbləğində mal verilmişdir.
31. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən tərəflər arasında bağlanmış müqavilələrə əsasən yaranmış 15706,44 manat məbləğində borcun 10 təqvim günü müddətində ödənilməsi tələb edilmişdir.
32. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda hazırda iddiaçının cavabdehə 1297,88 manat borcunun olması göstərilmişdir.
33. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
37. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
38. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
41. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
42. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
43. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
44. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
45. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
46. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilələr üzrə öhdəliklərin tam şəkildə icra etdiklərini, lakin dəyərinin tam şəkildə ödənilmədiyini iddia edərək qalıq 15706,43 manat məbləğində borcun ödənilməsini tələb edir.
47. Cavabdeh iddiaya etiraz edərək iddiaçıya tərəflər arasında bağlanmış müqavilələr üzrə hər hansı borclarının olmadığını, əksinə iddiaçıya 1297,88 manat artıq ödəmənin olduğunu bildirir.
48. Cavabdeh iddiaya qarşı etirazının əsası kimi ona göndərilmiş xx.xx.2021-ci il tarixli elektron qaimədə naturada təhvil verilmiş malların dəyərinin 5544,64 manat olduğu halda, əsassız olaraq 5707,62 manat göstərilməsi, habelə 2021-ci ilin mart ayında ona naturada hər hansı mal-material təhvil verilmədiyi, xidmət göstərilmədiyi halda iddiaçı tərəfindən əsassız olaraq təkrarən xx.xx.2021-ci il tarixdə 16362,79 manat məbləğində elektron qaimə göndərilməsi halına istinad edir.
49. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında cavabdehə təkrarən hər hansı elektron qaimənin göndərilmədiyini, 2021-ci ilin sentyabrında cavabdehə təhvil verilmiş malların dəyərinin təhvil-təslim aktında 5544,64 manat, elektron qaimədə isə 5707,62 manat olmasının səbəbini isə təhvil verilmiş malların ləvazimatı olan batareyaların qiymətinin ikitərəfli təhvil aktında öz əksini tapmaması ilə əlaqələndirmişdir.
50. Məhkəmə göstərilənlərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, materiallarda olan xx.xx.2021-ci il tarixli, EBBJ 873669 saylı elektron qaiməyə əsasən təhvil verilmiş malların dəyəri 5707,62 manat, hesab-faktura və sifariş orderində isə 5544,64 manat göstərilmiş, hesab-faktura və sifariş orderindən fərqli olaraq elektron qaimədə əlavə olaraq 6 ədəd, hər birinin dəyəri 137,82 manat olan, ümumilikdə 162,63 manat dəyəri olan malın təhvil verilməsi öz əksini tapmışdır.
51. Belə ki, materiallardan görünür ki, həmin qaimə xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış vergi sistemi tərəfindən təsdiq edilmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə düzəlişə göndərilmiş, xx.xx.2021-ci il tarixdə düzəlişdən imtina edilmiş, qaimə yenidən əvvəlki statusa qayıtmışdır.
52. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
53. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
54. Göründüyü kimi, elektron qaimə iddiaçı tərəfindən cavabdehin müraciəti əsasında düzəlişə göndərilsə də, cavabdeh tərəfindən həmin qaiməyə hər hansı münasibət bildirilməmiş, habelə elektron qaimədə adı qeyd edilmiş malın təhvil verilməsi ilə bağlı tələb irəli sürülməmişdir.
55. Bundan əlavə, cavabdehin nümayəndəsi M.Tağıyev məhkəmə iclasında verdiyi izahatında cavabdehin sənəd dövriyyəsinin çox olması ilə əlaqədar olaraq onlara göndərilən elektron qaimələrə əhəmiyyət verilmədiyini, həmin qaimələrin tərəflərindən izlənmədiyini bildirsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı ödəniş tapşırıqlarında ödənişin təyinatı qismində məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrə istinad edilmişdir.
56. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə EBAW 628538 saylı elektron qaimə (16358,34 manat), xx.xx.2021ci il tarixdə EBAY 516251 saylı elektron qaimə (16362,79 manat) təqdim edilmişdir.
57. Cavabdeh xx.xx.2021-ci il tarixdə ona hər hansı mal təhvil verilmədiyi halda həmin tarixdə ona EBAY 516251 saylı elektron qaimənin təkrarən göndərildiyini bildirsə də, Məhkəmənin həmin elektron qaimənin deyil, təkrarı olduğu iddia edilən xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimənin ləğvə göndərilməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.
58. Belə ki, materiallardan görünür ki, xx.xx.2021-ci il tarixdə EBAW 628538 saylı elektron qaimə (cild 1, iş v. 95) xx.xx.2021-ci il tarixdə sistem tərəfindən təsdiqlənmiş, xx.xx.2021-ci il tarixdə ləğvə göndərilmiş, xx.xx.2021-ci il tarixdə isə ləğvdən imtina edilmişdir.
59. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cü bəndinə əsasən elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaiməfakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
60. Materiallardan görünür ki, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktında xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimədə göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir.
61. Bundan əlavə, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən ona təqdim edilmiş EBAY 516251 saylı elektron qaimənin (16362,79 manat) əsassız olduğunu, onun hər hansı alt sənədinin olmadığını bildirsə də, özü tərəfindən Məhkəməyə təqdim edilmiş həmin elektron qaimədə adları və məbləği qeyd edilmiş xx.xx.2021-ci il tarixli sifariş sənədinin (cild 1, i.v.100) mövcud olması, iddiaçıya təqdim edilməsi, həmin sifariş sənədinin tarixinin xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktından əvvəl deyil, sonra olmasının, habelə artıq ödəmənin olmasının iddia edildiyi təqdirdə həmin ödənişin geri tələb edilməməsinin səbəbini də ağlabatan şəkildə izah edə bilməmişdir.
62. Halbuki adıçəkilən həmin sifarişdə ödəmə şərti kimi qaimə/hesab faktura qəbul edildikdən sonra 30 gün sonra olması qeyd edilmişdir.
63. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir.
64. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 15706,43 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 15706,43 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
65. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 634,71 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
66. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
67. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
68. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
69. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
70. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
71. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
72. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
73. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
74. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
75. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 15706,43 manat əsas borc, 634,71 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
78. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15706,43 manat əsas borc, 634,71 manat faiz borcu və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 16541,14 (on altı min beş yüz qırx bir manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova