Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2793/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı MMC (“icraçı”) arasında 28 fevral 2022-ci il tarixli, ODD/AZND/22 nömrəli bağlanmış olan xidmət müqaviləsinə əsasən 74950,06 (yetmiş dörd min doqquz yüz əlli manat, altı qəpik) manat əsas borc, 19606,10 (on doqquz min altı yüz altı manat, on qəpik) cərimə məbləği, 400 (dörd yüz) manat mediasiya xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “sifarişçi”) ilə "xxxx" MMC (bundan sonra “icraçı”) arasında 28 fevral 2022-ci il tarixli, ODD/AZND/22 nömrəli xidmət müqaviləsi (bundan sonra “müqavilə”) bağlanmışdır. "xxxx" MMC xx.xx.2023-cü il tarixində ad dəyişikliyi edərək müvafiq orqanlarda təsdiq edilmişdir. Qurumun hal-hazırkı adı İddiaçı məhdud məsuliyyətlidir. Tərəflər arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, ODD/AZND/22 nömrəli xidmət müqaviləsinə əsasən icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən və sifarişçinin tapşırdığı yerdə icraçıya məxsus avadanlıqlarla rabitə xəttinin çəkilməsi ilə bağlı qazıntı işlərini icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Müqaviləni 3.1-ci maddəsində qeyd olunmuşdur k, sifariş olunan işin icrasına görə xidmət haqqının məbləği - 1 paqon metr hissənin qazılması ƏDV Xaric 9 azn təşkil edir. 28 fevral 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında görülmüş işlərin dəyərinin həcminin müəyyən edilməsi üçün qarşılıqlı hesablaşmaların yoxlanılması aktı tərtib edilmişdir. Qeyd olunan akta əsasən həmin müddət ərzində görülmüş işlərin yekun dəyəri 162270,06 ( yüz altmış iki min iki yüz yetmiş manat, altı qəpik) olmuşdur. Bu məbləğdən isə bugünədək olan tarixə qədər cəmi 87320,00 (səksən yeddi min üç yüziyirmi) manat cavabdeh tərəfindən ödənilmişdir. Görülən işlər üzrə hal-hazırda cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 74950,06 (yetmiş dörd min doqquz yüz əlli manat, altıqəpik) manat təşkil edir. Görülən işlərin icrasını cavabdeh təsdiq etmişdir. Görülmüş işlərə dair hər iki tərəfin imzamöhürlü təsdiq etdiyi Forma 2 təqdim edilir. 28 fevral 2022-ci il tarixli müqavilənin 4.2.-ci maddəsinə əsasən bu müqavilə üzrə ödəniş gecikdirildikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0,1%-i miqdarında icraçıya cəriməni ödəyir. Həmin bəndə əsasən, müqavilənin 3.2-ci bəndində xidmət haqqı işlərin sifarişçiyə təhvil verilməsindən sonra 15 (on beş) gün müddətində sifarişçi tərəfindən ödənilməlidir. Bu bənddə qeyd olunan müddət və ödəniş qaydalarına əməl olunmadığından hal-hazırda bugünə ödənilməli olan məbləğə 19606,10 (on doqquz min altı yüz altı manat, on qəpik) manat cərimə məbləği əlavə edilmişdir. (Bu məbləğ gecikdirilməyə başlanılan gündən etibarən 01 aprel 2023-cü il tarixinə qədər olan məbləğdir.) Yuxarıda qeyd olunanları nəzərə alaraq, yekun ödənilməli olan borc məbləği 94556,16 (doxsan dörd min beş yüz əlli altı manat, on altı qəpik) manat təşkil edir. 28 fevral 2022-ci il tarixli, ODD/AZND/22 nömrəli müqaviləyə əsasən yaranmış borc məbləğini tələb etmək üçün Bakı 16 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində X1 keçirilmişdir. Cavabdeh keçirilən mediasiya sessiyasında iştirak etməmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmiş, iddia tələbini əsas borc hissəsində qəbul etmiş, cərimə məbləğini isə rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh “sifarişçi” "xxxx" MMC “icraçı” olmaqla imzalanmış 28 fevral 2022 tarixli ODD/AZND/22 saylı müqaviləyə əsasən icraçı, müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən və sifarişçinin tapşırdığı yerdə icraçıya məxsus avadanlıqlarla Bakı şəhəri, Sabunçu rayonu ərazisində rabitə xəttinin çəkilməsi ilə bağlı qazıntı işlərini (bundan sonra “iş” adlandırılacaq) icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu (işin dəyəri/haqqı) icraçıya ödəməyi öhdəsinə götürür. 3.1 bəndə əsasən sifariş olunan işin icrasına görə xidmət haqqının məbləği aşağıdakı qaydada hesablanır: 1 paqon metr (p/m) hissənin qazılması - 9 AZN (ƏDV xaric) 3.2 bəndə əsasən sifariş olunan işin icrasına görə xidmət haqqının məbləği faktiki qazılmış sahəyə və təhvil verilmiş işə mütənasib şəkildə bu müqavilənin 3.1-d bəndinə uyğun olaraq hesablanır və icraçı tərəfindən təqdim olunan elektron qaimə ilə müəyyən edilir. Xidmət haqqı işlərin sifarişçiyə təhvil verilməsindən sonra 15 (on beş) gün müddətində sifarişçi tərəfindən ödənilməlidir. 3.3 bəndə əsasən yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan təhvil-təslim aktı və ya elektron qaimə əsasında rəsmiləşdirilir. Təhvil-təslim aktı və ya elektron qaimə müqavilənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən sifarişçi üçün görülmüş işlərin lazımi qaydada yerinə yetirildiyini təsdiq edən sənəddir. 4.2 bəndə əsasən bu müqavilə üzrə ödəniş gecikdirildikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0,1%-i miqdarında icraçıya cərimə ödəyir. İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti milli gəlirlər baş idarəsinin çıxarışından məlum olur ki, "xxxx" MMC hazırda İddiaçı MMC adında fəaliyyət göstərir. Cavabdeh və "xxxx" MMC arasında tərtib edilmiş forma 2- yerinə yetirilmiş işlərin qəbulu haqqında aktda 2022-ci ilin iyul ayı üzrə cəmi 1.454,94 manat, iyun ayı üzrə 2.446,14 manat, may ayı üzrə 1.755,84 manat, may-iyun ayları üzrə 35.919,2 manat, may ayı üzrə 42.013,9 manat, aprel ayı üzrə 42.013,9 manat, may ayı üzrə 19.569,12 manat, mart aprel ayları üzrə 59.110,92 manat, mart ayı üzrə 59.110,92 manat qeyd edilmişdir. Aktlar hər biri hər iki tərəfin möhürləri ilə təsdiq edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə imzalanmış, müqavilənin şərtinə uyğun olaraq işlər tərəflər arasında razılaşdırılmışdır. İddiaçı tərəfindən işlər görülmüş, görülmüş işləri hər iki təsdiq etmişdir. Cavabdeh görülmüş işlərin qarşılığını tam olaraq ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcu etiraf etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4 maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə 74950,06 (yetmiş dörd min doqquz yüz əlli manat, altı qəpik) manat əsas borca münasibətdə qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləğini mübahisələndirmir. Belə olan halda 74.950,06 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı 19606,10 (on doqquz min altı yüz altı manat, on qəpik) cərimə məbləğinin ödənilməsini də tələb etmiş, cavabdeh tərəf cərimənin rədd edilməsini xahiş etmişdir. Tərəflər arasındaki müqavilədə müqavilənin icra edilməməsi ilə bağlı cərimə nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, cavabdehin eitrazı əsassızdır. Bununla belə məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 2.248 manat məbləğində müəyyən edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X1nda iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci cavabdehən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Aznetdevelopment” MMC dən 74950,06 (yetmiş dörd min doqquz yüz əlli manat, altı qəpik) manat əsas borc, 2.248 manat cərimə məbləği, 400 (dörd yüz) manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2793/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2793/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver