Məhkəmə qərarları › İş №e-2-2(113)-2795/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2795/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2795/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: nisyə alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin iyun və iyul aylarında cavabdehə verilmiş 20305 manatlıq ətin dəyərinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 166,92 manat (151,32 manat iddia ərizəsi + 15,60 manat müvəqqəti təminat tədbiri barədə ərizə üçün) dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 03 iyun 2024-cü il tarixli 03/-03AS/24 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı olaraq İddiaçı MMC Alıcı olaraq Cavabdeh MMC-yə iri buynuzlu və kiçik buynuzlu heyvanları satmağı, Alıcı isə həmin Malı qəbul etməyə və Müqavilə ilə razılaşdırılmış qaydada elektron qaiməyə əsasən göstərilmiş vəsaiti Satıcıya manatla hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin təsdiq edildikdən və “Satıcının təqdim etdiyi hesab-fakturaları aldıqdan sonra 14-30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirməli idi. 2024-cü ilin iyun ayı ərzində ümumilikdə xx.xx.2024-cü il tarixli 50 saylı hesab-fakturaya əsasən 11350 manat, xx.xx.2024-cü il tarixli 41 saylı hesabfakturaya əsasən 1995 manat, 2024-cü ilin iyulayıərzində 01 avqust 2024-cü il tarixli 59 saylı hesabfakturaya əsasən 6960 manatlıq, cəmi 20305 manatlıq malətinin dəyərinin Cavabdeh MMC tərəfindən ödənilməsi razılaşdırılmışdır. Eləcə də, xx.xx.2024-cü il tarixdə Laçın rayonuna 210 kq olmaqla 2940 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocavəndə 40 kq olmaqla 380 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocalı rayonuna 80 kq olmaqla 760 manatlıq, xx.xx.2024-cü il tarixdə Ağdərə rayonuna 30 kq olmaqla 285 manatlıq, xx.xx.2024-cü il tarixdə Xankəndinə 60 kq olmaqla 570 manatlıq, xx.xx.2024-cü il tarixdə Malıbəyliyə 50 kq olmaqla 475 manatlıq, xx.xx.2024-cü il tarixdə Laçın rayonuna 220 kq olmaqla 2640 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocalıya 50 kq olmaqla 600 manatlıq, xx.xx.2024-cü il tarixdə Xankəndinə 50 kq olmaqla 600 manatlıq, xx.xx.2024-cü il tarixdə Ağdərəyə 30 kq olmaqla 360 manatlıq, xx.xx.2024-cü il tarixdə Xankəndinə 60 kq olmaqla 720 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocavəndə 30 kq olmaqla 360 manatlıq, xx.xx.2024cü il tarixdə Laçına 200 kq olmaqla 2400 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocalıya 480 manatlıq, xx.xx.2024-cü il tarixdə Xankəndinə 480 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocavəndə 360 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocalıya 480 manatlıq, xx.xx.2024-cü il tarixdə Ağdərəyə 360 manatlıq, xx.xx.2024-cü il tarixdə Xocalıya 480 manatlıq, xx.xx.2024-cü il tarixdə Laçına 2400 manatlıq, xx.xx.2024-cü il tarixdə Laçın rayonuna 2400 manatlıq mal təhvil-təslim edilərək elektron qaimə ilə alış təsdiq edilsə də, cavabdeh tərəfindən hər hansı bir məbləğ Satıcı şirkət olaraq iddiaçıya ödənilməmiş və bununla da, 03 iyun 2024-cü il tarixli 03/-03AS/24 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinin şərtlərini pozulmuşdur. Həmin Müqavilənin 2.1.1-cimaddəsinə əsasən həmin Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə, yəni mala dair hesab-fakturaları aldıqdan 14-30 iş günü ərzində ödənişin həyata keçirilməsini Satıcı Alıcıdan tələb etmək hüququ vardır. Hazırda son təhvil-təslimdən 7 ay 7 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən ödəniş edilməməklə yanaşı, ödənişin gecikdirilməsinə hər hansı bir əsaslandırma belə verilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 443.1, 443.2, 443.3, 448.1, 567, 600.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında imzalanmış 03 iyun 2024cü il tarixli 03/-03AS/24 saylı alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” “Alıcı"ya iribuynuzlu və kiçikbuynuzlu heyvanları satır, “Alıcı” isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada elektron qaiməyə əsasən göstərilmiş vəsaiti “Satıcı”ya Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcı ya təqdim etməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən, Malın təhvil verilməsinin və “Alıcı”ya çatdırılmasının gecikdirilməsi halında Satıcı Alıcıya hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.01 %-i miqdarında cərimə ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Alıcı" sifariş olunan malın dəyərinin təsdiq edildikdən və “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 14-30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. 10 iyun 2024-cü il tarixli Qiymətin razılaşdırılması protokoluna əsasən 03 iyun 2024-cü il tarixli 03/-03AS/24 saylı alqı-satqı müqaviləsi üzrə 1 kq qiyməti 9,50 manat olan mal əti 1000 kq çəkidə olan olan məhsulları İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satışı icra edilmişdir. Məhsulun ümumi dəyəri 9500 manat dəyərindədir. Ödənişlər yalnız məhsul çatdırıldıqdan,E-qaimə faktura yazıldıqdan sonra olunur. 13 iyun 2024-cü il tarixli Qiymətin razılaşdırılması protokoluna əsasən 03 iyun 2024cü il tarixli 03/-03AS/24 saylı alqı-satqı müqaviləsi üzrə 1 kq qiyməti 9,50 manat olan 470 kq mal əti və 1 kq qiyməti 12 manat olan 740 kq çəkidə olan mal əti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satışı icra edilmişdir. Məhsulun ümumi dəyəri 13345 manat dəyərindədir. Ödənişlər yalnız məhsul çatdırıldıqdan,E-qaimə faktura yazıldıqdan sonra olunur. 10 iyun 2024-cü il tarixli 41 saylı Hesab-fakturaya əsasən, 2024-cü ilin iyun ayı ərzində təqdim edilmiş mallara əsasən, malın ƏDV-si dəyəri 1995 manat təşkil edir. 01 iyul 2024-cü il tarixli 50 saylı Hesab-fakturaya əsasən, 2024-cü ilin iyun ayı (21- 28) ərzində təqdim edilmiş mallara əsasən, malın ƏDV-si dəyəri 11350 manat təşkil edir. 01 avqust 2024-cü il tarixli 59 saylı Hesab-fakturaya əsasən, 2024-cü ilin iyul ayı ərzində təqdim edilmiş mallara əsasən, malın ƏDV-si dəyəri 6960 manat təşkil edir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 1 kq qiyməti 14 manat olan 210 kq çəkidə olan ƏDV daxil 2940 manat dəyərində olan mal əti, Laçın rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 40 kq çəkidə olan olan mal əti Xocavənd rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 220 kq çəkidə olan olan mal əti Laçın rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 80 kq çəkidə olan olan mal əti Xocalı rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 50 kq çəkidə olan olan mal əti Xocalı rayonu, Malıbəyli kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 50 kq çəkidə olan olan mal əti Xocalı rayonu, Malıbəyli kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 30 kq çəkidə olan olan mal əti Ağdərə rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 60 kq çəkidə olan olan mal əti Xankəndi şəhəri üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 60 kq çəkidə olan olan mal əti Xocavənd rayonu, Abadlıq kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 200 kq çəkidə olan olan mal əti Laçın rayonu, Abadlıq kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 60 kq çəkidə olan olan mal əti Malıbəyli rayonu, Abadlıq kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 50 kq çəkidə olan olan mal əti Xankəndi rayonu, Abadlıq kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 1 kq qiyməti 12 manat olan 40 kq çəkidə olan ƏDV daxil 480 manat dəyərində olan mal əti, Xankəndi şəhəri üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 1 kq qiyməti 12 manat olan 30 kq çəkidə olan ƏDV daxil 360 manat dəyərində olan mal əti, Xocavənd rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 1 kq qiyməti 12 manat olan 40 kq çəkidə olan ƏDV daxil 480 manat dəyərində olan mal əti, Xocalı rayonu, Malıbəyli kəndi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 1 kq qiyməti 12 manat olan 30 kq çəkidə olan ƏDV daxil 360 manat dəyərində olan mal əti, Ağdərə rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən, 1 kq qiyməti 12 manat olan 200 kq çəkidə olan ƏDV daxil 2400 manat dəyərində olan mal əti, Laçın rayonu üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. MT2406 seriyalı, 10332732 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1995 manat məbləğində, MT2406 seriyalı, 11020735 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 360 manat məbləğində, MT2406 seriyalı, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2640 manat məbləğində, MT2406 seriyalı, 11019829 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 760 manat məbləğində, MT2406 seriyalı, 11019108 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 475 manat məbləğində, MT2406 seriyalı, 11019584 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 285 manat məbləğində, MT2406 seriyalı, 11020058 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 570 manat məbləğində, MT2406 seriyalı, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 360 manat məbləğində, MT2406 seriyalı, 11182342 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2400 manat məbləğində, MT2406 seriyalı, 11183774 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 720 manat məbləğində, MT2406 seriyalı, 11182934 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 600 manat məbləğində, MT2407 seriyalı, 10416270 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 480 manat məbləğində, MT2407 seriyalı, 10416115 nömrəli, xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 360 manat məbləğində, MT2407 seriyalı, 10416563 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 480 manat məbləğində, MT2407 seriyalı, 10417567 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 480 manat məbləğində, MT2407 seriyalı, 10417503 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 360 manat məbləğində, MT2407 seriyalı, 10505355 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2400 manat məbləğində, görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ən qısa müddətdə 2024-cü ilin iyun və iyul aylarında təhvil verilmiş 20305 manatlıq ətin dəyərinin iddiaçıya ödənilməsini xahiş edərək, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət edəcəkləri bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 150,92 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq elektron qaimələr üzrə 20305 manat dəyərində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, elektron qaimə və s.) öz təsdiqini tapır. Müqavilənin şərtinə əsasən malların dəyəri elektron qaimələrlə müəyyənləşdirilir və təhviltəslimdən sonra təqdim edilmiş hesab faktura əsasında malların dəyəri ödənilir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə aldığı malların dəyərini ödəmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə, qiymət razılaşdırma protokolu, elektron qaimə-fakturalar, eləcə də təhvil-təslim aktı iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 20305 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu, hüquqi xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 166,92 manat (151,32 manat iddia ərizəsi + 15,60 manat müvəqqəti təminat tədbiri barədə ərizə üçün) dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manatın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 20305 (iyirmi min üç yüz beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 166 (yüz altmış altı) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manatın əvəzi tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar