Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-280/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı HX 028/0620 saylı, 01.06.2020-ci il tarixli xidmət müqaviləsi və HA 003/0420 saylı 01.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, HX 028/0620-saylı, 01.06.2020-ci il tarixli xidmət müqaviləsi və HA 003/0420-saylı, 01.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş müqavilə üzrə qalıq borc qismində cəmi 33.827,30 manat məbləğində və mediator xidmətinə görə rüsum olaraq ödənilmiş 200 manat məbləğində pulun iş üzrə Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oununla iş üzrə Cavabdeh MMC arasında HX 028/0620 saylı, 01.06.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə Sifarişçi olaraq cavabdehin sifarişi əsasında, tərəfindən bir ədəd avtokran (markası: MAZ5334KS3571 XÜS-AVTOKRAN YÜK: D.N.N: AZ ** BE ***, Buraxılış ili 1984) texnika icarəyə verilmişdir. Bunun nəticəsində 2020-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayları ərzində həmin texnikadan istifadə olunmuş və işlər icra olunmuşdur. Həmin aylar üzrə və tərəflər arasında aktlar əsasında Sifarişçinin, İcraçıya ümumilikdə 10.530 manat (on min beş yüz otuz manat) müqavilə üzrə borcu yaranmışdır. Dəfələrlə cavabdehə bu barədə yazılı və şifahi müraciətinə baxmayaraq həmin pul ona ödənilməmişdir. Bundan başqa onunla iş üzrə Cavabdeh MMC arasında HA 003/0420saylı, 01.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə cavabdehə tərəfindən müxtəlif növdə və ölçüdə metal məmulatlarının satışı həyata keçirilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 30.541,30 manat mal satışı baş tutmuşdur. Alınan mala münasibətdə cavabdeh (alıcı) tərəfindən iddiaçıya indiyədək 7.244 manat pul ödənişi edilmişdir. Lakin müqavilə üzrə 23.297,30 manat qalıq pul məbləği indiyədək ödənilməmişdir. Beləliklə hər iki müqavilə üzrə cavabdehin ona olan müqavilə üzrə qalıq borcu cəmi – 33.827,30 manat təşkil edir. Dəfələrlə tərəfindən cavabdehdən müqavilə üzrə borcun ödənilməsi tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Bununla bağlı məhkəməyə qədər nizama salma qaydasında məsələnin sülh yolu ilə həlli üçün ilkin mediasiya sesiyasına cavabdeh dəvət olunmuş lakin cavabdeh gəlməmişdir. Bununla bağlı tərəfindən əlavə olaraq mediasiya xərləri ilə bağlı 200 manat pul ödənişi edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən HX 028/0620-saylı, 01.06.2020-ci il tarixli xidmət müqaviləsi üzrə 10.530 manat və HA 003/0420-saylı, 01.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 23.297,30 manat qalıq borcun və mediator xidmətinə görə rüsum olaraq ödənilmiş 200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 01 iyun 2020-ci il tarixli HX 028/0620 saylı xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, ona məxsus olan bir ədəd avtokran ilə (markası: MAZ5334-KS3571 XÜS-AVTOKRAN YÜK:D.N.N: Az ** BE ***, Buraxılış ili: 1984) sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika üçün aylıq xidmət haqqı vergilər daxil 3.900 manat təşkil edir. 2.4-cü bəndinə əsasən xidmətlərin təhvil-təslim aktı imzalanıb, möhürləndikdən sonra 7 (yeddi) iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir, sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan 3 gün ərzində icraçı işçi qüvvəsinin mobilizasiyasını həyata keçirərək işlərin yerində icrasına başlamalıdır və 4.7-ci bəndinə əsasən bütün işlər icraçı tərəfindən bu müqavilənin 4.1-ci bəndi ilə işlər başlandığı vaxtdan etibarən 31.12.2020-ci il tarixinə qədər icraçı tərəfindən başa çatdırılmalı və mühəndisin təsdiqindən sonra sifarişçiyə təhvil verilməlidir. Müqavilə sifarişçinin imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. - 22.02.2020-ci il tarixli akta əsasən müəyyən edilir ki, İddiaçı məxsus ** BE *** DNN-lı Maz avtokran “Akkord” HCC-nin Qazax SKL-də HX 028/0620 nömrəli 01.06.2020ci il tarixli müqavilə əsasında iyun-oktyabr aylarında işləmiş və iş günlərinin müqabilində onunla bağlanmış müqavilə əsasında icarə haqqı olaraq 10.530 manat borc yaranmışdır. Akt Cavabdeh MMC-nin Qazax SKL-nin layihə rəhbərinin (o cümlədən dispetçer və mühəndis) imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. - 06.07.2020-ci il-05.11.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən müəyyən edilir ki, 2020-ci ilin iyun–oktyabr aylarında İddiaçı tərəfindən Cavabdeh MMC-yə müvafiq olaraq 1.170 manat, 2.470 manat, 2.470 manat, 3.250 manat və 1.170 manat dəyərində olmaqla, cəmi 10.530 manat dəyərində xidmətlər göstərilmişdir. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 01.04.2020-ci il tarixli HA 003/0420-saylı alqı-satqı müqaviləsinə 1 nömrəli 03.12.2020-ci il tarixli Əlavədən görünür ki, alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən təqdim edilməsi nəzərdə tutulmuş malların qiymətləri müəyyən edilmişdir. - Cavabdeh MMC tərəfindən təsdiq edilmiş 23.06.2020-ci il tarixli akta əsasən müəyyən edilir ki, İddiaçı məxsus tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında müəyyən edilmiş müxtəlif adda inşaat materiallarının dəyəri razılaşdırılmış qiymət əsasında 30.541 manat təşkil edir ki, ondan da 7.244 manat ödənilmiş, hazırda ödəniləsi qalıq borcları 23.297,30 manat təşkil edir. Aktlar sifarişçinin və icraçının imzası ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktublarından görünür ki, MMC-dən xidmət müqaviləsi və alqı-satqı müqaviləsi üzrə müvafiq olaraq yaranmış 10.530 manat və 23.297,30 manat məbləğində borcun 10 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alqı-satqı müqaviləsi ilə bağlı: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda inşaat mallarını cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi və həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcunun mövcudluğu Cavabdeh MMC tərəfindən təsdiq edilmiş 23.06.2020-ci il tarixli aktla təsdiq edilir. Beləliklə, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə İddiaçı olan borcu 23.297,30 manat təşkil edir. 01 iyun 2020-ci il tarixli HX 028/0620 saylı xidmət müqaviləsi ilə bağlı: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 iyun 2020-ci il tarixli HX 028/0620 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə müvafiq olaraq xidmətlər göstərmişdir. 2020ci ilin iyun-oktyabr ayları ərzində İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 10.530 manat təşkil etmişdir. Göstərilən hal cavabdehin səlahiyyətli nümayəndələrinin də təsdiq etdikləri təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Cavabdeh MMC 2020-ci ilin iyun-oktyabr ayları ərzində göstərilmiş xidmətlərin haqqını İddiaçı ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 10.530 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci və 567-ci maddələri təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1 və 567-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin HA 003/0420-saylı, 01.04.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən verilmiş malların dəyərini tam – 23.297,30 manat məbləğində pul vəsaitini - ödəməməklə və 01 iyun 2020-ci il tarixli HX 028/0620 saylı xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 10.530 manat məbləğində pul vəsaitini - ödəməməklə həmin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən HA 003/0420-saylı, 01.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 23.297,30 manat və HX 028/0620-saylı, 01.06.2020-ci il tarixli xidmət müqaviləsi üzrə 10.530 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 191,48 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 23.297,30 manat və HX 028/0620saylı, 01.06.2020-ci il tarixli xidmət müqaviləsi üzrə 10.530 manat olmaqla, cəmi 33.827,30 manat (otuz üç min səkkiz yüz iyirmi yeddi manat otuz qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-280/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-280/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver