Məhkəmə qərarları › İş №e-2-2(113)-2807/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2807/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2807/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2020-ci il tarixli, AC/010/2020 saylı müqavilə üzrə 18000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli AC/003/2021 saylı müqavilə üzrə 30000 manat (ƏDV-siz) audit xidməti haqqının, onun gecikdirilməsinə görə 17641,79 manat, ümumilikdə 65641,79 manat borcun və 400 manatmediasiya xərcinin iddiaçının xeyrinətutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə “İlham CO" MMC arasında xx.xx.2020-ci il tarixli, AC/010/2020 saylı və xx.xx.2021-ci il tarixliAC/003/2021 saylı “Audit Xidmətlərinin göstərilməsi haqqında” müqavilələrin 1.1-ci bəndinə əsasən, həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, auditor müştərinin yazılı sifarişinə əsasən müvafiq olaraq 31 dekabr 2020-ci il tarixinə və həmin tarixdə başa çatan il üzrə 31 dekabr 2021, 31 dekabr 2022, 31 dekabr 2023, 31 dekabr 2024 və 31 dekabr 2025-ciiltarixinə və həmin tarixlərdə başaçatan il üzrə maliyyə hesabatlarının auditini aparmağı və hesabat təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 4.1-ci bəndlərinə əsasən, xidmətlərin göstərilməsinə görə auditora ödəniləcək məbləğə peşəkar haqlar və xərclərin ödənilməsi daxildir. Ödəniş gecikdiyi halda auditorun illik 50% həcmində faiz tutmaq haqqı var. Haqqın istifadə edilməsi müştəriyə tutulacaq faizlə bağlı məktubun göndərilməsi ilə həyata keçirilir. Müştəri hazırkı müqavilə üzrə ödəniş öhdəliklərini tam yerinə yetirənədək auditor xidmətlərin göstərilməsini dayandırmaq və ya müqaviləni qüvvəsinə birtərəfli xitam vermək və ya yekun auditor hesabatını və xidmətlərin digər nəticələrini özündə saxlamaq hüququna malikdir. Həmin müqavilələr əsasında auditor müştərinin sifarişi üzrə maliyyə hesabatlarının auditini aparmış və hesabatlar təqdim etmişdir. Lakin müştəri müqavilə şərtlərini pozaraq öhdəliyini icra etməmiş, auditor tərəfindən göstərilmiş auditor xidmətlərinin dəyərini ödəməmişdir. Göstərilmiş xidmətlər üzrə borc məbləği cəmi xx.xx.2020-ci il tarixli, AC/010/2020 saylı müqavilə üzrə 18000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli AC/003/2021 saylı müqavilə üzrə 30000 manat (ƏDV-siz) və audit xidmətinin haqqının gecikdirilməsinə görə 17641,79 manat, ümumilikdə 65641,79 manat təşkil edir. Bütün bunlara və Cavabdeh MMC-yə göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq bu günədək borc ödənilməmiş və iddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktublarına cavab verilməmişdir. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator qismində X2 təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə 12:00-12:25 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh MMC-yə 11 gün əvvəlcədən yazılı formada mediasiyaya dəvət məktubu göndərilməklə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 400 manat mediasiya xərci ödənilmiş, X2 tərəfindən isə xx.xx.2022-ci il tarixli, MŞB/6-1906 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatlarında tərəflərin arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

1. İddiaçı MMC və “İlham CO" MMC razılığa gəlirlər ki, xx.xx.2020-ci il tarixli, AC/010/2020 saylı və xx.xx.2021-ci il tarixli AC/003/2021 saylı müqavilələr üzrə yaranmış əsas borc və cərimə borcları hazırkı Barışıq sazişi ilə bütövlükdə 31000 manat (ƏDV daxil deyil) müəyyən edilir və xx.xx.2022-ci il tarixədək “İlham CO" MMC tərəfindən tam şəkildə ödənilməlidir.

2. Bu Barışıq sazişinin 1-ci bəndində müəyyən edilən məbləğ “İlham CO" MMC tərəfindən xx.xx.2022-ci il tarixədək bir dəfəyə və ya hissə-hissə olaraq İddiaçı MMC-yə ödəməlidir.

3. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

4. Tərəflərə məlumdur ki, hazırkı barışıq sazişinin 1-ci bəndindəki müəyyən edilən öhdəliyin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

5. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 -ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

6. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

7. Bu barışıq sazişin 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 nüsxədə tərtib olundu və imzalandı. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə

QƏRARAALDİ:

İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-2807/2022 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar