Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-281/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” X11 cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı subroqasiya qaydasında sığorta ödənişin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxx” X16 cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 340 manat məbləğində sığorta ödənişinin, 20,40 məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulub iddiaçı “xxxxxxxxxxxx” X11 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, ünvan 1 ünvanında X14 “Daewoo Bus 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, ”Toyota Rav-4” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəh., Nəsimi RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli, №082-18047-1219 saylı arayışına, AP №0113951 seriya nömrəli İnzibati Xəta haqqında Protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X14 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM nin 327.6-cı və 327.1-ci maddələri ilə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi X14 hadisə zamanı idarə etdiyi, “Daewoo Bus 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti sığorta hadisə baş verən anda “Azərsığorta ” DSKŞ tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, ”Toyota Rav-4” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin MİP- 10993/18 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Toyota Rav-4” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-ci il tarixinədək 26.000 (iyirmi altı min) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran sürücünün idarə etdiyi “Daewoo Bus 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019cu il tarixində “Azərsığorta” DSKŞ-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxxxxxxxxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2019-cu il tarixli elektron və eyni tarixli, BS-C-19/0807 saylı məktublarla müraciət edilərək zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehin elektron ünvanına ”Toyota Rav-4” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərərə dair akt göndərilmişdir. Lakin cavabdeh bütün müraciətlərini cavabsız buraxmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2019-cu il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində ”Toyota Rav-4” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 440 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2019-cu il tarixli, 051/19 saylı sığorta aktına və xx/xx.2019-cu il tarixli, № AZ0000341 saylı kassa ödəniş tapşırığına əsasən 340 manat məbləğində sığorta ödənişi (100 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X1 hesabına köçürülmüşdür. Qeyd edilənlərə əsaslanaraq, 340 məbləğində sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi cavabdehdən xx.xx.2019-cu il tarixli, BS-C19/1103 saylı məktubla xahiş etdiklərinə baxmayaraq, məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli, №BSC-19/1553 saylı və xx.xx.2019-cu il tarixli, BS-C-19/1844 şikayət məktubları ilə AR MBNP-yə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Sonradan iddiaçının nümayəndəsi X15 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi olan 340 manat məbləğində sığorta ödənişi ödənildiyindən, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 20,40 manat dövlət rüsumunun və gecikdirilmiş günlər üçün 47,60 manat məbləğində dəbbə pulunun tutularaq iddiaçı “xxxxxxxxxxxx” X11 hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki: İddiaçı “xxxxxxxxxxxx” ASC (sığortaçı) ilə X6 (sığortalı) arasında bağlanmış MİP- 10993/18 saylı, xx xxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortalının mülkiyyətində olan “Toyota RAX-4” markalı, ** MZ *** dövlət qeydiyyat nömrəli avtomobil sığorta məbləği 26.000 manat, hər hadisə üzrə azadolma məbləği 100 manat müəyyən edilməklə “nəqliyyat vasitəsinin kasko sığortası” növü üzrə sığortalanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş – Bakı şəhəri, Nəsimi rayonu, E.Qasımov küçəsində yuxarıda göstərilən sığorta müqaviləsi üzrə sığortalanmış “Toyota RAX-4” markalı, ** MZ *** dövlət qeydiyyat nömrəli avtomobillə X9 idarə etdiyi “Daewoo Bus 090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nömrəli avtobus toqquşmuşdur. Hadisə nəticəsində sığorta predmeti olan “Toyota RAX-4” markalı, ** MZ *** dövlət qeydiyyat nömrəli avtomobilə maddi zərər dəymişdir. “xxxxxxxxxxxx “ASC tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli zərərin hesablanması akta əsasən avtomobilə dəymiş ziyan 440 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli, 051/19 CM-053/19 saylı sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə faydalanan şəxs X3 340 manat məbləğində sığorta ödənişi (100 manat azadolma məbləği çıxılmaqla) köçürülmüşdür. Digər tərəfdən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş AP N0113951 saylı inzibati xəta haqqında protokola və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa və xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində “Daewoo Bus 090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X9 təqsirli olması müəyyən edilmiş və sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumat vərəqəsindən müəyyən edilmişdir ki, hadisə baş verdiyi zaman X9 idarə etdiyi “Daewoo Bus 090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nömrəli avtobus Azərbaycan Respublikası Dövlət X10 tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İddiaçı “xxxxxxxxxxxx” ASC xx.xx.2019-cu il tarixli məktubla cavabdeh Azərbaycan Respublikası Dövlət X7 müraciət edərək 340 məbləğində sığorta ödənişinin subroqasiya qaydasında onların hesabına köçürülməsini tələb etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət X10 tərəfindən qanunla müəyyən edilmiş müddətdə sığorta ödənişi həyata keçirilmədiyindən iddiaçı “xxxxxxxxxxxx” ASC 340 manat məbləğində sığorta ödənişinin, 20,40 məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulmasına dair hazırkı iddianı qaldırmışdır. İşə məhkəmədə baxılarkən - xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət X10 tərəfindən 340 manat sığorta ödənişi iddiaçı “xxxxxxxxxxxx” ASC-yə hesabına köçürüldüyündən iddiaçı iddia tələbinin həcmini azaltmış və hazırda sığorta ödənişinin gecikdirilməsinə görə 47,60 manat dəbbə pulunun və 20,40 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar” haqqında xx xxxx 2011-ci il tarixli AR Qanununun: 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. İşin yuxarıda göstərilən hallarına və göstərilən qanunvericilik normalarına əsasən müəyyən edilir ki, mülki məsuliyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət X10 tərəfindən sığortalanmış “Daewoo Bus 090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nömrəli avtobusun sürücüsü X14 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində iddiaçı “xxxxxxxxxxxx” ASC-də nəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış X3 məxsus avtomobilə maddi zərər dəymişdir. Nəticədə zərərçəkmiş şəxs Aysel Allahverdiyanın zərərvurmuş şəxs Azər Şirinova, eləcə də onun mülki məsuliyyətini sığortalamış cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. “xxxxxxxxxxxx” ASC tərəfindən nəqliyyat vasitəsinin tam sığortası haqqında müqaviləyə əsasən avtomobilə dəymiş zərərin bir hissəsi – 340 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs A.Allahverdiyevaya ödənildikdən sonra A.Allahverdiyevanın zərərvurmuş şəxsin məsuliyyətini sığortalamış sığortaçıdan (cavabdeh Azərbaycan Respublikası Dövlət X10) sığorta ödənişinin həyata keçirilməsini, o cümlədən həmin ödənişin gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ həmin hissədə subroqasiya qaydasında “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. İş materiallarından həmçinin görünür ki, “xxxxxxxxxxxx” ASC sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı tələb məktubunu xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət X7 ünvanlamış, lakin cavabdeh həmin məktubu xx.xx.2019-cu il tarixdə aldığı halda ödənişi qanunla müəyyən edilmiş 7 gün müddətində həyata keçirməmiş, yalnız xx.xx.2019-cu il tarixdə sığorta ödənişini iddiaçının hesabına köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 941.5-ci maddəsinə əsasən sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar” haqqında xx xxxx 2011-ci il tarixli AR Qanununun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxx” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət X5 sığorta ödənişinin ödənilməsini gecikdirdiyi müddət üçün - 140 gün üçün (xx.xx.2019-xx.xx.2019) ödənişin gecikdirilməsinə görə 47,60 manat (140*01*340=47,60) dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 20,40 manat məbləğində məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 47,60 manat (qırx yeddi manat altmış qəpik) məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 manat (iyirmi manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxx” X13 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-281/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-281/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver