Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-281/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişi və dəbbə pulunun verilməsi" tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4450,70 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1200 manat dəbbə pulu , 60 manat məbləğində mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5740 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxx“ MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, Ban LS5A2ABR6JH008560 minik avtomobilinə dair 25.06.2018-ci il ildə sığorta müqaviləsi bağlanmış, “Atasığorta“ ASC-dən MC********** saylı kasko (tam) sığorta şəhadətnaməsi alınmışdır. Kasko (tam) sığortalı avtomobil 25.06.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində etibarnamə üzrə idarə edən sürücü X5 “xxx“ MMC-nin mülkiyyətində olan, etibarnamə əsasında idatrə etdiyi “Changan Alsvin V7 “ markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri istiqmətində hərəkət etdiyi zaman idarəetməni itirmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “xxx“ MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitəsinə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə yerinə Sumqayıt şəhər Yol Polis İdarəsinin əməkdaşları gəlmiş, hadisə ilə bağlı araşdırma aparmışlar. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 4450,50 manat ziyan dəymişdir. Kasko sığortalı avtomobilə dəymiş zərəri “Atasığorta“ ASC-dən tələb etsələr də, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra dərhal müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq, bu günə qədər avtomobilə dəymiş ziyan ödənilmir. Daha sonra iddiaçı “xxx“ MMC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4450,70 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1200 manat dəbbə pulu, 60 manat məbləğində mediasiya xərci və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiçının mülkiyyətində “Changan Alsvin V7" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 18.02.2021-ci ildə “Günay Sığorta" ASC şirkətində vətandaşların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və PGU 21016573 saylı sığorta şəhadətnaməsi almışdır. 25.06.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı sığorta hadisəsi barədə sığorta şirkətinə məlumat verilmiş və hadisə yerinə "Günay Sığorta“ ASC-nin nümayəndəsi gəlmişdir. Sığorta hadisəsi üzrə zərərə uğramış “Mercedes Benz“ markalı nəqliyyat vasitəsinin sahibinə icbari sığorta şirkəti “Günay Sığorta“ ASC tərəfindən ödəniş edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı hadisə barədə İddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü məlumatlandırmışdır. Məlumatın vaxtında verilməsi barədə “Günay Sığorta" ASC-nin ödənişin verilməsi barədə arayışında da açıq-aydın yazılmışdır. Həmin arayışda hadisə barədə məlumat verən X2 olduğu qeyd edilmişdir. Yol Nəqliyyat hadisəsi üzrə Sumqayıt şəhər Polis İdarəsinin YPŞ-nin əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırma aparıldıqdan sonra yol nəqliyyat hadisəsinin günahkarının “xxx“ MMC-nin mülkiyyətində olan “Chagan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə idarə edən şəxsin olduğu bilinmişdir. Hadisəyə səbəb olan şəxs, yəni Elşən Əliyevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Lakin “Atasığorta" ASC bütün bu sübutlara baxmayaraq, kasko sığorta şəhadətnaməsi almış nəqliyyat vasitəsinə vurulmuş ziyanı ödəməkdən əsassız olaraq imtina etmişdir. “Atasığorta“ ASC tərəfindən ”xxx" MMC-yə sığorta ödənişinin verilməsindən imtina edilməsi cavabdehin müqavilə öhdəliklərini pozması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.2-ci maddəsində deyilir ki, sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Həmin Məcəllənin 923.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq, sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Həmin Məcəllənin 923.4-cü maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. “Atasığorta“ ASC sığorta hadisəsi üzrə sığorta ödənişini verməkdən imtina etməsinin əsası kimi “Atasığorta“ ASC tərəfindən hazırlanmış qaydalara istinad edir. X7 Aktlar Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyət təşkil eldikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında 25.06.2018-ci il tarixdə MC********** saylı sığorta müqaviləsi bağlanmış və “Changan Alsvin V7" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. "xxxx" MMC məktubla "xxxx" ASC-yə müraciət edərək, 25.06.2021-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş müraciətə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin 25.06.2021-ci il tarixdə qəzaya uğradığı və bu barədə "xxxx" ASC-yə 28.06.2021-ci il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ DYPŞ tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş arayışda və digər sənədlərdə yol-nəqliyyat hadisəsinin 25.06.2021-ci il tarixdə saat 18:30-da baş verdiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda, hadisə barədə "xxxx" ASC-yə dərhal deyil, hadisədən 3 gün sonra məlumat verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, zərər dəymiş “Changan Alsvin V7" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə “AtaSığorta" ASC-nin əməkdaşlarına təqdim edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AD seriyalı, 251361 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəli LS5A2AGE0JD003283 olan nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - 3171 nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC mülkiyyətində olan “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəli LS5A2AGE0JD003283 olan” minik markalı avtomobilini X3 21.06.2021-ci il tarixdən 21.07.2021-ci il tarixədək idarə etməyə etibar etmişdir. - 08.07.2021-ci il tarixli qüsur aktına əsasən İddiaçı MMC-nin Servis Mərkəzində texniki baxış keçirilmiş “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4420,50 manat məbləğində müəyyən edilmişdir. - MC********** nömrəli Sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.06.2018-ci il tarixdən 26.06.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, 1461,60 manat məbləğində sığorta haqqı ödənişi və 450 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. - 27.06.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ polis kapitanı X1 tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. - "xxxx" ASC tərəfindən tərtib edilmiş arayışda, 25.06.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat verən şəxs X5, zərərçəkən üçüncü şəxs X4, zərər vurulmuş predmet: Mercedes Benz C250 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu qeyd edilmişdir. Eləcə də, "xxxx" ASC tərəfindən 4500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - İddiaçı "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC "xxxx" ASC-də sığortalanmış və kasko sığorta şəhadətnaməsi almış avtomobilə dəymiş zərərin İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin İddiaçı MMC-yə ünvanladığı 17.08.2021-ci il tarixli AS-21/945 məktubdan görünür ki, "xxxx" ASC İddiaçı MMC-yə tələb edilən sığorta ödənişlərinin verilməsindən 25.06.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat sığortaçıya 28.06.2021-ci il tarixdə, yəni 3 gün sonra məlumat verildiyinə görə imtina etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, zərər dəymiş “Changan Alsvin V7” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla, sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-nin əməkdaşlarına təqdim edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli, 9/829 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı MMC-nin 08.07.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bəpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4125 manat müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxx“ MMC ilə cavabdeh arasında iddiaçının mülkiyyətində olan “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair kasko sığorta müqaviləsi bağlanmış, “Atasığorta “ ASCdən kasko (tam) sığorta şəhadətnaməsi alınmışdır. Sığorta şəhadətnaməsinə əsasən avtomobil 26.06.2018-ci il tarixdən 26.06.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, 1461,60 manat məbləğində sığorta haqqı ödənişi və 450 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İddiaçı qeyd edilən avtomobili etibarnamə əsasında sürücüyə idarə etməyi etibar etmiş, sürücü həmin avtomobillə 25.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, sığorta hadisəsi baş vermiş, nəticədə nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi barədə DYP əməkdaşlarına məlumat verilmiş və ərazi üzrə Sumqayıt şəhər DYPŞ-in əməkdaşları hadisə yerinə gəlmiş, araşdırma aparmış və İddiaçı MMC-yə məxsus olan “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılmışdır. 27.06.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ tərəfindən TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmiş və həmin qərarla “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 923.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4-cü maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1-ci maddəsinə əsasən zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 927.1-ci maddəsinə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. İddia tələbinin bir hissəsini cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4450,70 manat məbləğin tutulması təşkil edir. İşin müəyyən olunan hallrından göründüyü kimi, cavabdeh "xxxx" ASC yol nəqliyyat hadisəsi nəticəsində sığorta şəhadətnaməsinə əsasən 26.06.2018-ci il tarixdən 26.06.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, İddiaçı MMC-yə məxsus olan “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi etməkdən imtina etmiş və imtinanın səbəbi kimi isə 25.06.2021-ci il tarixdə hadisə baş verdikdən sonra hadisə barədə "xxxx" ASC-yə dərhal deyil, hadisədən 3 gün sonra məlumat verildiyini bildirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, zərər dəymiş “Changan Alsvin V7" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə “AtaSığorta" ASCnin əməkdaşlarına təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibət bildirərək vurğulayır ki, cavabdehin sığorta hadisəsi barədə ən qısa müddətdə məlumatı olmuşdur. Belə ki, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanının (X10 İdarəsi) sığortaçını həmin gün hadisə barədə məlumatlandırmaq öhdəliyini daşıması sonuncunun həmin sığorta hadisəsi barədə məlumatlandırılmış olduğunu deməyə əsas verir. Hadisə baş verən gün - 25.06.2021-ci il tarixdə “Changan Alsvin V7" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü digər sığorta şirkətinə məlumat vermişdir. İddiaçı 25.06.2021-ci il tarixdə deyil, 27.06.2021-ci il tarixdə (cavabdeh 28.06.2021-ci il tarixdə məlumat verildiyini bildirmişdir) "xxxx" ASC-yə məlumat verməsinin səbəbinə münasibətdə qeyd etmişdir ki, yol nəqliyyat hadisəsinin kimin təqsirindən baş verməsi həmin an məlum olmadığından zəruri araşdırmanı aparan DYP əməkdaşlarının bu barədə qərarı gözlənilmiş və 27.06.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında Qərardan sonra "xxxx" ASC-yə dərhal məlumat verilmişdir. İstinad olunan maddi hüquq normalarına əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq, bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı sığortaçıya xəbər verməlidir. Həmçinin üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və ya müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi – sığorta hadisəsi barədə sığortaçının məlumatlandırması kimi qəbul edilir. Məhkəmə hesab edir ki, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan DYP əməkdaşlarının sığortaçını həmin gün hadisə barədə məlumatlandırmaq öhdəlyinin mövcud olması sığortaçının hadisə barədə məlumatlı olduğunu deməyə əsas verir. Məhkəmə eyni zamanda nəzərə alır ki, xxx” MMC-yə məxsus olan **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılmışdır. Cavabdehin nümayəndəsi həmin halı mübahisələndirməmişdir. Ona görə də məhkəmənin gəldiyi qənaətə əsasən cavabdehin iddiaçının sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmamışdır. Bütün bu qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi həyata keçirilməli, gəlinən nəticəyə əsasən 19 aprel 2022-ci il tarixli, 9/829 saylı nömrəli məhkəmə ekspertizasının rəyi əsas götürülərək, 4125 manat məbləğində müəyyən olunmalı və dəymiş zərərin məbləğindən azadolma məbləği çıxılmalıdır. Ona görə də iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmalı, dəymiş ziyanın məbləği olan 4125 manatdan 450 manat azadolma məbləği çıxılmaqla, 3675 (üç min altı yüz yetmiş beş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 1200 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 60 manat mediasiya xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 (on yeddi) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3675 (üç min altı yüz yetmiş beş) manat sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləği, 150 (yüz əlli) cərimə, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 (on yeddi) manat olmaqla, cəmi 3902 (üç min doqquz yüz iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-281/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-281/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver