Məhkəmə qərarları › İş №e-2-2(113)-2811/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2811/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2811/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55096,76 manat (əlli beş min doxsan altı manat yetmiş altı qəpik) məbləğində borc, həmçinin bu günə qədər gecikdirilmiş məbləğin on faizi olmaqla 5510 (beş min beş yüz on) manat dəbbə pulu və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçı ”Jupiter Distribution” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli, 117/M saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə malların təhvil-təslim aktına əsasən 27-xx.xx.2021-ci il tarixlərdə 45179,34 manat dəyərində mal verilmişdir. Cavabdeh ümumilikdə 55096,76 manat pulun ödənilməsini qanunvericiliyin tələbinə əsasən malları təhvil aldıqdan sonra ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəf müxtəlif bəhanələrlə pulun ödənilməsindən boyun qaçırmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfin ünvanına borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərilməsinə baxmayaraq, qarşı tərəf məktubu qəbul etməkdən imtina etmişdir. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçıya ziyan dəymiş, bunun nəticəsi olaraq xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.1 və 5.2-ci maddəsinə əsasən gecikdirilmiş məbləğin 10 (on) % həcmində cavabdeh tərəfin 5510 manat dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Nəticədə mediasiya sessiyası baş tutmayaraq, mediator tərəfindən arayış təqdim edilmişdir. Mediasiyaya 400 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən müvafiq hesaba ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 27 oktyabr 2021-ci il tarixli, 117/M nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X2 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X1 göstərilir. X3 Protokolunda göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mallar alıcının sorğularına (sifarişlərinə) əsasən və satıcı tərəfdən təsdiq edildikdən sonra satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı malları tələb olunan çeşid və miqdarda ən azı 5 (beş) iş günü müddətində qabaqcadan satıcıya yazılı və ya elektron formada sifariş edir. Sifariş olunan mallar mövcud olmadıqda, satıcı belə sifarişdən imtina edə bilər. Tərəflər razılaşır və qəbul edir ki, sifariş yalnız satıcı tərəfindən təsdiq edildikdən sonra satıcının malları satmaq və təhvil vermək öhdəliyi yaranır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi qaimə-fakturaya əsasən tənzimlənir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi dəyərini elektron qaiməfakturaların cəmi təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı və alıcı təhvil verilmiş mallara dair akt imzalayır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya qaimə-faktura təqdim edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X2 müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş malların ümumi məbləğinin 10 (on) % müəyyən edilir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358949 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17202,63 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, XZR-7866 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 17202,41 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd edilən akt üzrə xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358949 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358950 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4709,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, XZR-7874 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 4709,40 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd edilən akt üzrə xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358950 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358951 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1592,48 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, XZR-7875 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 1592,48 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd edilən akt üzrə xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358951 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358952 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 877,13 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, XZR-7876 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 877,13 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd edilən akt üzrə xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358952 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358953 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20936,67 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, XZR-8063 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 20936,67 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd edilən akt üzrə xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358953 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358954 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9778,45 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, XZR-8198 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 9778,70 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd edilən akt üzrə xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 358954 nömrəli elektron qaimə tərtib edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 55096,76 manat (ƏDV daxil) əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 55096,76 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 5510 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X2 müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir; 5.2-ci bəndinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş malların ümumi məbləğinin 10 (on) % müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan 3000 (üç min) manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 55096,76 manat (əlli beş min doxsan altı manat yetmiş altı qəpik) məbləğində əsas borc, 3000 (üç min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 58496,76 manat (əlli səkkiz min dörd yüz doxsan altı manat yetmiş altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar