Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2813/2022 25.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı X6 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X6 cavabdeh “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 Company” MMC-dən 28.726,00 manat pulun və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 200 manat olmaqla ümumilikdə 28.926,00 manat pulun tutularaq ona verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı istifadəsində olan ekskavator yükləyici ilə (markası JCB 3CXSM; dövlət qeydiyyat nişanı 42 T 676, buraxılış ili 2013) Sifarişçinin sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçinin tələbi ilə İcraçı özünə məxsus texnikanı Sifarişçinin bu Müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə Sifarişçiyə xidmət göstərir. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə gündəlik xidmət haqqı vergilər daxil 107,52 AZN (yüz yeddi manat əlli iki qəpik) təşkil edir. Müqavilənin 2.2-ci bəndinə görə tərəflər hər bir xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və İcraçı ilə Sifarişçi arasında bu Müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır. Müqavilənin 2.3-cü bəndinə hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “Xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. Müqavilənin 2.4-cü bəndinə əsasən “Xidmətlərin təhviltəslim aktı” imzalanıb möhürləndikdən sonra 7 iş günü ərzində İcraçı Sifarişçiyə əvvəlki ay üçün hesab faktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra İcraçıya ödəniş edir. Müqavilənin 2.5-ci bəndinə əsasən ödənişlər bank köçürmə yolu ilə aparılır. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı iki nəfər səlahiyyətli şəxsin imzası və tərəflərin möhürü ilə təsdiq edilən yekun təhvil-təslim aktına əsasən həyata keçirilir. Görülmüş işin təhvil-təslimi barədə xx.xx.2020-ci il , xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, tərəfimdən müqavilə üzrə xidmətlər göstərilmişdir. Həmçinin “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş elektron qaimələrdən görünür ki, göstərilmiş xidmətlərin ümumilikdə dəyəri 28.726,00 manat təşkil edir. “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aramızda bağlanmış xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi üzrə öhdəliklərimi tam və lazımi qaydada icra etməsinə baxmayaraq “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göstərdiyi xidmətin dəyərini təşkil edən 28.726,00 manat pul bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X8 ilə “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən X8 (icraçı) “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (sifarişçi) verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilə ilə gündəlik xidmət haqqı 107,52 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı mülkiyyətində olan eksvatorla qazıntı və digər işləri aparmış və buna görə də, gündəlik 107,52 manat xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırkı iş üzrə iddiaçı tərəf “X4 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2020-ci il tarixli 215,04 manat, xx.xx.2020-ci il tarixli 1.935,36 manat, xx.xx.2020-ci il tarixli 1.935,36 manat, xx.xx.2020-ci il tarixli 1.397,76 manat, xx.xx.2020-ci i tarixli 2.688 manat, xx.xx.2020-ci il tarixli 2.688 manat, xx.xx.2020-ci il tarixli 2.257,92 manat, xx.xx.2020-ci il tarixli 2.580,18 manat, xx.xx.2020-ci il tarixli 1.397,76 manat, cəmi 17,095 manat xidmətin göstərilməsinə təhviltəslim aktları tərtib edilmişdir. Göründüyü kimi, “X4 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin özü 17.095 manatlıq xidmətlərin göstərilməsi qəbul etsə belə iddiaçıya müvafiq pulun veilməsinə dair hər hansı bir sənəd və ya iddiaya etiraz məhkəməyə göndərilməmiş, iddiaçı tərəf isə ona qeyd olunan pulun verilmədiyini bildirmişdir. Belə olan halda iddia 17,095 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. İddiaçı tərəf iddiada göstərilmiş məbləğin qalan hissəsinin təsdiqi üçün isə “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü və səlahiyyətli şəxsinin imzası olmayan aktlar və elektron qaimələr əlavə etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən aktlar və qaimələr iddianın əsaslılığına dəlalət etmir. Belə ki, aktların cavabdehin məsul şəxsi tərəfindən imzalanaraq möhürlənməsi, elektron qaimələrdə göstərilmiş məbləğlərin ümumiyyətlə aktlarda göstərilmiş məbləğlərlə uyğun gəlməməsi həmin istinad olunan sənədlərdə göstərilmiş xidmətlərin icra edilməsi qənaətinə gəlməyə imkan vermir. Həmçinin də, 2020-ci ildə tərtib edilmiş təhvil-təslim aktlarının cavabdehin möhürü ilə təsdiqlənməsi, ancaq 2019-cu ildə olan aktların təsdiqlənməməsi, eyni zamanda 2019-cu ildə əgər xidmət göstərilmişdirsə və onun xidmət haqqı verilmədiyi təqdirdə nəyə görə 2020-ci ildə xidmət göstərilməsini iddiaçı tərəf izah edə bilmədiyindən, qeyd edilən xidmətlərin göstərilmədiyi qənaətinə gətirir. Ona görə də, qalan hissədə iddia təmin edilə bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi üzrə 17.095 (on yeddi min manat doxsan beş qəpik) manat məbləğində pul “X4 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X7 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 200 manat məbləğində pul “X4 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X7 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2813/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2813/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver