Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2814/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Həziyev Aqil Asif oğlunun iştirakı ilə, “Hemat Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “SA Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “Hemat Trade” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SA Group” MMC-dən 28695,80 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “SA Group” MMC ile “Hemat Trade” MMC arasrnda bağlanmış 07 may 2020-ci il tarixli 20-0045 saylı alqı-satqı müqaviləsi və malların adlarını, miqdarlarını, qiymətlərini, yekun dəyərini, malların təhvil verilməsini və dəyərinin ödənilməsini özündə əks etdirən həmin müqavilənin tərkib hissəsi olan xx.xx.2020-ci il tarxli 33861,04 manat (ƏDV daxil) dəyərində Qiymətlərin Razılaşdırma Protokolu bağlanmışdır. Həmin protokolun 1-ci bəndində ödəniş şərti mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100% ödəniş olmuşdur. Qiymətlərin Razılaşdırma Protokolunda qeyd edilən mallar hamısı iddiaçı tərəfindən vaxtında təhvil verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə 4027,46 manat ƏDV və xx.xx.2020-ci il tarixdə 1137,78 manat ƏDV olmaqla malların ƏDV dəyəri tam ödənilsə də hal – hapzıra kimi 28695,80 manat məbləğ ödənilməmiş olaraq qalır. Bununla bağlı vergi öhdəliklərinin və digər firmalar qarşısında olan öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranmışdır. Borcun vaxtında ödənilməsi ilə bağlı, qoşmaya əlavə edilmiş xx.xx.2020-ci il tarixdə İnternet Vergi İdarəsinin Online Kargüzarlıq bölməsindən göndərilmiş məktuba və dəfələrlə edilən telefon zənglərinə nə cavab verilmiş, nə də borc ödənilməmişdir. İddiaçının nümayəndəsi Həziyev Aqil Asif oğlu iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Həziyev Aqil Asif oğlu ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - “Hemat Trade” MMC ilə “SA Group” MMC arasında xx.xx.2020-ci il tarxli 33861,04 manat (ƏDV daxil) dəyərində Qiymətlərin Razılaşdırma Protokolu bağlanmışdır. - xx.xx.2020-ci il tarixli EBAJ seriyalı, 658404 saylı elektronq aiməyə əsasən “Sa Group” MMC-yə 33861,04 manat məbləğində xidmət göstərilmişdir. -xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən “Hemat Trade” MMC-dən gələn EBAJ 685404 saylı qaiməyə əsasən 4027,46 manat və xx.xx.2020-ci il tarixdə həmin qaimə üzrə 11378,78 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 28695,80 manat məbləğində pul vəsaiti cavağdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Hemat Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin “SA Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 28695,80 manat məbləğində pul vəsaiti “SA Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Hemat Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “SA Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Hemat Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2814/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2814/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver