Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2814/2023 18.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi Suleimanov Maftunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 36810 manat pulun, mediasiya prosesi üçün ödənilmiş 200 manat olmaqla cəmi 37010 pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin xx.xx.2011-ci il tarixli 41/11 nömrəli satınalma müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. Daha sonra işlərin alınmaması səbəbindən akta əsasən gətirilən və istifadə edilməmiş avadanlıqlar saz vəziyyətdə "xxxx" ASC-yə təhvil verilmişdir. Avadanlıqlar cavabdeh ASC-yə təqdim edilsə də onun alınması üçün ödənilən 36810 manat pul iddiaçı MMC-yə geri qaytarılmamışdır. Bununla bağlı mediasiya prosesindən keçilsə də cavabdeh ASC mediasiya prosesində iştirak etməmişdir və pretenziya da cavabdeh təşkilata göndərilsə də, cavabdeh ASC tələb edilən pulu ödəməmişdir. Diqqətinizə çatdırılır ki, cavabdeh ASC-yə ödənilmiş 36810 manat nəğd qaydada olmuş və ödənişlə bağlı sənədlər cavabdeh "xxxx" ASC-dədir. Cavabdeh "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2012-ci il tarixli ASC/2-60 nömrəli məktubdan görünür ki, iddiaçı MMC tərəfindən 20.000 manat pul cavabdeh ASC-yə ödənilmişdir. Müqavilənin digər qalan pulu 16.810 manat ödənildikdən sonra da sifariş edilən avadanlıqlar iddiaçıya təhvil verilmişdir. Lakin işlərin alınmaması səbəbindən avadanlıq istifadə edilmədən cavabdeh ASC-yə təhvil verilmişdir. Odur ki, hazırda İddiaçı MMC cavabdeh Aqroservis ASC ("xxxx"ASC)-yə qarşı 36.810 manat pul tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh ASC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 2012-ci il 16 may tarixli 20-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən dövlət vəsaiti hesabına alınmış, dəyərinin bır hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 149100 manat olan yeyinti məhsulları avadanlıqları lizinqə verilmişdir. Avadanlıqlar 2012-ci il 9 may tarixli akt əsasında tam hazır və saz vəziyyətdə lizinq alan İddiaçınə təhvil verilmişdir. İddiaçı bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən 13000 manat məbləğdə ilkin ödəniş etsə də, ödəniş qrafiki üzrə heç bır ödəniş yerinə yetirilməmişdir. Bununla bağlı öhdəliklərinin icrası ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İnter-Pak" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iızinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri ucbatından pozulması müəyyən edilmiş, bunun əksini təsdiq edən hər-hansı sübut isə İddiaçı tərəfindən təqdim olunmamışdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019cu il 23 yanvar tarixli, 2-2(82)- 158/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq 83410 manat əsas borc, 8341,0 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının İnter-Pak" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bununla bağlı qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-93/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək İddiaçındən 40610 manat əsas borc və 4600 manat məbləğində cərimənin tutularaq “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2021-ci il 14 iyul tarixli 2-2(102)-321 /2021 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarlarında cavabdeh tərəfindən hazırki iddia tələbi üzrə göstərdiyi məbləğlə bağlı artıq hüquqi qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı icraya yönəlmişdir. Beləliklə, “İnter-Pak" Məhdud Məsuliyyətli Cəmiyyəti qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərini pozmaqla öhdəliklərinin icrasından yayınmış və məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261,0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı ilə bağlanmış lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən lizinq alan (“İnter-Pak" MMC) texnoloji avadanlığın dəyərindən 13000 manat məbləği əvvəlcədən lizinq verənə (əvvəlki "xxxx" ASC) ödəyir, qalan məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır. Göründüyü kimi iddia tələbində göstərilən ilkin ödənişin qaytarılmasına dair tərəflər arasında müqavilə şərtlərində və yuxarıda qeyd edilən məhkəmə qərarları ilə konkret münasibət bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12 4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq obyekti olan avadanlıqlar 2016-cı il 5 iyul tarixində tərtib olunmuş akt əsasında İddiaçındən geri götürülmüşdür. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında lizinq müqaviləsi 2012-ci il 16 may tarixdə bağlanmasına və lizinq obyekti olan avadanlıqlar 2016-cı il 5 iyul tarixində tərtib olunmuş akt əsasında İddiaçındən geri götürülməsinə baxmayaraq Cəmiyyətə qarşı 2023-cü il 8 may tarixində iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Yenə həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, iddiaçının iddia tələbi ilə bağlı hər hansı sübutu və dəlili yoxdur və tələb yalnız şifahi mülahizələrdən ibarətdir. Cavabdeh ASC sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş və ərizədə bildirmişdir ki, iddiaçı “İnter-Pak" Məhdud Məsuliyyətli Cəmiyyəti “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinə qarşı “36810 manat pulun, mediasıya prosesi üçün ödənilmiş 200 manat olmaqla, cəmi 37010 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsinə” dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlum olduğu kimi, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Yenə həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tərəflər arasında lizinq müqaviləsi 2012-ci il 16 may tarixdə bağlanmasına və lizinq obyekti olan avadanlıqlar 2016-cı il 5 iyul tarixində tərtib olunmuş akt əsasında “İnter-Pak" Məhdud Məsuliyyətli Cəmiyyətindən geri götürülməsinə baxmayaraq, İddiaçı tərəfindən Cəmiyyətə qarşı iddia tələbi 7 il müddət keçdikdən sonra 2023-cü il 8 may tarixində qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, indiki Cavabdeh ASC-yə öncədən 20000 manat məbləğində vəsait ödənilmiş, bu lizingverənin xx.xx.2012ci il tarixli 180/2-60 nömrəli məktubla təsdiq edilir, daha sonra əlavə 16810 manat məbləğində vəsait ödəniləndən sonra meyvə və tərəvəzlərdən çəkilən içkilərin sənaye istehsalı avadanlıqları onlara təhvil verilmiş və müvafiq müqavilə imzalanmış, lakin sonradan tərəflərin arasında müqavilə münasibətlərinə xitam verildiyinə görə ödənilmiş vəsaitin geri qaytarılması barədə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Suleimanov Maftun iddia ərizəsinə etiraza və iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2012-ci il tarixli 180/2-60 nömrəli məktubdan məlumatları olmamış, ilkin ödəniş müqavilədə qeyd olunan kimi 13000 manat məbləğində olmuşdur. Odur ki, məhkəmədə müqavilənin 1.2-ci bəndini, etirazı və iddia müddətin tətbiqi barədə ərizəni nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 may 2012-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC ilə “Arimpex” LTD arasında bağlanmış 41/11 saylı 09 avqust 2011-ci il tarixli satınalma müqaviləsinin tərkib hissəsi olan bir komplekt istehsal gücü 1500 it/saat olan yeyinti məhsulları emalı avadanlığı İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 2012-ci il 16 may tarixli 20-LA/12 nömrəli lizinq müqaviləsindən görünür ki, 149100 manat dəyərində yeyinti məhsulları emalı avadanlığı İddiaçınə lizinqa verilmiş, 1.2-ci bəndinə əsasən əvvəlcədən ödəniş 13000 manat təşkil edir və əvvəlcədən ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır. Həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikində 13000 manat əvvəlcədən ödənilmiş vəsait kimi qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli ASC/2-5047 nömrəli "xxxx" ASC-nin İddiaçı MMC-yə ünvanladığı cavab məktubundan görünür ki, İddiaçı MMC-nin sifarişi əsasında müasir tipli meyvə şirələrinin emalı və və qablaşdırılması avadanlıqları respublikaya gətirilmişdir. xx.xx.2012-ci il tarixli üçtərəfli imzalanmış akta və xx.xx.2012-ci il tarixli 20-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən avadanlıqlar saz vəziyyətdə İddiaçı MMC-yə təhvil verilmişdir. Təhvil-təslim zamanı avadanlıqların sifarişə uyğun olub-olmaması barədə İddiaçı MMC tərəfindən heç bir irad göstərilməmişdir. Qeyd olunan avadanlıq İddiaçı MMC tərəfindən xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-yə geri qaytarılmasına baxmayaraq həmin tarixə qrafik üzrə yığılmış borcun ödənilməsi təmin olunmalıdır. xx.xx.2021-ci il tarixli 2-2(102)-321/2021 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının qəbul etdiyi qərardan görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 83410 manat əsas borc, 85926 manat gecikdirilmiş günlər üzrə cərimənin və 20 manat dövlət rüsumu olmaqla 169356 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 yanvar tarixli, 2- 2(82)- 158/2019 saylı qətnaməsi ilə iddia qismən – 83410 manat əsas borc, 8341 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-93/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilmiş, cərimə puluna aid hissədə dəyişdirilmiş, cavabdehdən 40610 manat əsas borc və 4600 manat cərimə pulu olmaqla, ümumilikdə 45210 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-321/2021 nömrəli qərarına əsasən isə kassasiya şikayətləri təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2- 2(103)-93/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərarın 6cı bəndində qeyd edilmişdir ki, "xxxx" ASC (indiki Cavabdeh ASC) iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilkin olaraq 13000 manat məbləğində vəsaiti ödəmişdir. xx.xx.2012-ci il tarixli 180/2-60 nömrəli "xxxx" ASC-nin İddiaçı MMC-yə göndərdiyi məktubdan görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış ilkin lizinq müqaviləsinin şərtlərinə əsasən meyvə və tərəvəzdən çəkilən içkilərin sənaye istehsalı avadanlıqlarına ilkin olaraq İddiaçı MMC tərəfindən 36810 manat ödənilməli idi, lakin bugünə kimi İddiaçı MMC tərəfindən cəmi 20000 manat vəsait ödənilmişdir ki, yerdə qalan 16810 manat vəsaitin qısa müddətdə "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunur. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 373.2 və 373.3-cü maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 2012-ci il 16 may tarixli 20-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən 149100 manat dəyərində yeyinti məhsulları emalı avadanlığı İddiaçı MMC-yə lizinqə verilmiş, müqavilə şərtlərinə görə və ödəniş qrafikə əsasən lizinq alan əvvəlcədən 13000 manat məbləğində ödəniş etmişdir. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 yanvar tarixli, 2-2(82)-158/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı MMC-dən iddiaçının xeyrinə 83410 manat əsas borc, 8341 manat cərimə və 15 manat dövlət rüsumunun tutulması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-93/2021 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 40610 manat əsas borc və 4600 manat cərimə ümumilikdə 45210 manat məbləğində pulun tutulması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)- 321/2021 nömrəli Qərarına əsasən isə kassasiya şikayətləri təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)- 93/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC isə məhkəməyə müraciət edərək lizinq müqaviləsi üzrə ödənilmiş 36810 manat məbləğində pulun cavabdeh tərəfindən geri qaytarılmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yerinə yetirmədiyinə görə rədd olunmalıdır. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixli 180/2-60 nömrəli məktuba istinad edərək 20000 manat məbləğində vəsaitin ödənilməsini bildirsə də, sözügedən vəsaitin, nədə ki, 16810 manat məbləğində pulun Cavabdeh ASC-yə (əvvəlki "xxxx" ASC) ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçı 2012-ci il 16 may tarixli 20-LA/12 nömrəli lizinq müqaviləsi çərcivəsində ödənilmiş 36810 manat məbləğində pulu tələb etmiş, halbuki Cavabdeh ASC sözügedən müqavilə çərçivəsində pulun tələbi ilə bağlı məhkəməyə müraciət edərkən iddia ərizəsində ilkin ödənişin 13000 manat məbləğində olduğunu qeyd etmiş, İddiaçı MMC isə birinci, apelasiya və kassasiya instansiyaları məhkəmələrində ilkin ödənişin 13000 manat deyil, 36810 manat məbləğində olmasını mübahisələndirdiyini təsdiq edən subutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə diqqətə çatdırır ki, keçirilmiş məhkəmə baxışlarında İddiaçı MMC-nın ödədiyi vəsaitlər nəzərə alındığına görə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-93/2021 saylı qətnaməsi İddiaçı MMC-dən 40610 manat əsas borc və 4600 manat cərimə pulu olmaqla ümumilikdə 45210 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tələbini sübuta yetirdiyi təqdirdə də, tələb rədd edilməlidir. Belə ki, iddiaçının istinad etdiyi kimi 20000 manat məbləğində vəsait xx.xx.2012-ci il tarixədək ödənildiyindən, lizinqa götürülən avadanlıq lizinq verənə xx.xx.2016-cı il tarixdə geri qaytarıldığına görə iddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı 36810 manat pulun, mediasiya prosesi üçün ödənilmiş 200 manat olmaqla cəmi 37010 pulun alınaraq xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı 36810 manat pulun, mediasiya prosesi üçün ödənilmiş 200 manat olmaqla cəmi 37010 pulun alınaraq xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2814/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2814/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver