Məhkəmə qərarları › İş №e-2-2(113)-2815/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2815/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2815/2022 13.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 610,002.93 AZN (altı yüz on min iki manat doxsan üç qəpik) pul məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat xidmət haqqının və ödənilmiş 500 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra- cavabdeh) arasında xx.xx.2021-ci il tarixli, №21/08 saylı borcların qarşılıqlı əvəzləşdirilməsi müqaviləsi (bundan sonra- müqavilə) bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən İddiaçı MMC ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasındakı 15 may 2015-ci il tarixli № 20150515/ATL/SD/001 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin müqavilə üzrə "xxxx" Şirkətinin AR-dəki filialının 644,792.99 AZN (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) məbləğində İddiaçı MMC-yə borcu vardır. Müqavilənin 2-ci maddəsinə qeyd edilmişdir ki, “Həmin borc məbləğinin ödənilməsi məqsədi ilə tərəflər razılığa gəlirlər ki, "xxxx" Şirkətinin AR-dəki filialı 15 may 2015-ci il tarixli № 20150515/ATL/SD/001 saylı müqavilə üzrə öhdəliyin yerinə yetirilməmiş hissəsinin, yəni 644,792.99 AZN (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) pulun ödənilməsi öhdəliyini (bundan sonra – “öhdəlik”) Cavabdeh ASC-yə ötürür (tapşırır), Cavabdeh ASC “Öhdəliyi” qəbul edir, İddiaçı MMC isə “Öhdəliyin” "xxxx" Şirkətinin AR-dəki filialı tərəfindən Cavabdeh ASC-yə ötürülməsinə etiraz etmir”. Müqavilənin 3-cü maddəsinə əsasən “Müqavilə” bağlandıqdan sonra, Cavabdeh ASC “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkətinin” AR-dakı filialı ilə bərabər, müştərək qaydada 644.792,99 AZN (altı yüz qırx dörd min yeddi yüz doxsan ikimanat doxsan doqquz qəpik) pulun ödənilməsi öhdəliyini daşıyır. Cavabdeh ASC həmin öhdəliyi İddiaçı MMC qarşısında tam və qeyd-şərtsiz icra edəcəyini qəbul edir və “Müqavilə” bağlandıqdan sonra 2021-ci ilin sonuna qədər 644.792,99 AZN (altı yüz qırx dörd min yeddi yüz doxsan ikimanat doxsan doqquz qəpik) məbləğində pul vəsaitini İddiaçı MMC-nin müvafiq bank hesabına köçürəcəyini vəd edir” AR qanunvericiliyinə və bağlanmış Müqaviləyə əsasən yaranmış ümumi borc məbləğindən 34,790.06 AZN qarşılıqlı əvəzləşdirmə ilə ümumi borcdan çıxılmış, qalıq 610,002.93 AZN (altı yüz on min iki manat doxsan üç qəpik) borcun ödənilməli olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, qeyd olunan pul məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Bununla bağlı olaraq dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC, İddiaçı MMC, "xxxx" Şirkətinin AR-dakı Filialı olmaqla imzalanmış 21/08 nömrəli, 13 avqust 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə “Alke İnşaat Sanayi Ve Ticaret Anonim Şirkətinin” AR-dakı filialı arasında 15 may 2015-ci il tarixli № 20150515/ATL/SD/001 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Halhazırda, həmin müqavilə üzrə “Alke İnşaat Sanayi Ve Ticaret Anonim Şirkətinin” ARdakı filialının 644.792,99 AZN (altı yüz qırx dörd inin yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) məbləğində İddiaçı MMC-yə borcu vardır. 2-ci bənd əsasən həmin borc məbləğinin ödənilməsi məqsədi ilə tərəflər razılığa gəlirlər ki, “Alke İnşaat Sanayi Ve Ticaret Anonim Şirkətinin” AR-dakı filialı 15 may 2015-ci il tarixli № 20150515/ATL/SD/001 saylı müqavilə (bundan sonra- “alqı-satqı müqaviləsi”) üzrə öhdəliyin yerinə yetirilməmiş hissəsinin, yəni 644.792,99 AZN (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) pulun ödənilməsi öhdəliyini (bundan sonra- “öhdəlik”) Cavabdeh ASC-yə ötürür (tapşırır), Cavabdeh ASC “Öhdəliyi” qəbul edir, İddiaçı MMC isə “öhdəliyin” “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkətinin” ARdakı filialı tərəfindən Cavabdeh ASC-yə ötürülməsinə etiraz etmir.3-cü bəndə əsasən “müqavilə” bağlandıqdan sonra, "xxxx" ASC “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkətinin” AR-dakı filialı ilə bərabər, müştərək qaydada 644.792,99 AZN (altı yüz qırx dörd min yeddiyi'ız doxsan iki manat doxsan doqquz qəpik) pulun ödənilməsi öhdəliyini daşıyır. "xxxx" ASC həmin öhdəliyi İddiaçı MMC qarşısında tam və qeyd-şərtsiz icra edəcəyini qəbul edir və “Müqavilə” bağlandıqdan sonra 2021-ci ilin sonuna qədər 644.792,99 AZN (altı yüz qırx dörd min yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) məbləğində pul vəsaitini İddiaçı MMC-nin müvafiq bank hesabına köçürəcəyini vəd edir. 5-ci bəndə əsasən müqavilə “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkətinin” AR-dakı filialının İddiaçı MMC qarşısında “alqı-satqı müqaviləsi” üzrə yaranmış öhdəliklərinə xitam vermir və ya dəyişdirmir. “Alqı-satqı müqaviləsi” və ya bu müqavilə üzrə yaranmış öhdəliklər yerinə yetirilmədiyi təqdirdə İddiaçı MMC tələblərini öz mülahizəsinə əsasən “Alke İnşaat Sanayi Ve Ticaret Anonim Şirkətinin” AR-dakı filialına və ya "xxxx" ASC-yə, və ya müştərək qaydada onların hər ikisinə yönəldə bilər. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 400 manat 6 saylı mediasiya təşkilatına məxsus bank hesabına ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC, Cavabdeh MMC və “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin AR-dakı Filialı arasında öhdəliklərin verilməsinə dair müqavilə imzalanmış, “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin AR-dakı Filialı İddiaçı MMC-yə olan 644.792,99 AZN (altı yüz qırx dörd inin yeddi yüz doxsan iki manat doxsan doqquz qəpik) məbləğində borcun ödənilməsi öhdəliyini Cavabdeh MMC-yə ötürmüş, sonuncu bu öhdəliyi qəbul etsə də icra etməmişdir. Belə olan halda İddiaçı MMC ödənilməmiş borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəyə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3.-cü maddəyə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Məhkəmə iş materiallarını və sadalanan maddi hüquq normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 610,002.93 (altı yüz on min iki manat doxsan üç qəpik) manat Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 400 (dörd yüz) manat mediasiaya xərci, 500 (beş yüz manat) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaşçının xeyrinə tutulımalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 610,002.93 manat (altı yüz on min iki manat doxsan üç qəpik), ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat xidmət haqqı və ödənilmiş 500 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar