Məhkəmə qərarları › İş №e-2-2(113)-2816/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2816/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2816/2021 26.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı əmtəə nişanından və xidmət nişanından istifadəyə son qoyulması, əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq iddiaçı “xxxx” Şirkətinin xeyrinə 100000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı qismində Koreya Respublikasının “xxxx” Şirkəti olsa da, iddia ərizəsini imzalamış nümayəndə (vəkil) İddiaçı etibarnamə üzrə bu hüququ “xxxx” Şirkəti deyil, X1 yerləşən X4 East FZE vermişdir. Azərbaycan Respublikası MPM-in: 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı 24 may 2021-ci il tarixli, **********86 nömrəli qəbz geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ərizəni “Elektron məhkəmə” informasiya sistemində yerləşdirərkən həmin ərizənin elektron formada tərtib edilməsi və sənədlərin elektron qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində müəyyən etdiyi istifadə qaydalarına riayət etməmişdir. Belə ki, sistemə yerləşdirilmiş iddia ərizəsində (tərəflər-bölməsində) İddiaçı qeyd olunsa da, ərizədə iddiaçı “xxxx” Şirkəti göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin: 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı əmtəə nişanından və xidmət nişanından istifadəyə son qoyulması, əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı 24 may 2021-ci il tarixli, **********86 nömrəli qəbz geri qaytarılsın. İddiaçı “xxxx” Şirkətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar