Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2828/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4 oglunun, Cavabdehin nümayəndəsi X2 oglunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X3rşı cavabdehdən 10970,38 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq iddiaçıya ödənilməsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 10970,38 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Qaz İxrac” İdarəsi ilə “İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında ( SOCARın xx.xx.2011-ci il tarixli 7 nömrəli əmri ilə təsdiq olunmuş) xx xxxxxxxx 2019-cu il tarixli SOCAR **********20370861X00023 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqaviləyə edilmiş 1 nömrəli əlavədə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən malmateriallar ilə alıcını təchiz etməyə borcludur. Müqavilənin 4-cü maddəsinə əsasən ödəniş 30 faiz avans və qalan 70 faiz mal bütün və ya hissə-hissə alındıqdan və müvafiq təhvil təslim aktı imzalandıqdan sonra 30 (otuz) gün ərzində satıcının hesabına köçürüləcəkdir. Qeyd edilən müqaviləyə 1 nömrəli əlavəyə əsasən 68 adda ümumi dəyəri ƏDV daxil 29171, 80 manat təşkil edən mal-material təhvil verilmişdir. Hal-hazırda qeyd edilən müqavilələr üzrə hər iki subyektin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx xxxxx 2020- ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Qaz İxrac” İdarəsinin alınmış mallara görə “İnvest Alyans –VN Məhdud Məsuliyyətli Cəmiyyətinə 10970 manat 38 qəpik məbləğində borcunun olması müəyyən olunmuşdur. Mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) həlli üçün cavabdehə bildiriş verilmiş, lakin, mübahisənin həllinə nail olunmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, X5 ilə “İnvest Alyans –VN MMC arasında xx xxxxxxxx 2019-cu il tarixli malların satınalmasına dair müqavilə baglanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında icra etmişdir. 10970,38 manat kreditor borcun yaranmasının səbəbkarı cavabdeh olmamışdır. Belə ki, tərəflərindən 10970,38 manat vəsaiti iddiaçının bank hesabına köçürmək istəsələr də, yaranmış kreditor borcun ƏDV ödənişi zamanı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Bu vergi ödəyicisinin əmtəəsiz maliyyə əməliyyatlari və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” mesajı verilmişdir. Mübahisələndirilən borcun iddiaçıya köçürülməməsinin yeganə səbəbi bu olmuşdur. Sonda Cavabdehin nüməyəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Nizamnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı xx xxxxxx 2018-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı müqavilə imzalandıqdan sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli qoşmada markası, miqdarı, qiyməti üzrə spesfik xüsusiyyətləri mal-materiallar ilə alıcını təchiz edəcəkdir. Ödəniş 30% avans və qalan 70% mal bütün və ya hissə-hissə alındıqdan və müvafiq təhvil təslim aktı imzalandıqdan sonra 30 gün ərzində satıcının hesabına köçürüləcəkdir. xx xxxxx 2020-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, cavabdehin iddiaçıya olan borcu 10970 manat 38 qəpik təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli malların alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müqaviləyə edilmiş 1 nömrəli əlavədə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə alıcını təchiz etmişdir. Cavabdehin iddiaçıya olan borcu 10970 manat 38 qəpik təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 10970 manat 38 qəpik məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X5ndən 10970,38 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2828/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2828/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver