Məhkəmə qərarları › İş №e-2-2(113)-283/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-283/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-283/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 2018/ST-54 nömrəli müqavilə üzrə yaranmış 10265,53 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, "İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 2018/ST- 54 saylı "Sumqayıt terminal” xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən cavabdehin sifarişinə əsasən iddiaçı boş və ya dolu vaqonların təhvil alınması, yoxlanılması, saxlanması və daşınması, terminalın ərazisində hərəkət edilməsi, yükün yüklənməsi və boşaldılması işlərinin yerinə yetirilməsi, konteynerlərlə və vaqonlarla bağlı yüklərin idxal və ixrac edilməsi, konteynerin və vaqonların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması, konteynerin dəmir yolu platformasına və ya yükün yük maşınından vaqona yerləşdirilməsi sahələrində xidmət göstərmişdir. Cavabdeh MMC göstərilmiş xidmətlər müqabilində vaxtı-vaxtında xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC onunla bağlanmış 2018/ST-54 nömrəli müqavilənin 5.1-ci və 5.5-ci bəndlərinin şərtlərini pozaraq göstərilən xidmətlərin haqqına görə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər olan dövr üzrə ümumi olaraq 10265,52 manat məbləğində ödənilməmiş qalıq borcu yaranmışdır. Cavabdeh "Cavabdeh” MMC-yə pretenziya qaydasında mübahisənin nizama salınması üçün xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində xəbərdarlıq məktubu göndərilmişdir. Buna baxmayaraq, Cavabdeh MMC borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Həmçinin 2018/ST-54 saylı müqavilənin 4.5-ci bəndində qeyd olunur ki, "Bu müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi halları baş verdikdə, günahkar tərəf digər tərəfin çəkdiyi əlavə xərcləri və zərərin ödənilməsini təmin edir”. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli 2018/ST-54 saylı “Sumqayıt Terminal” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən “Sumqayıt Terminal” Cavabdeh-nin sifarişinə əsasən öz terminalında boş və ya dolu vaqonların (konteyrların) təhvil alınması, yoxlanılması, saxlanmı və daşınması, terminalın ərazisində hərəkət edilməsi, yükün yüklənməsi və boşaldılması işlərinin yerinə yetirilməsi, konteynerlərlə və vaqonlarla bağlı yüklərin idxal və ixrac edilməsi, konteynerin və vaqonların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə yüklənməsi/boşaldılması və konteynerin dəmir yolu platformasına və ya yükün yük maşınından vaqona yerləşdirilməsi sahələrində xidmət göstərməyi, Cavabdeh MMC isə həmin göstərilmiş xidmətlər müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. - 113İPXO200731031 saylı ödəniş qəbzindən göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixində 7333 manat ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2018/ST-54 nömrəli müqavilə üzrə 2020-ci ilin İ rübü üzrə qarşılıqlı hesablamaların üzləşmə aktına əsasən xx.xx.2020-xx.xx.2020-ci il dövr üzrə 17147,76 manat dəyərində göstərilmiş xidmət üzrə 7333 manat ödəniş edilmiş və üzləşmənin nəticəsi olaraq 10265,52 manat ödənilməmiş xidmət haqqı qaldığı qeyd olunmuşdur. - Göstərilmiş terminal xidməti üzrə Cavabdeh MMC-nin 28.12.29-cu il tarixli, 148/12 saylı hesab üzrə 450,76 manat, xx.xx.2020-ci il tarixli 56/01 saylı hesab üzrı 641,34 manat, xx.xx.2020-ci il tarixli 84/01 saylı hesab üzrə 678,60 manat, xx.xx.2020-ci il tarixli 99/01 saylı üzrə 4173,66 manat, xx.xx.2020-ci il tarixli 17/02 saylı hesab üzrə 2065 manat, xx.xx.2020-ci il tarixli 33/02 saylı hesab üzrə 442,50 manat, xx.xx.2020-ci il tarixli 53/03 saylı hesab üzrə 1518,66 manat, xx.xx.2020-ci il tarixli 72/03 saylı hesab üzrə 295 manat olmaqla ümumilikdə 1065,52 manat borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. İşdən göründüyü kimi tərəflər arasında xx.xx.2018-ci il tarixli 2018/ST-54 saylı “Sumqayıt Terminal” xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən Sumqayıt Terminal” Cavabdeh-nin sifarişinə əsasən öz terminalında boş və ya dolu vaqonların (konteyrların) təhvil alınması, yoxlanılması, saxlanmı və daşınması, terminalın ərazisində hərəkət edilməsi, yükün yüklənməsi və boşaldılması işlərinin yerinə yetirilməsi, konteynerlərlə və vaqonlarla bağlı yüklərin idxal və ixrac edilməsi, konteynerin və vaqonların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə yüklənməsi/boşaldılması və konteynerin dəmir yolu platformasına və ya yükün yük maşınından vaqona yerləşdirilməsi sahələrində xidmət göstərməyi, Cavabdeh MMC isə həmin göstərilmiş xidmətlər müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdehin müvafiq sifarişlərini yerinə yetirərək yüklərin daşınmasını həyata keçirmişdir və təyinatı üzrə çatdırmışdır. Lakin cavabdeh müqavilənin 1.1-ci və 5.1-ci bəndlərinin şərtlərini pozaraq iddiaçının göstərdiyi xidmətlərə razılaşdırılmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Bununla belə cavabdeh cəmiyyət isə müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2018/ST-54 nömrəli müqavilə üzrə 2020-ci ilin İ rübü üzrə qarşılıqlı hesablamaların üzləşmə aktına əsasən xx.xx.2020-xx.xx.2020-ci il dövr üzrə 17147,76 manat dəyərində göstərilmiş xidmət üzrə 7333 manat ödəniş edilmiş və üzləşmənin nəticəsi olaraq 10265,52 manat ödənilməmiş xidmət haqqı qalmışdır. Göründüyü kimi müqavilə üzrə cavabdehin cəmi borcu 10265,52 təşkil etmiş və həmin borcun tam ödənilməməsini cavabdeh aktla təsdiq etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 10265,52 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia təmin olunmalıdır. İddia təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 10265,52 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar