Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2843/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 74.138,20 manat əsas borcun, 7.413,80 manat məbləğində cərimənin, 400 manat məbləğində mediasiya ödənişinin və 313 manat məbləğində dövlət rüsumunun, cəmi 82.265 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 103/17 saylı 19 iyul 2017-ci il tarixli və AGC009A/2018 saylı 01 may 2018-ci il tarixli alqısatqı müqaviləri imzalanmışdir. Həmin müqavilələrə əsasən tərəflərindən xx.xx.2017 –ci il tarixdə EAAB 889068 saylı, xx.xx.2017-ci il tarixdə EAAC 062480 saylı, xx.xx.2017-ci il tarixdə EAAC 313096 saylı, xx.xx.2018-ci il tarixdə EAAK 197276 saylı, xx.xx.2018-ci il tarixdə EAAK 197084 saylı, xx.xx.2018-ci il tarixdə EAAN 785313 saylı, xx.xx.2018-ci il tarxdə EAAN 803930 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 180043 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 247336 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 208499 saylı və xx.xx.2019-cu il tarixdə EAAQ 397455 saylı elektron qaimələr əsasında, ümumilikdə 307.602,90 manat dəyərində elektrik sistemlərinə aid bəzi mallar cavabdehə satılmışdır. Cavabdeh ona satılmış maların ümumi dəyərindən 233.464,70 manat ödəniş həyata keçirmişdir. Lakin aldıqları malların dəyərinin bir hissəni ödəsə də, 74.138,20 manat (ƏDV-siz) dəyərində malların borcunu bu günə kimi ödəməmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Bildirmək istəyirlər ki, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malın tam dəyərini 3 ilə yaxın müddət keçməsinə baxmayaraq sadəcə malın təhvil sənədinin olmaması səbəbini əsas gətirməklə ödəməkdən imtina etməkdədir. Onu da qeyd etmək istəyirlər ki, cavabdeh şirkətlərindən almış olduğu bütün malların Qaradağ rayonu Lökbatan yolunda tikmiş olduğu malların saxlama anbarında istifadə etmişdir. Bu səbəbdən malların onlara təhvil verilmədiyini əvvəllər də əsas gətirdikləri üçün hər iki şirkətin səlahiyyətli nümayəndələri tərəfindən həmin anbarda görüşülərək verilmiş mallar onlara yerində göstərilməklə aralarında olan anlaşılmamazlıqlar razılaşdırılsa da, nəticədə borc yenə də ödənilməmişdir. Bilindiyi kimi, 01 yanvar 2018-ci il tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Eyni zamanda Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. İddiaçı MMC bu qaydalarda göstərilən tələblər əsasında elektron qaimələri mal təhvil verildiyi gün "xxxx" MMC-nin vergi elektron qaimə kabinetinə göndərmişdir. Bilindiyi kimi, malın və ya xidmətin icra edilməsindən sonra elektron qaimə satıcı tərəfindən alıcıya göndərildikdən 5 gün müddətində həmin qaiməyə münasibətini elektron sistem üzrə bildirməsi imkanı tanınmışdır. Qeyd edilən müddət ərzində alıcı göndərilən bu qaimələrdən yalnız EAAQ 397455 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməni heç bir əsas göstərmədən (sistemdə mövcuddur) geri qaytarmışdır. Tərəflərindən geri qaytarılmış qaimə üzrə dəfələrlə cavabdehlə danışıqlar aparılsa da, eyni zamanda yerində həmin mallar da cavabdehin nümyəndəsinə göstərilsə də, onlar şirkətləri tərəfindən təkrar göndərilən qaiməni yenidən heç bir səbəb göstərmədən geri qaytarmışlar. Qeyd etmək istəyirlər ki, Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına belə anlaşılır ki, hər hansı satıcı bir təşkilat yalnız o halda elektron qaimə göndərməlidir ki, mal, iş və xidmət artıq icra edilmişdir. Bundan əlavə, tərəflərindən cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya xidmətinə müraciət edilmişdir. Hazırkı mübahisənin ilkin mediasiya mərhələsində araşdırılması zamanı mediator Raman Abışov tərəfindən hər iki tərəfin nümayəndəlrinin iştirakı ilə malların faktiki verilib-verilməməsini müəyyən etmək məqəsdilə cavabdehə məxsus Qaradağ rayonu Lökbatan yolunda tikmiş olduğu malların saxlama anbarına yerində baxış keçirilməsi təklif olunmuşdur. Cavabdeh ilk öncə buna razılığını bildirməklə nümayəndənin təyin olunması üçün vaxt istəsə də, sonradan mediatorun bu təklifindən birtərəfli qaydada imtina etmişlər. Bu səbəbdən mediasiya prosesində mübahisə həll edilmədən məhkəmə müstəvisinə çıxarılmışdır. Hesab edirlər ki, hazırkı mübahisəyə baxılan zaman məhkəmə həqiqətə nail olma və işin obyektiv həlli üçün malların cavabdehə faktiki verilibverilməməsini müəyyən etmək məqəsdilə Qaradağ rayonu Lökbatan yolunda tikilmiş olan malların saxlama anbarına yerində baxış keçirilməsi üçün mütəxəssisin cəlb edilməsi və ya tikinti texniki ekspertizanın keçirilməsi barədə qərar qəbul etməsi zəruridir. Bildirirlər ki, cavabdeh ilə aralarında bağlanılmış müqavilənin 10.5- ci bəndinə görə, alıcı bu müqavilə üzrə malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,1%-i miqdarında “Satıcıya” dəbbə pulu ödəyir. Müqavilənin 10.6-cı bəndin əsasən, ödəniləcək cərimələrin ümumi məbləği malların dəyərinin 10 (on) faizindən artıq ola bilməz. Hesab edirlər ki, cavabdeh tərəflər arasında bağlanılmış müqaviləsinin şərtlərini birtərəfli qaydada pozmaqla 74.138,20 manat əsas borc öhdəliyini 3 ildən artıq müddət keçsə də icra etmədiyi üçün müqavilənin 10.6-cı bəndi üzrə həmin borcun 10%-i həcmində cərimə haqqı olaraq 7.413,80 manat tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2022-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 103/17 saylı, 19 iyul 2017-ci il tarixli və AGC- 009A/2018 saylı, 01 may 2018-ci il tarixli alqı-satqı müqavilələri əsasında hazırlanmış 19 iyul 2017-ci il tarixli X1na əsasən 15.078,40 manat (ƏDV xaric), 09 avqust 2017-ci il tarixli X1na əsasən 15.426 manat (ƏDV xaric), 01 may 2018-ci il tarixli 2 ədəd X1na əsasən 64.400 manat və 26.800 manat (ƏDV xaric), 19 iyun 2018 tarixli X1na əsasən 111.160,28 manat (ƏDV xaric) məbləğində müxtəlif ödənişlər nəzərdə tutulmuşdur. İkitərəfli imzalanmış həmin sənədlər əsasında tərəflərindən 25 iyul 2017-ci il tarixində 15.078,40 manat (ƏDV xaric), 25 avqust 2018-ci il tarixində 15.426 manat (ƏDV xaric), xx.xx.2018-ci il tarixində 91.200 manat (ƏDV xaric), 02 iyul 2018-ci il tarixində 111.160,28 manat (ƏDV xaric) vəsait İddiaçı MMC-nin Müqavilədə qeyd olunan bank hesabına köçürülmüş, (ödəniş tapşırıqları əlavə olunur), beləliklə də, müqavilələr üzrə yaranmış 232.864 manat (ƏDV xaric) məbləğində pul öhdəliyi tərəflərindən tam məbləğdə ödənilərək öhdəlik icra olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edə bilərlər ki, Cavabdeh MMCnin sözügedən müqavilələr əsasında heç bir borcu yoxdur. İddiaçı MMC-nin yuxarıda qeyd olunanlardan əlavə ikitərəfli imzalanmış hər hansı bir sənədi rəsmi formada Cavabdeh MMC-yə təqdim etməmişdir. Həmçinin bildirirlər ki, məhkəmə işinə əlavə edilmiş 198654 saylı, xx.xx.2017-ci il tarixli, 931054 saylı, xx.xx.2017-ci il tarixli, 197084 saylı, xx.xx.2018ci il tarixli, 056539 saylı, xx.xx.2018-ci il tarixli, 197276 saylı, xx.xx.2018-ci il tarixli, 180043 saylı, xx.xx.2018-ci il tarixli, 247336 saylı, xx.xx.2018-ci il tarixli elektron vergi hesabfakturaları üzrə “Agrarco" MMC tərəfindən ümumi 232.864 manat (ƏDV xaric) məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən EAAO 208499 saylı elektron qaimə və məhkəmə işinə əlavə edilmiş 38.485 manata dair sənəd həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olmadığından və İnternet Vergi İdarəsi vasitəsilə alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülmədiyindən nəzərə alına bilməz. Bundan əlavə iddiaçın iddia etdiyi 74.138,20 manat məbləğə dair iki tərəfli imza edilmiş və həmin müqavilə predmetinin Cavabdeh MMC tərəfindən alışını sübuta yetirən X1, Təhvil-təslim aktı təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2-ci bəndində elektron qaimə-fakturada hansı məlumatlar əks etdirildiyi qeyd edilmişdir. Bu səbəbdən, məhkəmə işinə əlavə edilmiş 38.485 manata dair sənəd həmin Qaydaların 2.2ci bəndinə uyğun olmadığından sübut şəklində qəbul edilə bilməz. İddiaçı elektron qaimələr tərtib edərək, Cavabdeh MMC-nin İnternet Vergi İdarəsi vasitəsilə alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülmüş, Cavabdeh MMC tərəfindən bununla bağlı hər hansı əməliyyat aparmadığı üçün sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1,2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. Bu səbəbdən elektron qaimələr malların həqiqətən alıcıya verildiyini təsdiq edən sənəd kimi çıxış edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.6-ci bəndinə əsasən elektron qaiməfaktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Göründüyü kimi elektron qaimə-faktura alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər əsasında doldurulmalıdır. Lakin İddiaçı MMC tərəfindən iddia etdiyi 74.138,20 manat məbləğə dair iki tərəfli imza edilmiş və həmin müqavilə predmetinin Cavabdeh MMC tərəfindən alışını sübuta yetirən X1, Təhvil- təslim aktı təqdim edilməmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış AGC-009A/2018 saylı, 01 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsəsən bu müqavilənin şərtlərinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissələri olan ardıcıl nömrələnmiş və hər iki tərəfdən imzalanmış müvafiq sifariş formalarında göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə, istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların təhvil verilməsi müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 103/17 saylı, 19 iyul 2017-ci il tarixli müqaviləsinin 4.1-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırma protokoluna əsasən müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 103/17 saylı, 19 iyul 2017-ci il tarixli və AGC-009A/2018 saylı, 01 may 2018-ci il tarixli alqısatqı müqavilələrində qeyd edildiyi kimi Müqavilənin ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırma protokolu əsasında malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi müəyyən edilir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, “Şok Elektro" MMC ilə “Agrarco" MMC arasında imzalanmış müqavilələrin 19 iyul 2017-ci il tarixli və 01 may 2018-ci il tarixli olmasını nəzərə alaraq iddia müddəti keçmişdir. İddiaçı MMC iddia ərizəsində 3 il keçməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən malın dəyərinin ödənilmədiyi, Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixli elektron qaimənin geri qaytardığını qeyd etmişdir. İddiaçı MMC 3 ildən artıq müddətdir ki öz hüquqlarının pozulduğunu bilmiş və iddia müddətini keçirmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 103/17 saylı, 19 iyul 2017-ci il tarixli və AGC-009A/2018 saylı, 01 may 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və Tərəflərin hazırkı Müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsi anınadək qüvvədə qalır. "Şok Elektro” MMC ilə Cavabdeh MMC arasında imzalanmış 103/17 saylı, 19 iyul 2017-ci il tarixli və AGC-009A/2018 saylı, 01 may 2018-ci il tarixli alqı-satqı müqavilələri əsasında hazırlanmış qiymətlərin razılaşma protokollarına əsasən pul öhdəliyi Cavabdeh MMC tərəfindən tam məbləğdə ödənilərək öhdəlik icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə dair yazılı etiraz verərək qeyd etmişdir ki, cavabdeh ilə iddiaçı arasında hazırkı mübahisə üzrə borc öhdəliyi sonuncu, yəni xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmışdır. Sözügedən müqavilə ilə tərəflər arasında sonuncu ticarət münasibətləri xx.xx.2019-cu il tarixdə malların alqı-satqısı üzrə baş tutmuş, həmin malların dəyəri cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə icra edilmişdir. Tərəflərindən cavabdehə borcun ödənilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə, yəni 3 illik iddia müddəti keçməmiş göndərilmişdir. Qeyd etmək istəyirlər ki, cavabdehlə hazırkı mübahisənin mediasiya mərhələsində həll edilməsi barədə iddiaçı tərəfindən 2022-ci ilin fevral ayının 15-də müraciət edilmiş bu hal da iddia müddətinin axımını dayandırmışdır. Mediasiya mərhələsində araşdırma aparılmasından sonra xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sesiyasından imtina barədə tərəflərindən arayış əldə edilmiş sonra iddia ərizəsi tərtib edilməklə ilk öncə cavabdehin xx.xx.2022-ci il tarixdə elektron kabinetinə, 2022-ci ilin may ayının əvvəlində poçt vasitəsi ilə yerləşdiyi ünvana və xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət edilmişdir. Bundan əlavə, cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 15.1-ci bəndində müəyyən edilmişdir ki, bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və tərəflərin hazırkı müqavilə üzrə öhdəliklərinin tam verinə yetirilməsi anınadək qüvvədə qalır. Qeyd edilənlərlə əsasən hesab edirlər ki, cavabdehin hazırkı mübahisə üzrə müddətin tətbiqinə dair ərizəsi əsassızdır bu səbəbdən də iddia tələbləri üzrə obyektiv araşdırma aparılmaqla tələblərinin təmin edilməsi barədə ədalətli və qanuni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə və iddia müddətinin tətbiqinə dair ərizəyə dair yazılı etiraz ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraza və iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, mübahisə yaranan dövrdə İddiaçı MMC-də mühəndis vəzifəsində çalışırdı. Mübahisə predmeti olan malların istehsalında iştirak etmişdir. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, təhvil verilən mallar kabellərdir, yüksək gərginlik yuvaları, aydınlatma lövhələri, elektrik şkafları və digər elektrik qurğulardır. Mallar pandemiyadan əvvəl təhvil verilib. Dəqiq tarix yadında deyil. Mallar hissə-hissə təhvil verilib. Malların dəyərinin ödənilib-ödənilməməsi barədə məlumatı yoxdur. Malların bir hissəsini özləri istehsal edirdilər, bəzilərini isə alıb satırdılar. Əsasən elektrik şkaflarını özləri istehsal edirdilər. Kabelləri onlar istehsal etmirlər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 19 iyul 2017-ci il tarixli, 103/17 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə elektrik mallarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya təhvil verməlidir. 3.1-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini ödəməlidir. 3.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməli olan vəsaitin 0,01%-i məbləğində cərimə ödəyəcəkdir. 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan X2 əsasən müəyyən edilir 5.1-ci bəndinə əsasən malın alıcıya çatdırılması tərəflərin qarşılıqlı razılığına əsasən həyata keçirilir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz vəzifələrini icra edənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 19 iyul 2017-ci il tarixli, 103/17 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, müxtəlif adda, ölçüdə, çeşiddə, miqdarda və qiymətdə olan ümumi dəyəri (15.078,40+2.714,11 manat ƏDV) 17.792,51 manat təşkil edir. Bu əlavə 19 iyul 2017-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və tərəflər arasında hesablaşmaq üçün əsas hesab edilir. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 19 iyul 2017-ci il tarixli, 103/17 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu üzrə 15.078,40 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixli, HO seriyalı, 931054 saylı elektron vergi hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 19 iyul 2017-ci il tarixli, 103/17 saylı müqavilə üzrə 17.792,51 manat məbləğində olan malların təqdim edilməsinə dair hesab-faktura tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli, HP seriyalı, 056539 saylı elektron vergi hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 19 iyul 2017-ci il tarixli, 103/17 saylı müqavilə üzrə 6.993,86 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron hesab-faktura Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. 19 iyul 2017-ci il tarixli, 103/17 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən müxtəlif adda, ölçüdə, çeşiddə, miqdarda və qiymətdə olan ümumi dəyəri (15.426+2.776,68 manat ƏDV) 18.202,68 manat təşkil edir. Bu əlavə 19 iyul 2017-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və tərəflər arasında hesablaşmaq üçün əsas hesab edilir. Əlavə 3 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. “xx.xx.2017-ci il tarixli, HP seriyalı, 198654 saylı elektron vergi hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 19 iyul 2017-ci il tarixli, 103/17 saylı müqavilə üzrə 11.712,68 manat məbləğində olan malların təqdim edilməsinə dair hesab-faktura Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 19 iyul 2017-ci il tarixli, 103/17 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu üzrə 15.426 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı malların alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin: 2.1-ci bəndinə görə bu müqavilənin şərtlərinə əsasən satıcı hazırki müqavilənin ayrılmaz hissələri olan ardıcıl nömrələnmiş və hər iki tərəfdən imzalanmış müvafiq sifariş formalarında (Əlavə) göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətdə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən malların təhvil verilməsi müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun. 3.4-cü bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaimə-faktura) əsasında həyata keçirəcək. 3.6-cı bəndinə əsasən malların alıcıya təhvil verilməsi müddətləri və yeri müqavilənin müvafiq əlavəsində müəyyən edilir. 3.7-ci bəndinə əsasən mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı. Markalanmalı və müəyyənləşdirilmiş təyinat məntəqəsində təhvil verilməlidir. 5.1.4-cü bəndinə görə alıcının sifarişi ilə malların alıcıya müvafiq qaydada təhvil verilməsini təmin etmək satıcının öhdəliklərindəndir. 5.3.1-ci bəndinə görə hazırki müqavilənin şərtlərinə uyğun təhciz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliklərindəndir. 10.5-ci bəndinə əsasən alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq satıcıya təhvil verməsi və müvafiq sənədləşdirmələri aparmasına baxmayaraq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. 10.6-cı bəndinə əsasən bu müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği malların qiymətinin 10%-dən artıq olmamalıdır. 15.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və tərəflərin hazırki müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsi anınadək qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2018-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1 metrin qiyməti 11,50 manat olan 5.600 metrlik Kabelin (N)2AXSY 1x185/25 10 kvt ümumi dəyəri (64.400+11.592 manat ƏDV) 75.992 manat təşkil edir. Bu əlavə 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir və tərəflər arasında hesablaşmaq üçün əsas hesab edilir. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2018-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1 ədədin qiyməti 13.400 manat olan 2 ədəd transformatorun TMQ 1000/6-0.4 ümumi dəyəri (26.800+4.824 manat ƏDV) 31.624 manat təşkil edir. Bu əlavə 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir və tərəflər arasında hesablaşmaq üçün əsas hesab edilir. Əlavə 2 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 91.200 manat məbləğində ödəniş edilmişdir. 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2018-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən müxtəlif adda, ölçüdə, çeşiddə, miqdarda və qiymətdə olan ümumi dəyəri (111.160,28+20.008,85 manat ƏDV) 131.169,13 manat təşkil edir. Bu əlavə 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir və tərəflər arasında hesablaşmaq üçün əsas hesab edilir. Əlavə 3 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 197276 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı müqavilə üzrə 75.992 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 197084 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı müqavilə üzrə 31.624 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 111.160,28 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 785313 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 39.707,59 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 803930 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 2.226,66 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 180043 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 73.916,38 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 247336 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 01 may 2018-ci il tarixli, AGC-009A/2018 saylı müqavilə üzrə 56.885,44 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 397455 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 708 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - Elektron qaimədən (A4 formatlı sənəd) görünür ki, Satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 45.412,30 manat (38.485+6927,30 manat ƏDV) məbləğində olan malların təqdim edilməsinə dair təsdiq edilməmiş (imzalanmamış) elektron qaimə tərtib edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə 5 gün ərzində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında AGC009A/2018 saylı 01 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdeh elektrik mallar təqdim edilmiş və təqdim edilmiş mallara görə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Hazırda iddiaçı iki müqavilə üzrə elektron qaimələr əsasında ümumilikdə 307.602,90 manat dəyərində elektrik sistemlərinə aid malların cavabdehə təqdm edildiyini, cavabdehin isə ona satılmış malların ümumi dəyərindən 233.464,70 manat məbləğində ödəniş etdiyini, 01 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılmış malların dəyərinin 74.138,20 manat (ƏDV-siz) hissəsinin isə ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə iddianı qəbul etmir və tərəflər arasında mübahisəli müqavilələr imzalanmış qiymətlərin razılaşma protokolları və məhkəmə işinə əlavə edilmiş 198654 saylı, xx.xx.2017-ci il tarixli, 931054 saylı, xx.xx.2017-ci il tarixli, 197084 saylı, xx.xx.2018ci il tarixli, 056539 saylı, xx.xx.2018-ci il tarixli, 197276 saylı, xx.xx.2018-ci il tarixli, 180043 saylı, xx.xx.2018-ci il tarixli, 247336 saylı, xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturaları üzrə tərəfindən ümumilikdə 232.864 manat (ƏDV xaric) məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənildiyini və mübahisəli müqavilələr üzrə heç bir öhdəliklərinin qalmadığını, iddiaçının ödənilməsini tələb etdiyi elektron qaimələr üzrə malların isə onlara təqdim edilmədiyini, bundan əlavə iddiaçının iddia etdiyi 74.138,20 manat məbləğə dair iki tərəfli imza edilmiş və həmin müqavilə predmetinin Cavabdeh MMC tərəfindən alışını sübuta yetirən X1, təhvil-təslim aktının təqdim edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı cavabdehin mübahisəli müqavilələr üzrə cavabdehin ona borcunun olmasını təsdiq etmək üçün malların təqdim edilməsinə dair elektron qaimələri və elektron vergi hesab-fakturalarını məhkəməyə təqdim etsə də, cavabdehdən tutulmasını tələb etdiyi borcun hansı qaimələr əsasında yaranmasını konkret göstərməmişdir. Məhkəmə araşdırması zamanı cavabadehin nümayəndəsinin verdiyi izahatlardan, eləcə də cavabdehin təqdim etdiyi yazılı etirazdan aydın olmuşdur ki, iş materiallarına əlavə edilmiş mübahisəli müqavilələr üzrə cəmi ƏDV xaric 232.980 manat məbləğinə dair 198654 saylı, xx.xx.2017-ci il tarixli, 931054 saylı, xx.xx.2017-ci il tarixli, 056539 saylı, xx.xx.2018-ci il tarixli, elektron vergi hesab-fakturaları, 197084 saylı, xx.xx.2018-ci il tarixli; 197276 saylı, xx.xx.2018-ci il tarixli, 180043 saylı xx.xx.2018-ci il tarixli; 247336 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimələr üzrə malların təqdim edilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilmir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə cəmi 232.864,68 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin qaimələr üzrə cavabdehin iddiaçıya borcu 115,32 manat təşkil edir. Qalan elektron qaimələrə (cəmi 7418,20 manat məbləğinə dair) gəldikdə qeyd edilməlidir ki, Cavabdeh MMC həmin qaimələrdə göstərilmiş malların iddiaçı tərəfindən ona təqdim edilməsini inkar edir. İddiaçı isə mübahisəli qaimələr üzrə malların təqdim edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3-cü bəndinə görə bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2-ci bəndinə görə elektron qaimə-fakturada həmin fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) əks etdirilməldir. 3.7-ci bəndinə görə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırkı halda mübahisəli elektron qaimələr əsasında malların təqdim edilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktı və ya digər ilkin sənəd durmadığından həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə hər iki tərəfin qəbul etdiyi elektron qaimələr alqı-satqı müqavilələrinə əlavə kimi təsdiq edilmiş qiymətlərin razılaşdırılması protokollarına əsasən tərtib edildiyi halda cavabdeh tərəfindən mübahisələndirilən elektron qaimələrin əsasında hər iki tərəfin təsdiq etdikləri qiymətlərin razılaşdırılması protokolları durmur. Bundan əlavə məhkəmə mübahisəli elektron qaimələrə münasibətdə həmçinin qeyd edir ki, həmin qailmələrdən xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 397455 saylı elektron qaimə cavabdeh tərəfindən geri qaytarıldığından həmin qaimə elektron sistem tərəfindən təsdiqlənməmişdir (göstərilən faktı hər iki tərəf qəbul edir). Eləcə də digər elektron qaimə - 45.412,30 manat (38.485+6927,30 manat ƏDV) məbləğində olan malların təqdim edilməsinə dair nömrəsiz e-qaimənin isə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməsi və İnternet Vergi İdarəsi vasitəsilə alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə göstərilən elektron qaimələri həmin qaimələrdə göstərilən malların təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməsini mümkün saymır. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlər əsasında mübahisəli müqavilələr üzrə cavabdehin iddiaçıya borcu 115,32 manat məbləğində borcun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən mövcudluğu müəyyən edilmiş 115,32 manat məbləğində borc tələbi də daxil olmaqla bütövlükdə hazırkı iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Belə ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2ci, 378, 379.1.6, 379.4-1 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” AR Qanununun: 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə görə Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Cavabdeh ilə iddiaçı arasında alqı-satqı münasibətlərindən irəli gəlməsi iddia edilən pul öhdəliyi üzrə cavabdehin son ödənişi xx.xx.2018-ci il tarixdə aparılmış, həmin tarixdən etibarən son üç il ərzində sözügedən öhdəliyin kəsilməsinə səbəb olan halların baş verməsi, o cümlədən həmin öhdəlikdən cavabdeh tərəfindən ödəniş edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Mübahisəli müqavilə ilə tərəflər arasında malların alqı-satqısı üzrə sonuncu əməliyyatların xx.xx.2019-cu il tarixdə baş tutması və iddia müddətinin axımının həmin tarixdən başlaması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2019cu il tarixdə malların təqdim edilməsi iş maeriallarına əsasən müəyyən edilmir. Digər tərəfdən iddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə malların təqdim edilməsini və iddia müddəti axımının məhz həmin tarixdən sonrakı tarixdən hesablanmalı olmasını ehtimal etsək belə iddiaçının hazırkı iddianı xx.xx.2022-ci ildə qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır. Belə ki, bu halda xx.xx.2019-cu il tarixdə hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən növbəti gündən - xx.xx.2019-cu il tarixdən hesablanır və müddətin sonuncu günü isə xx.xx.2022-ci il tarixə təsadüf edir. Bu baxımdan iddiaçı 2022-ci ilin fevral ayının 15-də mediasiyaya müraciət edərkən artıq iddia müddətini buraxmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixini iddia müddətinin sonuncu günü kimi qəbul etsək belə bu halda iddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi iddia müddətinin axımını dayandırmış, lakin xx.xx.2021-ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasından imtina barədə arayış təqdim edildiyi gündən (iddiaçı arayışın göstərilən tarixdə təqdim edilməsini qəbul edir) həmin müddət bərpa edilmiş və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbinə dair iddia 115,32 manat məbləğində borcun tutulması hissəsində iddia müddətinin buraxılması əsası ilə, qalan hissədə isə müvafiq pul öhdəliyinin mövcud olmasının iş materiallarına əsasən müəyyən edilməməməsi əsası ilə rədd edilməlidir. Pulun tutulması tələbinə dair əsas iddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddiaçının əsas borca görə hesablanmış 7.413,80 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması üçün əsasların mövcudluğu da müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2843/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2843/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver