Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2848/2021 23.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X3 oğlunun iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 mart 2021-ci il tarixli Hİ 053/2021 saylı müqavilə üzrə ƏDV daxil 15486.32 manat məbləğində borcun, 2542.37 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 18058.69 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23 iyul 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 məhkəməyə barışıq sazişi təqdim edərək tərəflər arasında barışıq sazişinin bağlanıldığını bildirdi. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış, hər iki hüquqi şəxsin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiqlənmiş 22 iyul 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər.
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 2542,37 manat dəbbə pulunun tam məbləğini cavabdehə güzəşt edir.
2. Cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 15516,32 manat məbləğində qəbul edir.
3. Cavabdeh 15516,32 manat məbləğində pulu 2021 -ci ilin iyul ayından başlamaqla hər ayın sonuncu iş günündən gec olmamaqla köçürmə yolu ilə 3 ay ərzində hər ay 5172,10 manat məbləğində ödəməklə tam həcmdə İddiaçıya ödəməyi öhdəsinə götürür.
4. İddiaçı Cavabdehin ona ödəməli olduğu pulun 15516,32 manat məbləğində olmasını təsdiq edir və Cavabdehə qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin sazişin 3-cü bəndində göstərilən ən son ödəmə tarixində, yəni təqvim ayının sonuncu iş günü həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 6.Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
8. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 2542,37 manat dəbbə pulunun tam məbləğini cavabdehə güzəşt edir.
2. Cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 15516,32 manat məbləğində qəbul edir.
3. Cavabdeh 15516,32 manat məbləğində pulu 2021 -ci ilin iyul ayından başlamaqla hər ayın sonuncu iş günündən gec olmamaqla köçürmə yolu ilə 3 ay ərzində hər ay 5172,10 manat məbləğində ödəməklə tam həcmdə İddiaçıya ödəməyi öhdəsinə götürür.
4. İddiaçı Cavabdehin ona ödəməli olduğu pulun 15516,32 manat məbləğində olmasını təsdiq edir və Cavabdehə qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin sazişin 3-cü bəndində göstərilən ən son ödəmə tarixində, yəni təqvim ayının sonuncu iş günü həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 6.Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
8. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən İlham Əhmədov