Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2849/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 10136,27 manat məbləğində borcun, nümayəndəyə göstərilən hüquqi yardıma görə 1000 manat məbləğində xərcin və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin əməkdaşlığı müddətində cavabeh iddiaçıdan müxtəlif vaxtlarda və aylarda müxtəlif çeşiddə kağız məhsulları götürmüşdür. Bu fakt elektron qaimələr və.s sənədlərlə öz təsdiqini tapır. Həmin elektron qaimələrə əsasən cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, hal-hazırda cavabdehin iddiaçıya olan borcu 10136,27 manat təşkil edir. Həmin borc bu günə kimi ödənilməmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə verərək, Cavabdehndən İddiaçı xeyrinə 9136,27 manat məbləğində borcun, nümayəndəyə göstərilən hüquqi yardıma görə 1000 manat məbləğində xərcin və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 verdiyi izahatda göstərdi ki, iddia tələbində qeyd olunan 9136,27 manat borc məbləğindən 2000 manat əsas borc və 360 manat ƏDV hissəsi ödənilmiş, qalan borc məbləği isə sentyabr ayında ödəniləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - 08.10.2019-cu il tarixli, EBAA seriyalı, 905772 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 571,12 (ƏDV daxil) manat təşkil edir. - 26.11.2019-cu il tarixli, EBAD seriyalı, 032411 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1255,52 (ƏDV daxil) manat təşkil edir. - 19.12.2019-cu il tarixli, EBAE seriyalı, 101781 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1237,82 (ƏDV daxil) manat təşkil edir. - 18.02.2020-ci il tarixli, EBAG seriyalı, 505752 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6284,24 (ƏDV daxil) manat təşkil edir. - 10.03.2020-ci il tarixli, EBAH seriyalı, 490466 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 695,02 (ƏDV daxil) manat təşkil edir. - 16.03.2020-ci il tarixli, EBAH seriyalı, 764130 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 522,06 (ƏDV daxil) manat təşkil edir. - 20.05.2021-ci il tarixli köçürmə haqqında məlumatdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Məhdud Məhdud Cəmiyyətinin AZ92GUNA******************** nömrəli hesabına 1000 manat məbləğində vəsait ödənilmişdir. - 09.07.2021-ci il tarixli **********669678 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı Məhdud Məhdud Cəmiyyətinə (VÖEN: **********) 360 manat ƏDV məbləği ödənilmişdir. - 09.07.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Məhdud Məhdud Cəmiyyətinin AZ92GUNA******************** nömrəli hesabına 2000 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh sifariş etdiyi malları qəbul etmiş və qəbul edilmiş malların dəyərinin bir qismini ödəmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdeh "Bu Bu” MMC-dən 9136,27 manat (doqquz min yüz otuz altı manat iyirmi yeddi doqquz qəpik) əsas borcun iddiaçının xeyrinə tutulması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin üzrəinə düşən öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 6776,27 manat (9136,27-(2000+360)=6776,27) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçının tələbi əsas borc hissəsində 9136,27 manat olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 2000 manat əsas və 360 manat ƏDV məbləği ilə bağlı ödənişlərin edilməsini təsdiqləyəcək sübutlar təqdim etmişdir. ona görə də iddia tələbi borcun ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə borca görə 6776,27 manat (9136,27- (2000+360)=6776,27) məbləğində pul tutulmalı, həmin hissədə iddia qalan hissədə təmin olunmamalıdır. İddiaçı vəkilə ödənilmiş 1000 (min) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının həmin tələbinə münasibətdə hesab edir ki, 200 (iki yüz) manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 08 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 22 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6776,27 manat (altı min yeddi yüz yetmiş altı manat iyirmi yeddi qəpik) borc, hüquqi yardıma görə 200 (iki yüz) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manat olmaqla, cəmi 6998,27 manat (altı min doqquz yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 8 (səkkiz) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2849/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2849/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver