Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-285/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının qanuni təmsilçisi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 24 iyun 2022-ci il tarixli 04/22 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya mal əti satmağı, alıcı isə satın aldığı malları qəbul edib əvəzində Qaimə-Fakturada müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən alıcı hər sifariş üzrə çatdırılmış malların dəyərini satıcı tərəfindən təqdim olunmuş e-qaiməyə əsasən 7 (yeddi) iş günü müddətində tam həyata keçirir. - 3.2-ci bəndinə əsasən tərəflər arasında hesablaşma bank köçürmə yolu ilə həyata keçirilir. - 7.1-ci bəndinə əsasən hazırki müqavilə imzalanma tarixindən qüvvəyə minir və 24 iyun 2023-cü il tarixədək qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinə 1 ay qalmış tərəflərin heç biri ona xitam verilməsinə dair digər tərəfə məlumat verməsə, müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış sayılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Qaimə-fakturalara əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 31491 manat məbləğində mal və quzu əti təhvil verilmişdir.
3. İddiaçı tərəfindən 24 iyun 2022-ci il tarixli 04/22 saylı müqavilə üzrə ümumilikdə 37000 manat dəyərində sümüksüz mal ətinin verilməsinə dair EBCB seriyalı, xx.xx.2022-ci il tarixli 267489 saylı elektron qaimə Cavabdeh MMC-yə göndərilmişdir.
4. İddiaçı tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
5. Məhkəmə iclasında iş materiallarında olan səsli danışıqların qeyd edildiyi CD-diskə baxış keçirilərkən, CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, watsapp və mobil telefon vasitəsilə Azər adlı şəxslə danışıq aparmış şəxs Azərə müraciət edərək, ödənişləri yığdıqdan sonra gətirəcəyini, bazara getdiyini, yalan danışmadığını, gecikmələrin ola biləcəyini və bunun normal olduğunu, onun Azərin müştərisi, onun özünün də müştərilərə sahib olduğunu, topdan satıcılarla işlənildiyini, yığılan ödənişlərin çatdırılması üçün görüşəcəklərini bildirmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə xx.xx.2022-ci il tarixli “04/22 saylı “Alqı-satqı” müqaviləsinə əsasən İddiaçı tərəfindən təhvil verilmiş 31491 manat dəyərində ət məhsullarının pulunun, mediasiya prossesində iştirakla bağlı ödənilmiş 200 manatın, ümumilikdə cəmi 31692 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 04/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (İddiaçı) alıcıya (Cavabdehnə) müqavilədə nəzərdə tutulmuş mal ətini satmağı, alıcı isə həmin əti qəbul edib qaimə-fakturada göstərilən məbləği satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları 24 saat müddətində alıcıya təhvi verir, alıcı isə müvafiq qaimə-faktura əsasında malları qəbul edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı hər sifariş üzrə çatdırılmış malların dəyərini Satıcı tərəfindən təqdim olunmuş e-qaiməyə əsasən 7 iş günü müddətində tam həyata keçirir. Həmin müqavilənin 8-ci bəndinə əsasən Tərəflər arasında yarana biləcək mübahisələr danışıqlar yolu ilə həll edilməlidir. Tərəflər arasında danışıqlar yolu ilə həll olunmayan məsələlərdə Azərbaycan Respublikasının müvafiq məhkəmələri səlahiyyətlidir. Alıcı Cavabdeh MMC tərəfindən sifariş olunmuş 15.811,4 manat dəyərində ət məhsulları xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə-fakturaya əsasən Cavabdehnə Satıcı-İddiaçı tərəfindən təhvil verilmişdir. Alıcı Cavabdeh MMC tərəfindən sifariş olunmuş 2581 manat dəyərində quzu əti 4.06.2022-ci il tarixli ******* nömrəli Qaimə-fakturaya əsasən Cavabdehnə satıcı-İddiaçı tərəfindən təhvil verilmişdir. Alıcı Cavabdeh MMC tərəfindən sifariş olunmuş 6.778,68 manat dəyərində ət məhsulları xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə-fakturaya əsasən Cavabdehnə satıcı-İddiaçı tərəfindən təhvil verilmişdir. Alıcı Cavabdeh MMC tərəfindən sifariş olunmuş 6.319,92 manat dəyərində ət məhsulları xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə-fakturaya əsasən Cavabdehnə Satıcı-İddiaçı tərəfindən təhvil verilmişdir. Beləliklə, 4 qaimə-fakturaya əsasən ümumilikdə cəmi 31491 manat dəyərində ət məhsulları İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmiş, bununla bağlı qaimə-fakturalar hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmiş ət məhsulları ilə bağlı təqdim edilmiş eqaimələr əsasında Cavabdeh tərəfindən ödənişlər edilmədiyindən bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə bildirilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə təhvil aldığı malların pulu ödəməkdən yayınmışdır. Halbuki cavabdehin müqavilə öhdəliklərinin icrasından tam və ya qismən imtina etməyə heç bir əsası olmamışdır. Belə ki, sifariş olunan mallar vaxtında, müqavildəd qeyd olunan şərtlərə əməl olunmaqla cavabdehə təhvil verilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 389, 390.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 449.1 və 567-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 24 iyun 2022-ci il tarixli 04/22 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçınə olan borcu 31491 manat təşkil edir.
21. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və 31491 manat dəyərində malların (mal və quzu əti) cavabdehə təhvil verdiyini təsdiq edən qaimə-fakturaları məhkəməyə təqdim etmişdir.
22. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 31.491 manat tutularaq İddiaçınə ödənilməlidir.
23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 184,47 manat təşkil edir.
25. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir..
26. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 24 iyun 2022-ci il tarixli 04/22 saylı alqı-satqı müqaviləsi üzrə 31491 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva