Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2850/2022 28.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı “X1 and Marketing Limited” MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X1 and Marketing Limited” MMC-nin cavabdeh ”Optimal Elektronika” MMCyə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 and Marketing Limited” MMC iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2336,25 manat əsas borc, 6365,6 manat cərimənin, mediasiya xərci olaraq ödənilmiş 60 manat rüsumun, 50 manat dövlət rüsumunun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat, cəmi 8961,85 manat pul vəsaitinin alınaraq “X3 and Marketing Limited” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 and Marketing Limited” MMC ilə Cavabdeh MMC arasında “İşlərin görülməsi haqqında” xx.xx.2020-ci il tarixli 12 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 12 saylı “İşlərin görülməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən “X3 and Marketing Limited” MMC Cavabdeh MMC-nin qısa mesaj xidmətlərinin (bundan sonra SMS) “X3 and Marketing Limited” MMC-nin “Bulk SMS” sistemini istifadə etməklə göndərilməsini təmin edir və Cavabdeh MMC-nin topladığı GSM operatorlarının nömrələrinə göndərilən SMSlərin düzgün qaydada və vaxtında çatdırılması məqsədilə nəzarət işlərini həyata keçirir. Həmin müqavilənin 1.3-ci bəndinə əsasən Bulk SMS sisteminin isifadə edilməsi və işlərin yerinə yetrilməsi müqabilində sifarişçi icraçıya bu müqaviləilə nəzərdə tutulmuş xidmət haqqını ödəməlidir. Tərəflər arasında imzalanmış müqavilənin 3.3-ci bəndinə əsasən elektron hesab-fakturanın təqdim edildiyi tarixdən 10 iş günü ərzində ödənişlər həyata keçirməli idi. Elektron hesab faktura təqdim edildikdə işlər tamamlanmış hesab edilir. Tərəflər arasında imzalanmış müqavilənin 5.5-ci maddəsinin tələbinə əsasən icraçı sifarişçidən ödənişin hər gecikdirilmiş günü üçün ümumi elektron Hesab-faktura məbləğinin 0.5 fazinə bərabər cərimənin ödənilməsini tələb edə bilər. Sifarişçi ödənişlərin gecikdirilməsini rəhbərliyin dəyişməsi, hesab-fakturaların qeydiyyatsisteminin dəyişdirilməsi və Sifarişçinin risk dairəsinəaid digər səbəblərlə əsaslandıra bilməz. Həmin müqaviləyə 2 saylı əlavənin 3-ci bəndində göstərilir ki, smslər 1 ay ərzində göndərilir, növbətiayın əvvəli Elektron hesab-faktura təqdim edilməli və ödəniş həmin ayın son iş günü icra edilməlidir. "X3 and Marketing Limited” MMC müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliyi tamşəkildə icra etsədə, "xxxx" MMC ilkin olaraq müqavilə şərtlərinə əməl etsədə, sonradan üzərinə düşən ödəliyi icra etməkdən yayınaraq ödəməli olduğu xidmət haqqını ödəməmişdir. “X3 and Marketing Limited” MMC tərəfindən ümumilikdə 19196,78 manat dəyərində xidmət göstərilmiş, "xxxx" MMCtərəfindən 16860,53 manat xidmət haqqını ödəmiş, 2336.25 manat xidmət haqqını isə ödəməmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 and Marketing Limited” MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh ”Optimal Elektronika” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli iddiaçı “X1 and Marketing Limited” MMC ilə cavabdeh ”Optimal Elektronika” MMC arasında bağlanmış 12 nömrəli “İşlərin görülməsi haqqında” müqavilədən görünür ki, “X1 and Marketing Limited” MMC Cavabdeh MMC-nin qısa mesaj xidmətlərinin (bundan sonra SMS) “X3 and Marketing Limited” MMC-nin “Bulk SMS” sistemini istifadə etməklə göndərilməsini təmin edir və Cavabdeh MMC-nin topladığı GSM operatorlarının nömrələrinə göndərilən SMS-lərin düzgün qaydada və vaxtında çatdırılması məqsədilə nəzarət işlərini həyata keçirir. Müqavilənin 5.5-ci maddəsinə əsasən “X1 and Marketing Limited” MMC ”Optimal Elektronika” MMC-dən ödənişin hər gecikdirilmiş günü üçün ümumi elektron hesab-faktura məbləğinin 0,5%-ə bərabər cərimənin ödənilməsini tələb edə bilər. xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 377761, 377839, 377608, 377547, 377507, 377323, 377396, 377298, 377234, 377165, 377043 nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı X1 and Marketing Limited” MMC ”Optimal Elektronika” MMC-yə ümumi dəyəri ƏDV daxil 19196,78 manat məbləğində olan xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlərdən görünür ki, 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli 25794 nömrəli qəbzdən görünür ki, X1 and Marketing Limited” MMC hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2022-ci il tarixli iddiaçı “X1 and Marketing Limited” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, görülmüş işlərin xidmət haqqısı olan 19196,78 manatdan 16860,53 manat məbləğ ödənilmiş və qalıq məbləğ 2336,25 manatdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi iddiaçı “X1 and Marketing Limited” MMC ilə cavabdeh ”Optimal Elektronika” MMC arasında müvafiq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh görülmüş xidmətə görə qalıq borc olan 2336,25 manat məbləğində pulu iddiaçı “X1 and Marketing Limited” MMC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı X1 and Marketing Limited” MMC-nin 2336,25 manat əsas borc və 60 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və 150 manat məbləğində hüquqi yardım hissəsində tələbi əsaslı olduğundan təmin olunmalıdır. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 663,75 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh ”Optimal Elektronika” MMC-dən 2336,25 manat əsas borc, 663,75 manat cərimə, 60 manat mediasiya xərci, 150 manat hüquqi yardım üçün nəzərdə tutulan ödəniş və 50 manat dövlət rüsumu cəmi 3260 manat məbləğində pul tutularaq iddiaçı X1 and Marketing Limited” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ”Optimal Elektronika” MMC-dən 2336,25 manat əsas borc, 663,75 manat cərimə, 60 manat mediasiya xərci, 150 manat hüquqi yardım üçün nəzərdə tutulan ödəniş və 50 manat dövlət rüsumu cəmi 3260 manat məbləğində pul tutularaq iddiaçı X1 and Marketing Limited” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2850/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2850/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver