Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2856/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ödənilmiş pul vəsaitinin geri qaytarılması, müqavilənin etibarsız sayılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MTK) cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ("xxxx" QSC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 94838 manat əsas məbləğin, 31770,73 manat cərimə məbləğinin, vəkilin xidmət haqqı üçün ödənilmiş 500 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 420 manat pulun cavabdehlər "xxxx" QSC və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamlarına əsasən Bakı şəhəri Binəqədi rayonu, 9-cu MKR, 3169-cu məhəllədə yerləşən torpaq sahəsində İddiaçı MTK tərəfindən yaşayış binasının inşasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin sərəncamların və digər dövlət orqanlarının razılıqları alındıqdan sonra yaşayış binasının inşasına başlanmışdır. İnşa edilmiş yaşayış binasının liftlə təmin edilməsi üçün əvvələr də əməkdaşlıq edilən "xxxx" QSC ilə müqavilə bağlamaq qərarına gəlmişlər. QSC-nin rəhbərliyi yeni olduğudan müqavilə rəsmi qaydada bağlandı və tərəflərin bütün hüquq və vəzifələri açıq şəkildə göstərildi. "xxxx" MTK (sifarişçi) ilə "xxxx" QSC (icraçı) arasında 23 fevral 2022-ci il tarixli, AZ-FER7MTK/S-001 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri Binəqədi rayonu, 9-cu MKR, 3169 məhəllə ünvanda inşa olunan yaşayış binalarında quraşdırmaq üçün “Sigma” kompaniyasının istehsalı olan 2 (iki) ədəd 1000 kq və 2 (iki) ədəd 630 kq-lıq yeni sərnişin liftinin, müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-in şərtlərinə uyğun təchizatını, quraşdırılmasını, işə salma-sazlama işlərini yerinə yetirməyi və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təhvil verilməsini öz üzərinə götürür. İddiaçı MTK liftin və eskalatorun şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi, yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilə dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öz öhdəsinə götürür. Dörd ədəd yeni sərnişin liftinin təchizatının və quraşdırılmasının müqavilə üzrə ümumi qiyməti ƏDV xaric 160000 USD (yüz altmış min ABŞ dolları) təşkil edir və ödənişlər də bu qiymətə müvafiq Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. Tərəflər arasında bağlanmış müqavilənin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş şərtlərin icrasından irəli gələrək "xxxx" MTK tərəfindən № AZ0000028, xx.xx.2022-cil il tarixli ödəniş tapşırığı üzrə 81600 manat (48000 ABŞ dolları) və № XV0010074, xx.xx.2022-cil il tarixli ödəniş tapşırığı üzrə 14688 manat (8640 ABŞ dolları) "xxxx" QSC-nin hesabına ödənilmiş və müqavilənin 3.1-ci bəndinin birinci hissəsi (1-ci hissə - 30% ödəniş) icra edilmişdir. Bir müddət sonra liftlərin gətirilməsinin hansı mərhələdə olması ilə maraqlandıqda müəyyən olundu ki, QSC hesablarına məhdudiyyət qoyulub, işlərini icra etmirlər. Cavabdeh2la görüşdülər və bildirdi ki, məsələni ən qısa zamanda yoluna qoyacaq. Daha sonra məlum oldu ki, Emil QSC-nin müəyyən öhdəliklərinin olduğunu, öhdəliyi icra edə bilməyəcəyini bilə-bilə müqavilə imzalamışdır. Emillə bir neçə dəfə əlaqə saxladılar, görüşdülər və tələbilərini konkret bildirdilər ki, binanın inşası başa çatır, liftlər quraşdırılmalıdır, yoxsa vətəndaşlarla aramızda problem yaşanacaq. Həll edəcəyinə dair vəd verdi və bununla bağlı tərəflər arasında yeni razılaşma imzalandı. Bakı şəhəri 14 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə İddiaçı MTK ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında razılaşma sazişi imzalanmışdır. Sazişin ikinci bəndində tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, xüsusilə də 2.3-cü bənddə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən etibarən 96288 manat pul 10 ay müddətində hissələrə bölünməklə hər ay 9629 manat olmaqla, hər ayın 25-dək MTK-ya ödənilməlidir. Lakin nə QSC, nə də Cavabdeh2 həmin razılaşmanın da şərtlərini icra etmədi. İcraçı olaraq nə liftlərin gətirilməsini və quraşdırılmasını, nə də ödənilmiş pulun geri qaytarılmasını təmin etmədilər. Onların əməlləri nəticəsində yaşayış binasında məskunlaşacaq sakinlərin tələblərini vaxtında icra edə bilmədi. 10. Yuxarıda göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan şirkət rəhbərliyi Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətlərinin mövcud olması qənaətinə gəldiyindən onun barəsində prokurorluq orqanına müraciət etdi. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılması üçün aidiyyyəti üzrə Binəqədi rayon prokurorluğuna göndərildi. Prokurorluqda aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olundu. Həmin qərarla məsələnin mülki qaydada həll edilməsi tərəfə təklif olundu. Hazırkı vaxtadək öhdəlik daşıyan hər iki şəxs liftlərin gətirilməsi və quraşdırılmasını təmin etmədiyi halda, bu işlərin görülməsi üçün alınmış pulu da geri qaytarmalı idi. Bu müddət ərzində Cavabdeh2 tərəfindən MTK-ya 1450 manat pul qaytarılmışdır. Hazırda tərəflər arasında münasibətlərin hüquqi əsasını xx.xx.2022-ci il tarixdə bağlanmış razılaşma sazişi təşkil etdiyindən və həmin saziş üzrə öhdəlik dayşıyan tərəflər öhdəliyi icra etmədiyindən, MTK müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Həmin sazişin 2.2-ci bəndinə əsasən liftlərin gətirilməsi və quraşdırılması xx.xx.2022-ci il tarixədək təmin edilmədikdə, sazişin 2.3-cü bəndinə əsasən alınmış pul hər ay 9.629 manat olmaqla 10 ay müddətinə geri qaytarılır. Sazişin 2.5-ci bəndinə əsasən öhdəliyin ardıcıl olaraq iki ay pozulması öhdəliyi icra etməli olan tərəf üçün məsuliyyət yaradır. Pulun qaytarılması razılaşdırılmış qrafik üzrə təmin edilmirsə, sazişin 2.7-ci bəndi üzrə gecikdirilən hər gün üçün 0,1 faiz dəbbə kimi tutulmalıdır. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri mövcuddur və cavabdehlər həmin öhdəliklərin icrasını təmin etməmişlər. Mülki qanunvericiliyin və müqavilənin müvafiq müddəalarına əsasən öhdəliklərin könüllü şəkildə icra edilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur və bu məsuliyyət əsas öhdəliyin icrasının tələb edilməsi ilə yanaşı, müqavilənin digər tərəfinin məruz qaldığı başqa zərərlərin də ödənilməsini şərtləndirir. Sazişlə şərtləndirilmiş əsas məbləğ olan 96288 manat puldan ödənilmiş 1450 manat çıxılmaqla qalıq 94838 manat pul cavabdehdən tutulmalıdır. Sazişin 2.2-ci bəndi üzrə gecikdirilən günlər üçün 0,1 faiz dəbbə pulu nəzərdə tutulmuşdur. Sazişin icra müddəti xx.xx.2023-cü ildə bitir. Hər nə qədər öhdəliklər vaxtaşırı icra edilməli öhdəlik olsa da, öhdəliyin son bitmə vaxtından sonrakı müddət üçün qalıq məbləğə iddia ərizəsinin tərtib edildiyi xx.xx.2024-cü il tarixədək 0,1 faiz dəbbə hesablanmaqla cavabdehlərdən tutulmalıdır. Bu məbləğ isə 31770,73 (94838 x 0,1 = 9483 :100 x 335 gün) manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən işin məhkəməyə verilməsi üçün vəkilə 500 manat xidmət haqqı və müvafiq dövlət rüsumu ödənilmişdir. Mübahisə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən, həmin məbləğlər cavabdehdən tutulmalıdır.
3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425, 427, 442-ci maddələrinə istinad olunmuşdur.
4. Eyni zamanda "xxxx" QSC və Cavabdeh2 cavabdeh (İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı Otis Lift QSC və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş iddiaya əsasən "xxxx" MTK (sifarişçi) ilə "xxxx" QSC (icraçı) arasında 23 fevral 2022-ci il tarixli, AZ-FER7MTK/S-001 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, 3169 məhəllə ünvanında inşa olunan yaşayış binalarında quraşdırmaq üçün “Siqma” kompaniyasının istehsalı olan 2 (iki) ədəd 1000 kq və 2(iki) ədəd 630 kq-lıq yeni sərnişin liftinin, müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-in şərtlərinə uyğun təchizatını, quraşdırılmasını, işə salma-sazlama işlərini yerinə yetirməyi və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təhvil verilməsini öz üzərinə götürür. "xxxx" MTK liftin və eskalatorun şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi, yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilə dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında razılaşmaya əsasən müqavilənin ümumi qiyməti ƏDV xaric 160000 USD (yüz altmış min ABŞ dolları) təşkil edir və ödənişlər də bu qiymətə uyğun Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. Beləliklə, "xxxx" MTK tərəfindən NAZ0000028 ödəniş tapşırığı ilə 25 fevral 2022-ci il tarixdə 48000 ABŞ dolları (81600 manat) vǝ NoXV0010074 ödəniş tapşırığı ilə 8640 ABŞ dolları (14688 manat) "xxxx" QSC-nin hesabına köçürmüşdür. Lakin daha sonra "xxxx" QSC-nin digər işləri ilə problemləri çıxdığından "Fərhad” MTK-nın sifarişini yerinə yetirə bilməmiş və onlara daha ödəniş etməmələrini demiş, çünki işi icra və ödəmə qabiliyyətinin olmamasını bildirmişdir. Bundan sonra "xxxx" MTK-nın sədri X3 yaranmış şəraitdən faydalanaraq, tərəflər arasında 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində "xxxx" Mənzil Tikinti Kooperativi adından X2, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti adından Cavabdeh2 və üçüncü tərəf kimi Cavabdeh2 arasında üçtərəfli müqavilə (saziş) imzalatmışdır. Belə ki, 29 iyun 2024-cü il tarixli sazişə görə tərəflər razılaşırlar ki, sazişin 2.1-ci bəndi icra edilmədiyi təqdirdə, xx.xx.2022-ci il tarixdən etibarən 96288 manat (56640 ABŞ dolları) 10 (on) ay müddətində bərabər hissələrə bölünməklə hər ay 9629 manat (5664 ABŞ dolları) olmaqla cari ayın 25-dək "xxxx" MTK-ya ödəməlidir. Həmin sazişin 2.4-cü bəndinə əsasən sazişin 2.2-ci bəndi üzrə şərtlərin icrası məcburi olduğu halda 96288 manat (56640 ABŞ dolları) məbləğində pulun qaytarılması üzrə ikinci tərəf və üçüncü tərəf müştərək məsuliyyət daşıyır və onlar təminat verirlər ki, bu şərt saziş üzrə öhdəliyin icrası onların birinin hesabına tam icra edilənədək qüvvədədir. Belə ki, sazişin müddəalarına əsasən "xxxx" QSC öhdəliyi olan borcu qaytarmağın şərtlərini müəyyənləşdirməklə bərabər, "xxxx" QSCnin direktoru Cavabdeh2 da "xxxx" QSC-nin borcuna münasibətdə borcla yüklü edilmişdir. Bu da qanunvericiliyin müddəaları ilə bariz şəkildə ziddiyyət təşkil edir. Qanunvericiliyin açıq-aydın görünən müddəasına görə səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyil. Onlar yalnız cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara məxsus səhmlərin dəyəri həddində risk daşıyırlar. Səhmdarların riski adətən cəmiyyətin ləğvi, müflis elan edilməsi, tələbkara borcların ödənilməsi üçün vəsaiti kifayət etmədikdə baş verir və bu halda onlar ancaq səhmlərin (payların) dəyəri həddində məsuliyyət daşıyırlar. Bu payların faktiki mülkiyyətçisi səhmdar cəmiyyətinin özü olur. Əgər bu cəmiyyət zərərə düşərsə, yəni zərərlə işləyərsə, onda iştirakçılar bu zərər üçün yalnız həmin payları(mayaları) itirmək riski daşıyırlar. Beləliklə, "xxxx" QSC-nin direktoru Cavabdeh2 həmin sazişdə QSC-nin borcları ilə yüklü edilməsi uydurma əqdlər (hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış) kateqoriyasına aiddir. Çünki Cavabdeh2 yeganə məsuliyyəti "xxxx" QSC-nin nizamnamə kapitalına qoyduğu əmlak payları (mayaları) həddində olmalıdır. Odur ki, sözügedən saziş qanunun tələblərinə cavab vermədiyindən və uydurma əqd hesab edildiyindən etibarsız hesab edilməlidir.
6. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1, 97.1, 98.4, 337.1, 337.2, 337.3, 339.1, 340.1, 352, 404.1-ci maddələrinə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 verdiyi ifadədə bildirdi ki, "xxxx" MTK-nın təsisçilərindən biridir. Bina tikintisində liftləri əvvələr Otis Liftin rəhbəri olmuş başqa şəxsdən alırdılar, aralarında inam, etibar var idi. Lakin həmin şəxs vəfat etdikdən sonra məlum oldu ki, həmin hüquqi şəxsin hazırkı rəhbəri Cavabdeh2dur. "xxxx" QSC ilə müqavilə bağlandı və müqavilə dərərinin 30%-i ödənildi. Liftlərdən xəbər çıxmadı, sonradan eşitdilər ki, başqa firmalardan da pulları öncədən alıb, öhdəliklərini yerinə yetirməyiblər.
11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı MTK ilə icraçı qismində "xxxx" QSC arasında 23 fevral 2022-ci il tarixli, AZ-FER7MTK/S-001 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr 3169 məhəllə ünvanında inşa olunan yaşayış binalarında quraşdırmaq üçün “Sigma” kompaniyasının istehsalı olan 2 (iki) ədəd 1000 kq və 2 (iki) adǝd 630 kq-lıq yeni sərnişin liftinin bu müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-in şərtlərinə uyğun təchizatını, quraşdırılmasını, işə salma-sazlama işlərini yerinə yetirməyi və sifarişçiyə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təhvil verilməsini öz üzərinə götürür; 1.2-ci bəndinə əsasən sifarişçi liftin və eskalatorun şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi, icraçı tərəfdən yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilənin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən 4 (dörd) ədəd yeni sərnişin liftinin təchizatının və quraşdırılmasının müqavilə üzrə ümumi qiyməti ƏDV xaric 160000 ABŞ dolları təşkil edir və ödənişlər də bu qiymətə müvafiq Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir; 3.1-ci bəndinə əsasən ilk mərhələdə müqavilə qiymətinin 30%-nin avans məbləğ olaraq ödənilməsi razılaşdırılmışdır; 4.1-ci bəndinə əsasən lift avadanlığının ümumi təchizat və quraşdırma dövrü 16 (on altı) həftə təşkil edir və göstərilən müddət avadanlıqların sifarişçinin istismarına verilə bilməsi üçün icraçıya müvafiq şəraitin yaradıldığı və tikinti quraşdırma işlərinin başlandığı zamanı nəzərə alaraq tənzimlənəcəkdir. 23 fevral 2022-ci il tarixli müqavilənin 1 saylı qoşmasında qeyd edilmişdir ki, müqavilə üzrə ƏDV daxil ümumi məbləğ 188800 ABŞ dolları təşkil edir.
12. xx.xx.2022-ci il tarixdə İddiaçı MTK, "xxxx" QSC və Cavabdeh2 arasında notarial qaydada saziş imzalanmışdır. Həmin sazişin 1.1.2-ci bəndində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin 1.1 ve 1.2-ci bəndlərinə əsasən icraçı Bakı şəhəri Binəqədi rayonu, 9-cu MKR, 3169 mahalla ünvanda inşa olunan yaşayış binalarında quraşdırmaq üçün “Sigma” kompaniyasının istehsalı olan 2 (iki) ədəd 1000 kq və 2 (iki) ədəd 630 kq-lıq yeni sərnişin liftinin müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-in şərtlərinə uyğun təchizatını, quraşdırılmasını, işə salma-sazlama işlərini yerinə yetirməyi və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təhvil verilməsini öz üzərinə götürür. İddiaçı MTK liftin ve eskalatorun şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi, yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilə dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öz öhdəsinə götürür. Həmin sazişin 1.2-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş şərtlərin icrasından irəli gələrək İddiaçı MTK tərəfindən No AZ0000028, xx.xx.2022-cil il tarixli ödəniş tapşırığı üzrə 81600 manat (48000 ABŞ dolları) va No XV0010074, xx.xx.2022-cl tarixli ödəniş tapşırığı üzrə 14688 manat (8640 ABŞ dolları) "xxxx" QSC-nin hesabına ödənilmiş və müqavilənin 3.1-ci bəndinin birinci hissəsi (1-ci hissə - 30% ödəniş) icra edilmişdir. Həmin sazişin 2.1-ci bəndində qeyd edilmişdir ki, "xxxx" QSC tərəflər arasında bağlanmış 23 fevral 2022-ci il tarixli, AZ-FER7MTK/S-001 nömrəli müqavilə üzrə (bənd: 4.1, 7.1) öhdəliyinin icrasını xx.xx.2022-ci il tarixədək təmin edir. Həmin sazişin 2.2-ci bəndində qeyd edilmişdir ki, "xxxx" QSC tərəfindən sazişin 2.1-ci bəndi üzrə müəyyən edilmiş müddətdə öhdəliyin icrası təmin edilmədikdə, İddiaçı MTK tərəfindən ödənilmiş No AZ0000028, xx.xx.2022-cil il tarixli ödəniş tapşırığı üzrə 81600 manat (48000 ABŞ dolları) vǝ No XV0010074, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə 14688 manat (8640 ABŞ dolları), ümumilikdə 96288 manat (56640 ABŞ dolları) sazişin 2.3-cü bəndində müəyyən edilmiş qaydada ve vaxtda İddiaçı MTK-ya geri qaytarılacaqdır. Həmin sazişin 2.3-cü bəndində qeyd edilmişdir ki, tərəflər razılaşır ki, sazişin 2.1-ci bəndi icra edilmədiyi təqdirdə, xx.xx.2022-ci il tarixdən etibarən 96288 manat (56640 ABŞ dolları) 10 (on) ay müddətində bərabər hissələrə bölünməklə hər ay 9629 manat (5664 ABŞ dolları) olmaqla cari ayın 25-dək İddiaçı MTK-ya ödənilməlidir. Həmin sazişin 2.4-cü bəndində qeyd edilmişdir ki, sazişin 2.2-ci bəndi üzrə şərtlərin icrası məcburi olduğu halda 96288 manat (56640 ABŞ dolları) məbləğində pulun qaytarılması üzrə ikinci tərəf və üçüncü tərəf müştərək məsuliyyət daşıyır və onlar təminat verirlər ki, bu şərt saziş üzrə öhdəliyin icrası onların birinin hesabına tam icra edilənədək qüvvədədir. Həmin sazişin 2.5-ci bəndində qeyd edilmişdir ki, sazişin 2-ci bəndi üzrə şərtlərin icrası məcburi olduğu halda, 2.3-cü bənd üzrə müəyyən edilmiş qaydada ardıcıl 2 ay müddətində pulun ödənilməməsi sazişin şərtlərinin pozulması kimi qiymətləndirilir. Həmin sazişin 2.7-ci bəndində qeyd edilmişdir ki, sazişin 2.2-ci bəndi üzrə şərtlərin icrası məcburi olduğu halda pul 2.3-cü bənddə müəyyən edilmiş qrafik üzrə qaytarılmadıqda, ödənilməli məbləğə hər gün üçün 0,1 faiz cərimə hesablanacaqdır.
13. xx.xx.2022-ci il tarixli, AZ0000028 nömrəli ödəniş tapşırığından görünür ki, (İddiaçı MTK tərəfindən "xxxx" QSC-yə 23 fevral 2022-ci il tarixli, AZ-FER7MTK/S-001 nömrəli müqaviləyə əsasən 81600 manat məbləğində avans ödənişi edilmişdir.
14. xx.xx.2022-ci il tarixli, XV0010074 nömrəli ödəniş tapşırığından görünür ki, (İddiaçı MTK tərəfindən "xxxx" QSC-yə 23 fevral 2022-ci il tarixli, AZ-FER7MTK/S-001 nömrəli müqaviləyə əsasən 14688 manat məbləğində avans ƏDV ödənişi edilmişdir.
15. Bakı şəhəri Binəqədi rayon RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbəri Vüsal Cəfərovun müraciəti əsasında toplanmış 1 saylı HK-962 nömrə ilə qeydə alınmış təhqiqat materialını nəzərdən keçirərək tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
16. İddiaçı MTK pretenziya məktubları ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 müraciət edərək borcun 3 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında deyilir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. ...Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmənin mövqeyi
20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 23 fevral 2022-ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İlk iddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də, ilk iddia üzrə cavabdeh "xxxx" QSC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ilk iddiaçının ödədiyi pul məbləğinin geri qaytarmaq tələb etmək hüququ yaranmışdır. Eyni zamanda ilk iddia üzrə digər Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilənin tərəfləri ilə birlikdə xx.xx.2022-ci il tarixli saziş bağlamışlar. Sazişə əsasən "xxxx" QSC və Cavabdeh2 borcun qaytarılması üçün müştərək məsuliyyət daşıyacaqlarına zəmanət vermişlər. Tərəflər arasında müqavilələrin bağlanması, iddia tələbində qeyd olunan pul məbləğinin ilk iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehə ödənilməsi təqdim olunmuş sübutlarla (müqavilə, ödəniş tapşırıqları və s.) öz təsdiqini tapır və işin mübahisəsiz halıdır.
21. İlkin iddia tələbininin bir hissəsini ilk iddia üzrə cavabdehlərdən 94838 manat pul vəsaitinin ilk iddiaçının xeyrinə tutulması təşkil edir.
22. Məhkəmə qanunvericilik normalarını, ilk iddia üzrə cavabdehlərin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə müqavilə üzrə ilk iddiaçıya icra olunmamış öhdəliyin qaldığını, belə olan halda isə ilk iddiaçının ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə cavabdehlərdən 94838 manat məbləğində pul tutularaq ilk iddiaçıya ödənilməlidir.
23. İlk iddia tələbinin digər hissəsini cavabdеhlərdən 31770,73 manat cərimə borcunun tutulması təşkil edir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq 4000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. Eləcə də, ilk iddiaçı hüquqi yardım üçün ödənilmiş 500 manat və dövlət rüsumu qismində ödənilmiş 420 manat pulun ilk iddia üzrə cavabdehlərdən ilk iddiaçının xeyrinə tutulmasını xahiş edir.
27. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 325,23 manat (üç yüz iyirmi beş manat iyirmi üç qəpik) ilk iddia üzrə cavabdehlərdən tutularaq ilk iddiaçıya ödənilməlidir.
28. Qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbi "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı Otis Lift QSC və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişin etibarsız hesab edilməsindən ibarətdir.
29. Məhkəmə qeyd edir ki, tərəflər sərbəst şəkildə iradə ifadə edərək, həmin sazişi notarial qaydada bağlamış və şərtlərini könüllü, sərbəst şəkildə razılaşdırmışlar.
30. Həmçinin həmin saziş 29 iyun 2022-ci il tarixdə imzalanmış, yəni qarşılıqlı iddia üzrə iddiaçılar həmin tarixdən saziş barədə məlumatlı olmuşlar. Ona görə də məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia üzrə iddiaçılar 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişi mübahisələndirmək hüququnu itirmiş hesab edilməlidir.
31. Eyni zamanda qeyd edilməlidir ki, müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən olunmur. İşgüzar adətlərdə və mövcud praktikada müqavilə tərəfi olan hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zaminlik müqaviləsinin bağlanması hallarına rast gəlinir (məsələn kredit müqaviləsi və s). Qeyd olunan formada zaminlik müqaviləsi bağlanan zaman qanuni təmsilçi hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi deyil, fiziki şəxs olaraq müqavilənin tərəfi kimi çıxış edir. Bu şəkildə zaminlik müqaviləsinin bağlanması qanunvericiliyə zidd deyildir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı Otis Lift QSC və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış üçtərəfli sazişin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 94838 (doxsan dörd min səkkiz yüz otuz səkkiz) manat əsas borc, 4000 (dörd min) manat cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 325,23 manat (üç yüz iyirmi beş manat iyirmi üç qəpik) olmaqla, cəmi 99663,23 manat (doxsan doqquz min altı yüz altmış üç manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova