Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-286/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “A-Class Travel” X1rşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “A-Class Travel” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 5.590,13 manat məbləğində əsas borc, 2.372,33 manat məbləğində cərimə, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin, cəmi 7.992,46 manat məbləğində pul vəsaitinin cavabdeh “A-Class Travel” X2 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 00357 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləriCavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC- “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramının müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasının maliyyələşdirməyi, operator isə bonus manatlarının müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, partnyor operatorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-ində nəzərdə tutulmuş aviabilet xidməti ilə əlaqədar əməliyyatlara görə 2 %, partnyorun TMM-ində nəzərdə tutulmuşaviabiletdən başqa digər xidmətlər iləəlaqədarəməliyyatlara görə 10% dərəcəsiilə hesablanır. Müqavilənin 4.1-ci bəndinəəsasən, partnyor operatora göstərdiyi xidmətlərə görəaylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 1%və 3%-ni təşkiledir. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC-nin 5590,13 manatməbləğində borcu yaranmışdır. Cavabdeh MMC-nin 5.590,13 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəflərindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (operator) ilə Cavabdeh MMC (partnyor) arasında xx xxxxx 2019-cu il tarixdə 00357 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin: -3.1-ci bəndinə görə müştəri tərəfindən partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda operator proqram qaydalarına uyğun olaraq müştərinin bonus hesabına bonus manatlarının hesablamağı, bonus manatlarının ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Partnyor operatorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. -3.1.1-ci bəndinə əsasən tərəflər göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun operatorun xeyrinə TMM-də nəzərdə tutulmuş aviabilet xidməti ilə əlaqədar əməliyyatlara görə 2%, partnyorun TMM-də nəzərdə tutulmuş aviabiletdən başqa digər xidmətlər ilə əlaqədar əməliyyatlara görə 10% dərəcəsi ilə hesablanır. -4.1-ci bəndinə əsasən partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. -4.1.1-ci bəndinə əsasən partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-də həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 1% və 3% təşkil edir. -7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,5% məbləğində cərimə (penya) ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilə hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC-tərəfindən tərtib olunmuş hesabat vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixli, 00357 saylı xidmət müqaviləsi üzrə iyun-iyul ayları üzrə yaranmış əsas borc 5.590,13 manat (xidmət haqqına görə iyun ayında 428,76, iyul ayında 861,27; bonuslara görə iyun ayında 1429,2, iyul ayında 2870,9 manat), borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə 2.372, 33 manat təşkil etmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli, 00357 saylı xidmət müqaviləsi üzrə yaranmış 5.590,13 manat məbləğində borcunun 10 gündən gec olmayaraq ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (iddiaçı) ilə “A- Class Travel” X6 (cavabdeh) arasında xx xxxxx 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı üzərində düşən öhdəlikləri icra edərək müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh 2019-cü ilin iyun və iyul ayı üçün müqavilənin 4.1.1-ci bəndində nəzərdə tutulmuş xidmət haqqını və 3.1-ci bəndində nəzərdə tutulmuş bonus manatlarının ekvivalentini iddiaçıya ödəməmiş, nəticədə onun xidmət haqqına və bonuslara görə iddiaçıya 5.590,13 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə cavabdeh “A-Class Travel” X3 xx xxxxx 2019-cu il tarixli, 00357 saylı xidmət müqaviləsi üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, eləcə də müqavilədə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin ödənilməsinin müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı xidmət müqaviləsi üzrə yaranmış borcun və müqavilənin tələblərinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən cavabdeh “A-Class Travel” X3 5.590 manat məbləğində əsas borc, 2.372,33 manat cərimə, cəmi 7.962,46 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 00357 saylı xidmət müqaviləsi üzrə cəmi 7.962,46manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh “A-Class Travel” X2 tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5590,13 (beş min beş yüz doxsan manat on üç qəpik) manat məbləğində borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 2372,33 manat məbləğində cərimə, cəmi 7962,46 (yeddi min doqquz yüz altmış iki manat qırx altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-286/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-286/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver